Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

28.07.2026 [12:32]

Azərbaycanda iyulun 29-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-25°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20°, gündüz 25-30° isti olacağı ehtimal edilir.

Paylaş:
Baxılıb: 227 dəfə

Xəbər lenti

Hamısına bax
Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31