Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / YAP Binəqədi rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

YAP Binəqədi rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib

27.10.2021 [16:28]

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatında Vətən müharibəsi qaziləri ilə görüş keçirilib. Görüşdə əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib. Dövlət-xalq-ordu həmrəyliyinin bütün dünyaya əsl nümunə olduğunu və bu birliyin heç bir zaman sarsılmayacağını vurğulayan V.İsmayılov ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib.

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov isə özünün keçdiyi döyüş yolundan və xatirələrindən danışıb, Azərbaycan xalqının məğrurluğunun və qətiyyətinin, vətənpərvərliyinin bütün xalqlar üçün əsl örnək olduğunu söyləyib. S.Mənəfov, həmçinin şəhid ailələrinin üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin sağlamlıqlarının bərpası, məşğulluqlarının təmin edilməsi, həyat şəraitlərinin daha da yaxşılaşdırılması üçün göstərilən dəstək tədbirlərindən danışıb.

Sonda çıxış edən Vətən müharibəsi qazilərindən Ceyhun  Sədrayev, Mobil Əhmədzadə və Ceyhun Şıxıyev 44 günlük müharibə zamanı döyüş yoldaşlarının qəhrəmanlıqlarından ətraflı bəhs ediblər. Döyüş zamanı əsgər və zabitlərdə olan ruh yüksəkliyinin, eləcə də onlara ünvanlanan “Əsgərə məktub”larının əsl stimul olduğunu qeyd edən qazilər xalqımızın dəstəyini daim hiss etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

Paylaş
Baxılıb: 95 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31