Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türk qadın Bundestaqın vitse-spikeri seçilib

Türk qadın Bundestaqın vitse-spikeri seçilib

27.10.2021 [16:14]

Almaniya Sosial Demokrat Partiyasının (SDP) üzvü Aydan Özoğuz Bundestaqın vitse-spikeri vəzifəsinə seçilən ilk etnik türk qadın kimi tarix düşüb. yeniazerbaycan.com-un Türkiyənin “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, A.Özoğuz qeyd edib ki, onun Bundestaqda yüksək vəzifəyə seçilməsi Almaniyadakı etnik azlıqlar üçün bir növ “mesaj”dır.

Siyasətçinin sözlərinə görə, Almaniyada əksər insanların həyatında miqrantlar mövzusu mühüm yer tutur. “Əvvəllər müəyyən təzyiq hissi var idi. Belə görünürdü ki, insan miqrantdırsa, istədiyi statusu əldə edə bilmir. Hətta bir çox gənc buna görə geri çəkildi. Mən isə indi onlara deyirəm ki, səy göstərin, istədiyiniz mövqeyə çata biləcəksiniz”, - deyə vitse-spiker bildirib.

Xatırladaq ki, A.Özoğuz 1967-ci ildə Hamburqda anadan olub. 2001-2008-ci illərdə Sosial Demokrat Partiyasından Hamburq əyalət parlamentinin deputatı olub. 2009-cu ildə keçirilən seçkilərdə SDP-dən Bundestaqa deputat seçilib. 2013-cü ildə o, Miqrasiya, qaçqınlar və inteqrasiya üzrə dövlət naziri təyin edilən ilk etnik türk qadın olub.

 

Paylaş
Baxılıb: 101 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31