Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qaradağ rayonunda şəhidlərin xatirəsi anılıb

Qaradağ rayonunda şəhidlərin xatirəsi anılıb

28.10.2021 [11:29]

Qaradağ rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş Çərkəz Teyyublunun və Elşən Aslanovun anım  mərasimləri keçirilib.

Anım mərasimlərində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısını birinci müavini Emil Abbasov, Milli Məclisin deputatı Aydın Hüseynov, rayon İcra Hakimiyyətinin,  YAP Qaradağ rayon təşkilatının əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri, qazilər iştirak ediblər.

Mərasim iştirakçıları Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini yad ediblər.

Şəhidlərin ailə üzvləri göstərilən qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya   minnətdarlıqlarını bildiriblər.

Paylaş
Baxılıb: 99 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

04 Dekabr 00:11

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31