Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Özəl məhkəmə ekspertinə nə qədər ödəniş olunmalıdır?

Özəl məhkəmə ekspertinə nə qədər ödəniş olunmalıdır?

25.06.2026 [16:56]

Məhkəmə ekspertizasının aparılmasına görə ödənilən haqqın məbləği Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Məhkəmə ekspertizası idarələrində aparılan məhkəmə ekspertizalarının siyahısı və məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə görə ödənilən haqqın məbləği” ilə müəyyən edilir və ekspertizanın növündən asılı olaraq dəyişir. Bu tariflər məhkəmə ekspertizası idarələrində aparılan ekspertizalara aiddir.

Bu barədə AZƏRTAC-ın sorğusuna Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən cavabda bildirilib.

Qeyd olunub ki, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanuna əsasən Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş vermək üçün özəl məhkəmə ekspertlərinə rəsmi müraciət etmək hüququna malikdirlər. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə özəl məhkəmə ekspertləri arasında bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına həyata keçirilir.

Özəl məhkəmə ekspertlərinin apardıqları ekspertizalar üzrə ödəniş məbləği və ekspertizanın aparılması müddəti tərəflər arasında bağlanmış müqavilə əsasında müəyyən olunur.

Paylaş:
Baxılıb: 307 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Dünya

2031-ci ilədək...

18 İyul 11:39

İqtisadiyyat

Turizm

Ədəbiyyat

Şənbə üçün nəzm

18 İyul 09:15  

İdman

Ədəbiyyat

“Qəliz” dil

18 İyul 08:38

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31