Azərbaycan dövləti insan hüquq və azadlıqlarının etibarlı təminatçısıdır
02.07.2019 [09:45]
Demokratik dəyərlərin təşəkkül tapdığı Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqları yüksək səviyyədə təmin olunur. Buna paralel olaraq həyata keçirilən inkişaf strategiyasının fonunda reallaşdırılan demokratik islahatlar mütəmadi xarakter daşıyır. Azərbaycan siyasi, hüquqi, iqtisadi islahatları davam etdirmək əzmindədir və həyata keçirilən bütün tədbirlər ölkəmizin davamlı inkişafına xidmət edir.
Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyiinkişaf strategiyasında insan hüquqları faktoru mühüm yer tutur
Ölkəmizdə demokratiya və onun başlıca atributları olan vətəndaş cəmiyyəti və hüquqi dövlətin mütləq komponentlərinin təşəkkül tapmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirən başlıca amil isə mütəmadi surətdə sistem-struktur islahatlarının həyata keçirilməsidir. Məlum olduğu kimi, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasında insan hüquqları faktorunun mühüm rolu var.
Ümumiyyətlə, insan hüquqları ideyası son onilliklərdə Azərbaycan ictimai şüurunda möhkəm yer tutub. Bu da onunla bağlıdır ki, insan hüquqları və azadlıqlarının təmin olunması məsələlərinə Azərbaycan Respublikasında xüsusi diqqət yetirilir və onların reallaşdırılması istiqamətində Azərbaycan dövləti tərəfindən məqsədyönlü siyasət həyata keçirilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 29 sentyabr 1994-cü il tarixində BMT-nin Baş Məclisinin 49-cu sessiyasında bəyan etmişdir: “Bizim respublikamız qətiyyətlə hüquqi, demokratik, sivilizasiyalı dövlət quruculuğu yolunu tutmuşdur... Respublikamızda artıq çoxpartiyalı sistem mövcuddur, siyasi plüralizm, şəxsiyyət, söz, mətbuat, vicdan azadlıqları insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsipləri möhkəm bərqərar olmuşdur”.
Onu da vurğulamaq lazımdır ki, müstəqillik illəri ərzində Azərbaycanın ictimai şüurunda insan hüquqları ideyasının möhkəm təsdiq edilməsi həm də qanunauyğun şəkildə ölkədə getdikcə genişlənmiş ümumi demokratikləşmə prosesləri ilə bağlıdır. Müasir Azərbaycan dünya birliyinin humanitar sahədə qəbul etdiyi əsas standartlarını tanıyaraq, öz üzərinə insan hüquqlarının təmin edilməsi və müdafiəsinə dair öhdəliklər götürür.
İnsan hüquq və azadlıqları Azərbaycan Konstitusiyasında ali dəyər kimi tanınır
Bu məqamda qeyd edək ki, Azərbaycanın konstitusion inkişafının müasir mərhələsini səciyyələndirən əsas xüsusiyyətlərdən birini məhz insan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi sisteminin daim təkmilləşdirilməsi təşkil edir. Bu prosesdə 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Azərbaycan Respublikası Konstitusiyası başlıca rol oynayır.
Konstitusiya demokratik prinsiplər əsasında qurulan Azərbaycan dövlətçiliyinin legitim əsaslarını yaradıb, dövlət və şəxsiyyət arasında yeni münasibətlər sistemini təsbit edib. İnsan və vətəndaşın hüquq və azadlıqları Azərbaycan Konstitusiyasında ali dəyər kimi tanınır və onların müdafiəsinə dövlət xüsusi təminat verir. Konstitusiya tənzimlənməsi ölkənin Əsas qanununda bu sahədə mövcud olan bütün beynəlxalq standartlara cavab verən insan və vətəndaş hüquq və azadlıqlarının bütöv kompleksinin tam və ardıcıl təsbit olunmasına imkan verib. 2002, 2009 və 2016-cı ildə keçirilən ümumxalq səsverməsi - referendum yolu ilə Konstitusiyaya bir sıra mühüm əlavə və dəyişikliklərin edilməsi tam mütərəqqi xarakter daşımaqla insan və vətəndaş hüquqlarının və azadlıqlarının daha səmərəli qorunmasına, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsinə, demokratiyanın genişlənməsinə və inkişafına xidmət edib.
İnsan hüquqları ümumbəşəri dəyər kimi qəbul olunduğundan bu sahədə beynəlxalq əməkdaşlıq da milli dövlətlərin demokratik inkişafı prosesində mühüm əhəmiyyətə malikdir. Bu mənada Azərbaycanın BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməsi, milli qanunvericilik bazasının formalaşdırılmasında beynəlxalq təcrübəyə istinad etməsi xüsusilə təqdirəlayiqdir. Azərbaycanın insan haqlarının müdafiəsinin möhkəmləndirilməsi istiqamətində inamla irəliləməsinin və Avroatlantik qurumlarla konstruktiv əməkdaşlığının göstəricisi kimi, insan hüquqları sahəsində islahatların həyata keçirilməsi ölkəmizin xarici əlaqələrinə, xüsusən də, beynəlxalq təşkilatlarla münasibətlərinə də böyük təsir göstərib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik siyasi-strateji kursun fonunda insan və vətəndaş hüquq və azadlıqlarının təminatının daha da gücləndirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, ictimai-siyasi təsisatların fəaliyyətinin genişləndirilməsinə yardım edən hüquqi islahatların həyata keçirilməsi, həmçinin digər bu kimi tədbirlər demokratikləşmə prosesinin daha da sürətlənməsini şərtləndirib. Bir məqama xüsusi olaraq toxunmaq gərəkdir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasına yönəlmiş çoxşaxəli humanizm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün qanunauyğunluqlarına, reallıqlarına və tələblərinə müvafiq surətdə davam etdirilməkdədir. “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”, - deyən Prezident İlham Əliyevin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.
