Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb

Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlanıb

02.09.2026 [11:02]

Azərbaycan mina probleminin həllində güclü milli iradə və məsuliyyət nümayiş etdirib. 2020-ci ilin noyabr ayından etibarən ölkədə humanitar minatəmizləmə fəaliyyətinə təxminən 590 milyon ABŞ dolları ayrılıb. Bu məbləğin təxminən 4 faizi beynəlxalq dəstək hesabına təmin edilib, qalan hissəsi isə Azərbaycan Hökuməti tərəfindən qarşılanıb.

AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransının açılış mərasimində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. “Heç bir ölkə mina probleminin öhdəsindən təkbaşına gələ bilməz. Çirklənmiş ərazilərdən bərpaya, riskdən dayanıqlılığa keçmək istəyiriksə, beynəlxalq əməkdaşlıq, texniki təcrübə mübadiləsi, donor dəstəyi, innovasiya və güclü milli məsuliyyətin hər biri zəruridir. Bu baxımdan hesab edirik ki, minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığa yalnız təmizləmə əməliyyatlarına dəstək kimi yanaşmaq olmaz. Bu əməkdaşlıq insan təhlükəsizliyinə, təhlükəsiz qayıdışa, dayanıqlı inkişafa və uzunmüddətli sülhə qoyulan sərmayə kimi qəbul edilməlidir”,- deyə Vüqar Süleymanov vurğulayıb.

Paylaş:
Baxılıb: 283 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30