Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə Prezidenti: Azərbaycan barmaqla göstərilən nümunəvi ölkələr arasında yer alacaqdır

Türkiyə Prezidenti: Azərbaycan barmaqla göstərilən nümunəvi ölkələr arasında yer alacaqdır

27.10.2021 [18:30]

“Azərbaycanda fərqli bir inkişaf var. Ümid edirəm ki, Füzulidən İstanbula birbaşa nəqliyyat marşrutu olacaq. Bu yolların tikintisi ilə bağlı işlər sürətlə davam edir. Şükürlər olsun ki, azərbaycanlılarla türklər birgə işləri ilə yaxşı bir qardaşlıq nümayiş etdirirlər. Azərbaycan bununla çox ciddi bir inkişafın, dirçəlişin nümunəsini göstərir. Aramızda olan bu həmrəyliyin davam etməsi ilə Azərbaycan çox qısa zamanda barmaqla göstərilən nümunəvi ölkələr arasında yer alacaq”.

yeniazerbaycan.com  AZƏRTAC -a istinadən xəbər ki, bu fikirləri Prezident, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisindəki çıxışında ifadə edib.

Türkiyə parlamentində təmsil olunan AKP deputatlarının qrup toplantısındakı çıxışında Azərbaycana səfərlər bağlı təəssüratlarını bölüşən, işğaldan azad olunan ərazilərimizdə gördüklərini xoş sözlərlə ifadə edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Əkinçilikdə mühüm addımlar atılır. Ermənilərin basdırdıqları minalar hazırda sürətlə təmizlənir. Minalardan təmizlənmiş həmin ərazilər də tarlaya çevrilir. Bu istiqamətdə genişmiqyaslı işlər görülür. Azərbaycana bizim istehsal olan bir ədəd minatəmizləyən maşın vermişik. Hazırda minaların təmizlənməsi uzaqdan idarəetmə üsulu ilə aparılır. Bütün bunlar ölkəmizin inkişafının göstəricisidir. Bir tərəfdən Qarabağ, bir tərəfdən də Şuşa ciddi turizm məkanı olaraq əks-səda doğuracaq”.

Paylaş
Baxılıb: 148 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31