Astarada ümumi məhsul istehsalı və əhaliyə göstərilən xidmətlərin həcmi 2,5 faiz artıb
14.04.2016 [10:02]
Aprelin 13-də Astara rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında bu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə cəbhə bölgəsində döyüşlərdə şəhid olmuş Milli Ordunun hərbi qulluqçularının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Toplantıda çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, bu ilin birinci rübündə Astara rayonunda bir sıra mühüm işlər görülüb. Kənd təsərrüfatının inkişafı, əhalinin məşğulluğunun təmin edilməsi və ölkədə ərzaq bolluğunun yaradılması məqsədilə ardıcıl tədbirlər həyata keçirilib.
Boş qalmış torpaqların əkilməsi məqsədilə fiziki şəxslərə, fermer və sahibkarlara lazımi kömək göstərilib. Bu istiqamətdə görülən işlər öz bəhrəsini verməkdədir.
İclasda rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini İlqar Malıyevin hesabat məruzəsi dinlənilib.
Qeyd olunub ki, rayonda iqtisadi və sosial inkişafın əsas keyfiyyət göstəricisi olan ümumi məhsul və xidmətlərin həcmi bu ilin birinci rübündə ötən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz artaraq, 27,4 milyon manat olub. Bunun 9,6 faizi sənayenin, 26,6 faizi kənd təsərrüfatının, 14,1 faizi tikintinin, 46,4 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsinin, 2,6 faizi nəqliyyat və anbar təsərrüfatının, 0,7 faizi informasiya və rabitənin payına düşür.
Bu dövrdə rayonda inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 4060 min manat məbləğində vəsait yönəldilib. Bunun 95 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5,3 faiz artıb. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 260 manat təşkil edib.
Məruzə və çıxışlarda bu ilin birinci rübündə qazanılmış uğurlardan, həyata keçirilən layihələrdən ətraflı söhbət açılıb, işdə yol verilən nöqsanlar təhlil edilib, mövcud problemlərlə bağlı təkliflər səsləndirilib.
Şura iclasında müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul olunub.
Xəbər lenti
Hamısına baxDünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35
Gündəm
04 May 16:17
Hadisə
04 May 16:10
Hadisə
04 May 15:37
Elm
04 May 14:53
İqtisadiyyat
04 May 14:51
Sosial
04 May 14:19
Sosial
04 May 14:16
Sosial
04 May 13:55
Siyasət
04 May 13:47
Siyasət
04 May 13:46
Siyasət
04 May 13:45
Siyasət
04 May 12:50
İqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40

