Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər postneft dövründə iqtisadiyyatın şaxələndirilməsi məqsədilə həyata keçirilən islahatların sürətləndirilməsi üçün geniş baza formalaşdıracaq

Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklər postneft dövründə iqtisadiyyatın şaxələndirilməsi məqsədilə həyata keçirilən islahatların sürətləndirilməsi üçün geniş baza formalaşdıracaq

09.09.2016 [10:11]

Prezident İlham Əliyevin təşəbbüsü əsasında səsverməyə çıxarılan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsində əksini tapan müddəalar eyni zamanda ölkəmizdə aparılan iqtisadi islahatların miqyasının genişlənməsi, idarəetmə sisteminin optimallaşdırılması və səmərəliliyinin artırılması baxımından çox önəmlidir. Ölkənin Əsas Qanununa təklif edilən əlavə və dəyişikliklər postneft dövründə iqtisadiyyatın şaxələndirilməsi məqsədilə həyata keçirilən islahatların sürətləndirilməsi üçün geniş baza formalaşdıracaq.
Referendum Aktı layihəsində əksini tapan 4 maddə (103, 106,108,110) idarəetmə sisteminin institusional təkmilləşdirilməsini və optimallaşdırılmasını təmin etməklə yanaşı, həm də iqtisadi islahatların miqyasının genişləndirilməsinə, eləcə də onların daha yaxşı koordinasiya edilməsinə imkan yaradacaq. Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə əsasən, bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanın idarəçilik sistemində də ilk dəfə olaraq vitse-prezidentlik institutunun təsis edilməsi nəzərdə tutulub. Hesab edirəm ki, idarəetmədəki bu yenilik ölkəmizdə postneft dövründə iqtisadi islahatların həyata keçirilməsinə və qərarların optimallaşdırılmasına daha münbit zəmin formalaşdıracaq. Belə ki, yeni idarəçilik sistemi islahatların aparılmasına daha modern və fərqli yanaşmanın reallaşması deməkdir. Eyni zamanda, şübhə yoxdur ki, yeniləşən idarəetmə sistemi iqtisadi proqramların icrasında çevikliyin artmasına da müsbət təsir göstərəcək.
Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklər idarəetmə sisteminin institusional yeniləşməsi ilə yanaşı, əmək hüquqlarının qorunması sisteminin təkmilləşməsi də daxil olmaqla mülkiyyət münasibətlərinə yeni baxış formalaşdıracaq. Konstitusiyaya “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur”, “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” məzmununda dəyişikliklər təklif edilib. Burada məqsəd xüsusən də aqrar sektorun inkişafının dəstəklənməsidir. Məlum olduğu kimi, Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclaslarında istifadəsiz qalan əkinəyararlı torpaqların fermerlərin istifadəsinə verilməsinin təşkili ilə bağlı müvafiq qurumların qarşısına ciddi vəzifələr qoyub. Problem ondadır ki, əkinəyararlı torpaq sahələrinin bir qismi müəyyən insanlar tərəfindən zəbt edilib və fermerlərin istifadəsindən yayındırılır. Yeni dəyişikliklər məhz kənd təsərrüfatı təyinatlı torpaqların fermerlərin və sahibkarların istifadəsinə verilməsinə hüquqi zəmin yaradacaq. Bu isə son nəticədə kənd təsərrüfatında məhsul istehsalını artırmaqla idxaldan asılılığın aradan qaldırılması, ölkənin yeni ixrac imkanlarının yaradılması deməkdir. Beləliklə, deyə bilərik ki, haqqında bəhs olunan əlavə və dəyişikliklər Azərbaycan üçün strateji önəm daşıyan pambıqçılıq, taxılçılıq, üzümçülük, tütünçülük, baramaçılıq, heyvandarlıq kimi sahələrin dinamik inkişafının təmin olunmasına xidmət göstərir. Bütün bu deyilənlərdən də göründüyü kimi, Əsas Qanunumuza təklif olunan əlavə və dəyişikliklər postneft dövründə iqtisadiyyatın diversifikasiyası ilə bağlı çağırışlara tam uyğundur.
Vüqar BAYRAMOV
İqtisadi və Sosial İnkişaf
Mərkəzinin sədri

Paylaş:
Baxılıb: 623 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31