Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun - Zəngəzur dəhlizinin təməli qoyuldu

Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun - Zəngəzur dəhlizinin təməli qoyuldu

28.10.2021 [10:50]

Türkiyə və Azərbaycanın dövlət başçıları Zəngəzur dəhlizi ətrafında aylardır davam edən bütün söz-söhbətlərə son qoydular

Azər Badamov: Cənab İlham Əliyevin qətiyyəti sayəsində Zəngəzur dəhlizi qısa zamanda əsas ticarət yolu statusunu qazanacaq

Azərbaycan və Türkiyə prezidentləri Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun - Zəngəzur dəhlizinin təməlini qoydular. Bununla da, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın yaratdığı yeni reallıqların əsasında formalaşan bu layihə ətrafındakı müzakirələr sona yetdi. Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn Zəngəzur dəhlizi Cənubi Qafqazın inkişafında yeni mərhələ sayıla bilər. Bunu ekspertlər də təsdiqləyir.

Milli Məclisin deputatı Azər Badamov bildirib ki, Azərbaycan dövlətinin Vətən müharibəsindəki qalibiyyəti regionda yeni inkişaf mərhələsi yaradıb. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə prezidentlərinin Zəngəzur dəhlizinin təməlini qoymaları mühüm tarixi hadisədir: “Türkiyə və Azərbaycanın dövlət başçıları Zəngəzur dəhlizi ətrafında aylardır davam edən bütün söz-söhbətlərə son qoydular. Xatırladım ki, cənab İlham Əliyev hər zaman bildirirdi ki, Zəngəzur dəhlizi mütləq açılacaq. Və artıq dəhliz açıldı. Digər tərəfdən, bu dəhlizin açılması 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarında da öz əksini tapıb. Sadəcə olaraq, Ermənistanın prosesi ləngitməsi nəticəsində ötən bir il ərzində bu addım atılmadı. Dünən atılan təməl həm də regionun gələcək inkişafının təməlinə çevriləcək. Cənab İlham Əliyevin qətiyyəti sayəsində Zəngəzur dəhlizi qısa zamanda əsas ticarət yolu statusunu qazanacaq”.

Millət vəkili bildirib ki, Türkiyə Prezidentinin həm Füzuli Beynəlxalq Hava Limanının açılışında, həm də Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun - Zəngəzur dəhlizinin təməlqoyma mərasimində iştirakı iki dövlət arasındakı qardaşlığın növbəti rəmzinə çevrildi. “Hər iki Prezident “Qafqazın hava qapısı”nın açarlarını əllərində birgə tutdular. Bu, dostluğun, qardaşlığın, əməkdaşlığın simvoludur. Bu, “Şuşa bəyannaməsi”nin davamıdır. Türkiyə - Azərbaycan birliyi artıq yeni bir güc mərkəzi statusunda çıxış etməkdədir. Bu, həm regionun, həm də bütövlükdə Türk dünyasının gələcəyi üçün mühüm bir amildir. Türkiyə ilə Azərbaycanı quru yolla birləşdirəcək Zəngəzur dəhlizi həm də gələcəkdə türk birliyinin əsas simvolu olacaq”, - deyən millət vəkili  onu da əlavə edib ki, Zəngəzur dəhlizin açılması ilə bağlı addımın atılması həm də Ermənistan ilə sülh danışıqlarının yaxın zamanda baş tuta bilmə ehtimalını gücləndirir. Artıq Ermənistan regionda davamlı sülhün yaranması zərurətini dərk etməli, öz əsassız iddialarından əl çəkməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır: “Azərbaycan dövləti qarşısına qoyduğu hər bir məqsədə çatmaq iqtidarındadır. Bunu Ermənistan da, digər dövlətlər də gördü. Ermənistan anlamalıdır ki, əsassız inadkarlıqla yalnız özlərinə pislik edirlər. Onlar regionda formalaşacaq əməkdaşlıq platformalarında iştirak etməklə iqtisadi böhrandan xilas ola, hətta inkişaf tempi əldə edə bilərlər. Yəqin ki, bu şansı qaçırmayacaqlar”.

 

Paylaş
Baxılıb: 144 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31