Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilib
26.06.2015 [10:16]
Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki daimi nümayəndəliyində Silahlı Qüvvələr Günü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə çıxış edən daimi nümayəndəliyin rəhbəri Bəxtiyar Əsgərov ordumuzun şanlı tarixindən, onun yaradılmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən danışıb. O, dahi rəhbərin ordu quruculuğu sahəsində başladığı taleyüklü işlərin Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan Ordusunun regionda ən güclü ordu olduğunu, onun böyük quruculuq yolu keçərək öz peşəkarlığını artırdığını, maddi-texniki bazasını mütəmadi gücləndirərək mənfur düşməni hər an məhv etməyə hazır olan bugünkü yüksək səviyyəyə gəlib çatdığını vurğulayıb.
Nümayəndəliyin rəhbəri bildirib ki, ordu quruculuğu üçün vacib şərtlərdən biri dövlətin müstəqilliyi amilidirsə, digər vacib şərt iqtisadi potensialın və sabitlik şəraitinin yaradılmasıdır. Bu gün Azərbaycan ona görə güclü orduya malikdir ki, onun dönməz müstəqilliyi, dinamik şəkildə inkişaf edən iqtisadiyyatı və davamlı sabitliyi var.
Qeyd olunub ki, Azərbaycan Ordusu bu gün regionda maddi-texniki bazasına, müasir silahlara malik olmasına görə ən güclü ordudur. Ali Baş Komandan İlham Əliyev ordumuzun qüdrətini hər vasitə ilə artırmağa böyük önəm verir. Dövlət başçısının tez-tez cəbhə bölgəsinə səfər etməsi, hərbi hissələrdə əsgər və zabitlərlə görüşlər keçirməsi orduda yüksək əhval-ruhiyyə yaradır, qələbəyə yenilməz inamı möhkəmləndirir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını deyən B.Əsgərov ölkəmizin daim yüksələn xətlə dinamik inkişafı və bu istiqamətdə dövlətimizin başçısının rəhbərliyi altında aparılan geniş quruculuq işlərinin, köklü islahatların daha böyük nəticələrin əldə ediləcəyinə ümidləri artırdığını vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

