Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sabunçuda qanunsuz ağac kəsintisi faktı aşkar edilib

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti: Sabunçuda qanunsuz ağac kəsintisi faktı aşkar edilib

25.02.2025 [22:50]

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsində qanunsuz ağac kəsintisi faktı aşkar edilib.

Bu barədə AZƏRTAC-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Araşdırma zamanı ağacların vətəndaş Qənirə Quliyevaya məxsus qeyri-yaşayış obyektinin ətrafında kəsildiyi müəyyən olunub.

Faktla bağlı akt tərtib edilib. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi üçün hazırlanır.

Paylaş:
Baxılıb: 106 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31