Gözümüzə işıq verənlər...
08.08.2026 [08:51]
Oftalmoloqların peşə bayramıdır
Görmə qabiliyyəti insan üçün ən qiymətli nemətlərdən biridir. Gözlərimiz ətraf aləmi dərk etməyə, rəngləri seçməyə, həyatın gözəlliklərini görməyə imkan verir. Bu baxımdan, oftalmologiya müasir tibbin ən məsuliyyətli sahələrindən biridir. Oftalmoloqların hər bir düzgün diaqnozu və uğurlu müalicəsi insan həyatında yeni ümid yaradır. Bu peşə yalnız bilik və peşəkarlıq yox, həmçinin yüksək məsuliyyət, səbir və diqqət tələb edir.
Artıq 22 ildir ki, hər il avqustun 8-i Beynəlxalq Oftalmologiya Günü və ya Beynəlxalq Oftalmoloq Günü kimi qeyd edilir. Həmin günün qeyd edilməsi göz cərrahiyyəsi sahəsində çox böyük uğurlara imza atmış professor, mikrocərrah-oftalmoloq, Rusiya Tibb Elmləri Akademiyasının akademiki Svyatoslav Fyodorovun doğum günü ilə əlaqədardır.
Həmin günün təsis edilməsi ideyası isə Sankt-Peterburq şəhər Tibb Palatasının prezidenti Tamaz Mçelidzeyə məxsusdur. O, həmin gün rus və xarici ölkə oftalmoloqlarına göz xəstələrinə təmənnasız məsləhətlər vermək, göz nurunu itirənlər və ya görmə qabiliyyəti zəif olanların müalicəsi üçün əməliyyatlar aparmaq barədə müraciət edib. Belə bir tədbirin keçirilməsi məşhur göz cərrahı S.Fyodorovun başlatdığı xeyriyyə işinin davam etdirilməsi və xatirəsinin yad olunması məqsədi daşıyır. Həmin təşəbbüsə təkcə Rusiyada deyil, Yunanıstan, İtaliya, Çexiya, ABŞ və digər ölkələrdə də tərəfdar çıxıblar.
Görmə qabiliyyətini itirmiş insan sanki qanadı qırılmış quşa bənzəyir. Gözlərimiz informasiya, hiss və emosiyadır. Ətraf mühiti tanımaqda və duymaqda bizə yardımçı olan ən əsasduyğu üzvümüzdür. Gözlərimiz olmasaydı, bizi əhatə edən gözəllikləri, dünyanı tanıya bilməzdik. Ona görə də insan görməsini itirdiyi anda, özünü hər şeydən məhrum olmuş kimi hiss edir.
Müasir oftalmologiya
Müasir oftalmoloji diaqnostika üsulları göz xəstəliklərini erkən mərhələlərdə aşkar etməyə, səmərəli müalicə və profilaktika aparmağa imkan verir. Lakin mütəxəssislər onun profilaktikası ilə məşğul olmağı daha vacib hesab edirlər.
Həkim və mütəxəssislər zərərli vərdişlərdən uzaq olmağı, gözləri Günəşin ultrabənövşəyi şüalarından qorumaq üçün keyfiyyətli gün eynəklərindən istifadə etməyi, qanda şəkərin, təzyiq və xolesterinin səviyyəsini nəzarətdə saxlamağı, A vitamini, Omeqa-3 və antioksidantlarla zəngin məhsullarla qidalanmağın vacib olduğunu bildirirlər. Həkimlər xüsusilə uşaqların 3D formatında çəkilmiş fillərə baxmağını məsləhət görmürlər.
Azərbaycanda gənc oftalmoloqların hazırlanması və oftalmologiyanın inkişafına akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi öz töhfəsini verir. Mərkəz beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir, həmçinin kataraktanın qarşısını alan, qlaukoma zamanı gözün funksional vəziyyətini bərpa edən və torlu qişa qopmaları zamanı itirilmiş görməni qaytaran lazer texnologiyalarının köməyi ilə müalicə aparılır.
Göz xəstəlikləri ilə mübarizə
Gözlərimiz daim qayğıya ehtiyacı olan ən həssas orqanlarımızdan biridir. Təbii olaraq gözlərdə müxtəlif genetik və ya ətraf mühitin təsirləri nəticəsində xəstəliklər yarana bilər. Göz xəstəlikləri göz qapaqlarında, göz yaşı kanallarında, gözün ətrafındakı sinir toxumalarında və s. meydana gələn bütün xəstəliklərdir.
Gözlərdə ağırlıq və ağrı hissi, gözə hər hansı bir cismin qaçması hissi, gözlərin tez-tez qaşınması və qızarıqlıq, sulanma, yaşarma, görmə qabiliyyətinin zəifləməsi, görmə sahəsinin daralması, göz qapaqlarında şişlik, gözləri qıyaraq baxmaq və.s kimi hallar göz xəstəliklərinin əlamətidir. Göz xəstəliklərinin yaranması üçün ən geniş yayılmış səbəblər bunlardır: Görməyə mane olan az və ya həddindən çox işıqlı yerdə çalışmaq, gözə yad cismin qaçması nəticəsində yaranan narahatlıqlar, diabet xəstəliyinin fəsadları, genetik amillər, gözlərdə quruluq, sinuzit, baş ağrısı, qrip və s. xəstəliklərinin əks təsirləri.
Görmə funksiyasını itirən insanların 82 faizi...
Hazırda müasir tibb göz xəstəlikləri ilə yüksək səviyyədə mübarizə aparır. Amma hələ də insanlar gözə aid olmayan digər xəstəliklərin korluq yaradacağını bilmir. Təhlükə heç gözləmədiyiniz yerdən gələ bilər...
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada görmə funksiyasının pozulmasından əziyyət çəkən 2,2 milyard insan var. Xüsusi olaraq qeyd olunub ki, görmə funksiyasını itirən insanların 82 faizi 50-dən yuxarı yaş qrupuna daxildir. Görmə funksiyasının pozulmasından əziyyət çəkənlərin 19 milyonunu uşaqlar təşkil edir.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23

