Ailə kiçik dövlət, böyük sərvətdir
02.10.2018 [09:02]
Yeni Azərbaycan Partiyasının dəstəyi ilə ailə quran və ev sahibi olan Fikrətlə Aytac: Bu ev bizim xoşbəxtlik ocağımızdır
Azərbaycan xalqının əsrlərdən gələn gözəl, dəyərli adət-ənənələri var. Yüz illərdir ki, bu ənənələr yaşayaraq bu günümüzə gəlib çatıb. Xalqımızın gözəl ənənələrindən biri də xeyirxahlıq etmək, imkansızlara, kimsəsizlərə yardım etmək, onlara arxa, dayaq olmaqdır. Sevindirici haldır ki, bu ənənə artıq müstəqil Azərbaycanda dövlət siyasətinə çevrilib. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan humanist siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Ulu öndər Heydər Əliyevin qurucusu olduğu və Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası (YAP) da bu ənənələrə sadiq qalaraq xeyriyyə tədbirləri həyata keçirir. Partiyanın təşkilatçılığı ilə bu il mayın 9-da Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Təhsil Nazirliyinin 8 saylı sanatoriya tipli internat məktəbinin məzunları, valideyn himayəsindən məhrum olmuş gənclər - Fikrət Həsənovla Aytac Səfərova üçün toy mərasiminin keçirilməsi də məhz milli adət-ənənələrimizə, Heydər Əliyev ideyalarına sadiqliyin ifadəsi idi.
Qeyd edək ki, Ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ərəfəsində təşkil olunan gənclərin toy şənliyi Bakıdakı məşhur “Xəmsə” şadlıq sarayında keçirilib və şənlikdə YAP-ın üzvləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, gənclər və incəsənət adamları iştirak ediblər. YAP tərəfindən bu gənclərə ev də hədiyyə edildi.
Artıq Fikrətlə Aytacın icdivacından bir neçə ay ötür. Təbii ki, ailə qurmaqla bu cütlük öz həyatlarının yeni mərhələsinə başlayıblar. Biz də “Yeni Azərbaycan” qəzeti olaraq, gənclərin Yeni Günəşli massivində yerləşən evlərində qonaq olub onların yeni həyatları ilə maraqlandıq.
İlk olaraq Fikrətlə Aytac özlərinin sevgi tarixçəsindən bəhs etdilər. Belə ki, hər iki gənc 6-7 yaşlarından Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Təhsil Nazirliyinin 8 saylı sanatoriya tipli internat məktəbində böyüyüblər. Fikrət 6 yaşında olanda onu xalası buraya gətirib. Bir neçə il sonra isə Aytac da bu məktəbə gətirilib. Fikrət Aytacın qardaşı ilə eyni sinifdə oxuyub. Fikrət məktəbi bitirdikdən sonra da ona burada yaşaması üçün şərait yaradılıb. Bir neçə il əvvəl Fikrət Aytaca nişan üzüyü bağışlasa da, toy etməyə imkanı olmayıb. “Mən evlənməyimizə kömək etmək üçün məktəbin direkorundan xahiş etdim. O da Yeni Azərbaycan Partiyasına müraciət etdi. Sağ olsunlar ki, arzumuzu gerçəyə çevirdilər. Yeni Azərbaycan Partiyasının bu xeyirxahlıq missiyası bizi bir-birimizə qovuşdurdu. Uşaq yaşlarından bu məktəbdə yaşamışdıq. Bura bizim evimiz olub. Və burada bir-birimizi tanımışıq. Mən Aytacı bəyəndim, sevdim. Şükürlər olsun ki, ailə qurduq. Allah hər kəsdən razı olsun”, - deyə Fikrət bildirib.
Xeyirxahlıq, yardımsevərlik xalqımızın ən gözəl ənənələrindən biridir
O deyib ki, xeyirxahlıq, yardımsevərlik xalqımızın genindən gəlir. Çünki tarixən Azərbaycan xalqı mərd, xeyirxah xalq kimi dünyada tanınıb: “Bu da çox gözəl, bütün dünyaya nümunə olacaq bir adət-ənənədir. Hazırda bu ənənə dövlətimizin siyasətində də əksini tapır. Bu gün Prezident İlham Əliyevin siyasətində imkansız ailələr, ahıllar, valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısı yüksək səviyyədədir. Eyni zamanda, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti təqdirəlayiqdir. Fond tərəfindən internat məktəbləri, uşaq evləri və onların sakinləri daim diqqətdə saxlanır. Valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğı göstərilir. Bu da Azərbaycanın sosial dövlət olduğunu göstərir. Bizim oxuduğumuz məktəb də Fond tərəfindən əsaslı təmir olunub. Həm də valideyn himayəsindən məhrum olan uşaqların təhsili, mənzil və işlə təminatı həmişə diqqət mərkəzindədir. Bizə olan kömək də bu siyasətin davamıdır”.
Fikrətin həyat yoldaşı Aytac da Yeni Azərbaycan Partiyasının bu xeyirxah addımını nəcib əməl kimi dəyərləndirib: “Bu işdə zəhməti olan hər kəsə təşəkkür edirəm. Nə qədər təşəkkür etsək də, bu, azdır. Sadəcə, mehriban, nümunəvi ailə olmaqla bizə göstərilən qayğıya layiq olmağa çalışırıq. Hər bir ailə üçün ev əsas şərtlərdən biridir. Partiyamız çox sağ olsun ki, bizi evlə də təmin etdi. Bu ev bizim xoşbəxtlik ocağımızdır”.
