“Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində regionlarda təlimlərə başlanılıb
26.06.2015 [10:10]
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya infrastrukturlarının yenidən qurulması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Bu layihələrin tərkib hissəsi olaraq yeni infrastrukturlar yaradılır, müasir tipli avadanlıqlar və qurğular istismara verilir.
Bununla paralel olaraq, bu sahələrdə çalışan mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə də xüsusi önəm verilir. Bu məqsədlə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində “Kompleks Təlim Planı” layihəsinin icrasına start verilmişdir. Regionlarda təşkil olunacaq təlimlərdə Səhmdar Cəmiyyətin “Birləşmiş Sukanal” MMC-nin, bölgələrdə fəaliyyət göstərən digər qurumlarının 9 vəzifə və peşə istiqaməti üzrə (energetik, mexanik, metrologiya üzrə mühəndis, su və kanalizasiya şəbəkələrinin mühəndisi, içməli və çirkab su təmizləyici qurğuların mühəndis texnoloqları, su kəməri təsərrüfatında nəzarətçi, mühasib, kompüter operatoru, kadrlar üzrə müfəttiş) işçilərinin iştirakı nəzərdə tutulur.
İyunun 22-də qərb bölgəsi üzrə start götürmüş təlimdə “Gəncə Sukanal” TSC, Qazax, Ağstafa, Gədəbəy, Şəmkir, Tovuz, Daşkəsən, Goranboy, Göygöl, Naftalan, Samux rayon sukanal idarələrinin 207 nəfər işçisinin iştirakı nəzərdə tutulub. İyulun 7-dək davam edəcək təlimlər Daşkəsən və Gəncə şəhərlərində təşkil olunacaq. Təlimlər seminar və praktiki məşğələlər formasında keçirilir. Təlim müddətində iştirakçıların asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial proqramlar nəzərdə tutulub.
Ümumilikdə “Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində “Azərsu” ASC-nin 1000-dən artıq əməkdaşının müvafiq vəzifələr və peşələr üzrə təlimlərə cəlb olunması nəzərdə tutulur.
Xəbər lenti
Hamısına baxDünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49

