Tanınmış amerikalı jurnalistlər Azərbaycan haqqında reportajlar hazırlayacaqlar
12.03.2019 [10:16]
ABŞ-ın nüfuzlu “The Washington Times” qəzetinin əməkdaşı Monika Krouli və 77WABC radiosunun aparıcısı Con Baçelor Azərbaycan haqqında reportajlar hazırlayırlar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 11-də Qubaya gələn tanınmış amerikalı jurnalistlərlə rayon icra hakimiyyətində görüş keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib. Bildirilib ki, ölkəmizdə milli və dini azlıqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. Azərbaycandakı tolerantlıq modeli dünyaya nümunədir.
Amerikalı jurnalistlər C.Baçelor və M.Krouli Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
“The Washington Times” qəzetinin müxbiri Monika Krouli, eyni zamanda, ABŞ-da yayımlanan FOX və ABC kanalları üçün də reportajlar hazırlayır. “Mən bura Azərbaycan və Quba haqqında məlumatlar əldə etmək üçün gəlmişəm. Qayıtdıqdan sonra gördüklərim və öyrəndiklərim barədə məqalə hazırlayacağam. Məqaləmdə buradakı tolerantlıqdan söz açacağam. Qubada fərqli dinlərə, eyni zamanda, müxtəlif etnik qruplara məxsus insanlar uzun illərdir sülh şəraitində yaşayırlar. Bu, bütün dünya üçün maraqlı modeldir. Məqaləmdə Azərbaycanın iqtisadiyyatı və mədəniyyəti də öz əksini tapacaq”, - deyə M.Krouli bildirib.
77WABC radiosunun aparıcısı Con Baçelor isə Azərbaycana səfəri haqqında proqram hazırlayacaq: “Mən Nyu-York şəhərində radioda çalışıram. Azərbaycana gəlməkdə məqsədim ölkəniz haqqında proqram hazırlamaq və Amerikada yayımlamaqdır. Bu gün Quba Soyqırımı Memorial Kompleksi ilə tanış olduq. İndiyə kimi mənim bu hadisələr barədə heç bir məlumatım yox idi. Kütləvi qətliam 1918-ci ildə baş versə də, mən bu barədə heç vaxt oxumamışam”.
Amerikalı jurnalistlər Qubada dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədəki sinaqoqda da olublar. Qonaqların diqqətinə çatdırılıb ki, buradakı yəhudilər uzun illərdir azərbaycanlılarla birlikdə, sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Dağ yəhudilərinin Quba ərazisində yığcam şəkildə məskunlaşmasının tarixi XVIII əsrin ortalarına təsadüf edir. Quba xanlığına Fətəli xanın rəhbərlik etdiyi dövrlərdə bütün ətraf ərazilərdə yaşayan yəhudilər buraya köçməyə başlayıblar. Həmin vaxt salınan yəhudi məhəllələrində 10-dan artıq sinaqoq inşa olunub. Qırmızı qəsəbədə yəhudilərin dini icması və milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Azərbaycanda qədimdən məskunlaşan ləzgi, tat, talış, udi, avar, xınalıq və digər çoxsaylı etnik qruplar dövlətin qayğı və himayəsini daim öz üzərlərində hiss edirlər.
Monika Krouli və Con Baçelor Qubadan sonra Qusarda da olacaqlar.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39