Qeyd edək ki, cütlüyün toy mərasimində iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Fikrətlə Aytaca xeyir-dua verib, onlara gələcək həyatlarında uğurlar arzulayıb. Əli Əhmədov evin açarlarını da toyda Fikrətə təqdim edib. “Arzu edirik, bütün gənclərimiz evlənə bilsinlər, ailə qursunlar, ev-eşik sahibi olsunlar. Bir halda ki, toy olur, ailə qurulur, orada gərək ev də olsun. Və mən istəyirəm, bu gənc ailənin evinin açarını onlara təqdim edim. Artıq onların öz evləri də var. Bir daha təbrik edirəm. Qoy bu ev sizin xoşbəxtlik ocağınız olsun”, - deyə YAP Sədrinin müavini qeyd edib.
Gənclərə möhkəm ailə səadəti, xoşbəxtlik diləyən Əli Əhmədov inamını ifadə edib ki, bu qədər insanın xeyir-duası ilə qurulan ailə çox möhkəm olacaq: “Bu toyun bir mənası ondan ibarətdir ki, iki gənc ailə qurur, bundan sonrakı ömürlərini birləşdirir. İkinci mənası isə odur ki, cəmiyyətimiz bir daha öz birliyini göstərir, insanlara kömək göstərmək istəyini ifadə edir. Bu da cəmiyyətimizi birləşdirən və möhkəmləndirən ən güclü amillərdən biridir”.
O qeyd edib ki, Ulu öndər Heydər Əliyevin qurucusu olduğu ölkədə heç kim tək, kimsəsiz deyil. Bu toy şənliyini cəmiyyətimizin birliyinin təzahürü adlandıran Baş nazirin müavini gənclərə nümunəvi ailələrdən olmağı arzulayıb.
“Hər zaman nümunəvi ailə olmağa çalışacağıq”
Fikrətlə Aytac da bu diqqətə və tövsiyələrə görə minnətdardırlar. Onlar hər zaman nümunəvi ailə olmağa çalışacaqlarını deyiblər. Onlara hədiyyə edilən evin tam təmirli olduğunu deyən Fikrət mənzildə hər şeylə təmin olunduqlarını da söyləyib: “Bizim üçün bu hədiyyə əvəzsizdir. Çünki hər bir ailənin ən böyük arzularından biri evə sahib olmaqdır. Bizə bu sevinci də Yeni Azərbaycan Partiyası yaşatdı. İndi isə hər bir azərbaycanlı ailəsi kimi öz həyatımızı yaşayırıq. Dost-tanışlar gəlib-gedir, hal-əhval tuturlar. Boş zamanımızda ailə olaraq şəhərə çıxıb istirahət edirik”.
Fikrətin dediyinə görə, sadəcə, toy etməklə hər şey bitməyib. YAP-ın üzvləri tez-tez onlarla əlaqə saxlayır, hal-əhval tuturlar. Eyni zamanda, Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən Təhsil Nazirliyinin 8 saylı sanatoriya tipli internat məktəbinin direktoru Pəri Paşayeva, demək olar ki, hər gün onlarla zəngləşir. Çünki Fikrətlə Aytac Pəri xanımı özlərinin mənəvi anası hesab edirlər.
Onu da qeyd edək ki, bu gənclər Yeni Azərbaycan Partiyasının üzvüdürlər, onlar partiyanın Xəzər rayon təşkilatında qeydiyyatdadırlar. Fikrətlə Aytac partiyanın sıralarına qoşulmağı özlərinin mənəvi borcu hesab etdiklərini deyirlər. “Partiyanın qurucusu Ulu öndər Heydər Əliyevin ideyaları hər zaman yaşayır. Ulu öndərimizin əsasını qoyduğu humanizm siyasəti bu gün Prezidentimiz tərəfindən uğurla davam etdirilir. YAP-ın fəaliyyətində də bu amil hər zaman öndədir. Bizə olan qayğı da bunun əyani göstəricisidir. Ona görə də biz bu partiyanın üzvü olmağı özümüzə mənəvi borc hesab edirik”, - deyə Fikrət qeyd edib.
“YAP-ın üzvü olmağımızla fəxr edirik”
Aytac isə partiyanın hər zaman gənclərə qayğı ilə yanaşdığını söyləyib: “Biz bilirik ki, Yeni Azərbaycan Partiyası gənclərə yüksək diqqət göstərir. Partiya gənclərin bilik və bacarıqlarını ifadə etmək üçün geniş meydan yaradıb. Yəni özünə güvənən gənclərə YAP həmişə bütün imkanları yaradır. Bundan başqa, partiya həmişə xeyirxah tədbirlər həyata keçirir. Ahıl insanlara, kimsəsizlərə, valideyn himayəsindən məhrum olan uşaqlara, aztəminatlı ailələrə partiyamız həmişə qayğı ilə yanaşır, onları diqqətdən kənarda qoymur. Ona görə də biz də bu partiyanın üzvü olmaqla fəxr edirik. Bizə bu dəstəyi verdiyi üçün partiyanın rəhbərliyinə sonsuz minnətdarıq”.
Beləliklə, bu cütlük öz həyatlarından çox razıdır. Fikrətlə Aytac bir-birlərinə qovuşduqları üçün özlərini xoşbəxt hesab edirlər. Hazırda Fikrət 1 saylı şəhər kliniki xəstəxanasında texnik işləyir. Ən əsası isə odur ki, partiyamızın qayğısı, möhkəm sevgi Fikrətlə Aytacı bir-birinə daha da bağlayır. Necə deyərlər, ailə kiçik dövlət, böyük sərvətdir. “Yeni Azərbaycan” qəzeti olaraq bu cütlüyə daim xoşbəxtlik, ailə səadəti, evlərindən körpə səsinin eşidilməsini arzulayırıq.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57

