Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklərin rəhbərləri Astaraya səfər ediblər
28.11.2018 [09:52]
Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri və onların xanımları noyabrın 27-də Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Astara rayonuna səfər ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycanda regionların inkişafı ilə yaxından tanış olmaq və bu xüsusda ölkəmizin cənub bölgəsində həyata keçirilən sosial, iqtisadi layihələr, habelə turizmin inkişafı ilə yerindəcə məlumatlanmaq məqsədilə həyata keçirilən bu səfərdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun 70-dək nümayəndəsi iştirak edir.
Diplomatlar əvvəlcə Astara şəhərində Xəzər dənizi sahili boyunca salınmış park-bulvar kompleksinə səyahət ediblər.
Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev rayon sakinlərinin və turistlərin istirahət yerinə çevrilmiş park-bulvar kompleksi barədə qonaqlara məlumat verib.
Qeyd olunub ki, 2014-cü ildə 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi Prezident İlham Əliyevin 2017-ci il iyunun 8-də imzaladığı Sərəncama əsasən 10 hektar genişləndirilərək 16 hektara çatdırılıb. Bu istirahət məkanının 500 metrlik hissəsi Xəzər dənizinin sahili boyunca uzanır. Parkın ikinci hissəsində 52 metr hündürlüyündə dövlət bayrağı ucaldılıb, qala divarı, fəvvarə kompleksi, süni şəlalə quraşdırılıb.
Bundan başqa, istirahət məkanında iki hektar sahəsi olan, “Zirvə” idman klubuna məxsus atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb, uşaqlar üçün attraksionlar, oturacaqlar, işıq dirəkləri və suvarma sistemi quraşdırılıb. Ərazidə genişmiqyaslı yaşıllıq işləri görülüb, gül, dekorativ kol və ağaclar, həmçinin yerli meşə ağacları əkilib.
Park-bulvar kompleksi ilə tanışlıqdan sonra diplomatlar rayonun Çayoba kəndində yerləşən “Astaraçay” MMC-yə gəliblər. Qonaqlara “Astaraçay” MMC-nin fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, 2015-ci il iyulun 25-dən fəaliyyətə başlayan “Astaraçay” MMC əsasən çayçılıq, sitrusçuluq və çəltikçiliklə məşğul olur. Müəssisə tərəfindən Astara və Lənkəran rayonlarında 450 hektarda çay plantasiyaları salınıb. Bu il plantasiyalardan 400 tona yaxın yaşıl çay yarpağı yığılıb. Burada fəaliyyət göstərən çay fabriki gün ərzində 10 ton çay emalı gücünə malikdir. Gələcəkdə bu rəqəmin 50 tona çatdırılması nəzərdə tutulub. Bu il müəssisə tərəfindən Astara, Lənkəran və Biləsuvar rayonlarında 1000 hektara yaxın çəltik əkilərək sahələrdən 2000 tona yaxın düyü məhsulu əldə olunub. “Astaraçay” MMC tərəfindən, həmçinin 10 hektarda sitrus meyvə bağları salınıb.
Diplomatlar müəssisənin çay fabrikində istehsal prosesi, “Çay muzeyi”ndə nümayiş etdirilən məhsullar və eksponatlarla tanış olub, Astara çayının dadına baxıblar.
Noyabrın 28-də xarici ölkələrin ölkəmizdə akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilatların rəhbərləri və onların xanımları Lənkəran rayonuna səfər edəcəklər.
Xəbər lenti
Hamısına baxDünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14