Məhz bu cür ali və humanist mövqeyin qanunauyğun nəticəsi kimi, Prezident İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamına əsasən, 18 iyun Azərbaycanda İnsan hüquqları günü elan edilib. Sərəncamda Ulu Öndər Heydər Əliyevin 1998-ci il iyunun 18-də Azərbaycanda ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nı təsdiq etdiyi xatırladılır və bildirilir ki, Ümummilli Lider Heydər Əliyev insan hüquqlarının təmin olunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edib.
Ölkəmizdə insan hüquqlarının qorunması ilə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur
Müasir mərhələdə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin üstünlüklərindən bəhs edərkən mütləq şəkildə iki sənədin əhəmiyyətini qeyd etməliyik. Bunlar ölkə Prezidenti İlham Əliyevin 28 dekabr 2006-cı il tarixində imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” və 2011-ci il dekabrın 27-də imzalanmış “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”dır. Əgər Milli Fəaliyyət Planı insan hüquqlarının təmin edilməsi prosesinin keyfiyyətcə yeni müstəviyə keçməsinə, universal və regional səviyyədə əməkdaşlıq strategiyasının qurulmasına, dövlətlə vətəndaş cəmiyyəti arasında tərəfdaşlıq münasibətlərinin yaradılmasına xidmət edirdisə, Milli Fəaliyyət Proqramı müasir dövrün çağırışları və cəmiyyətin inkişafından irəli gələn tələblər nəzərə alınmaqla insan hüquqlarının təmin olunması üzrə görülən tədbirlərin genişləndirilməsinə, hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsinə mühüm töhfə oldu. Bu proqramın qəbulu Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlərin ardıcıllığının təmin olunması baxımından da böyük önəmə malikdir.
Həmçinin bələdiyyələrin, milli ombudsman aparatının yaradılması, məhkəmə islahatları, Seçki Məcəlləsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna və digər hüquqi normativlərə edilən mütərəqqi dəyişikliklər Azərbaycanda hüquqi dövlət quruculuğunun uğurla həyata keçirilməsini təsdiq edir. Son illərdə korrupsiyaya və rüşvətxorluğa, insan alveri, beynəlxalq cinayətkarlıq və qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, “ASAN xidmət” sisteminin yaradılması, qeydiyyat və vergi ödəmələri prosedurlarının sadələşdirilməsi, biznes mühitinin liberallaşdırılması və sahibkarlıq fəaliyyətinin inkişafına mane olan məsələlərin aradan qaldırılması və digər əsaslı tədbirlər Azərbaycanda hüquqi dövlət quruculuğu siyasətinin mühüm üstünlüklərini ifadə edir.
Qeyd etmək lazımdır ki, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə olunmasını şərtləndirən məsələlərdən biri də demokratik transformasiya prosesidir. Ulu Öndər Heydər Əliyevin sistematik surətdə başlatdığı demokratik transformasiya prosesi Prezident İlham Əliyev tərəfindən dövrün və şəraitin çağırışlarına, qanunauyğunluqlarına adekvat surətdə davam etdirilib və strateji hədəf kimi müəyyənləşdirilmiş vəzifələr yerinə yetirilib.
Bütün bunların fonunda belə bir nəticəyə gəlmək olur ki, Ulu Öndər Heydər Əliyevin başlatdığı demokratik transformasiyanın milli modelinin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına və qanunauyğunluqlarına müvafiq surətdə yeni keyfiyyətdə davam etdirilməsi siyasi sistemin təməl struktur elementlərinin təkmilləşməsinə təkan verməklə yanaşı, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsini də şərtləndirmiş oldu.
Nardar BAYRAMLI
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün
Xəbər lenti
Hamısına baxDünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46
Sosial
21 May 15:21
Sosial
21 May 15:21
Dünya
21 May 15:19
YAP xəbərləri
21 May 15:09
Xəbər lenti
21 May 15:04
Elm
21 May 14:54
YAP xəbərləri
21 May 14:53
Dünya
21 May 14:53
Xəbər lenti
21 May 14:52
Dünya
21 May 14:25
Dünya
21 May 14:17
Siyasət
21 May 14:16
Siyasət
21 May 13:53
Siyasət
21 May 13:40
Dünya
21 May 13:16
Gündəm
21 May 12:57
Sosial
21 May 12:45
Gündəm
21 May 12:36
Sosial
21 May 12:33
Elm
21 May 12:20
Sosial
21 May 12:19
Gündəm
21 May 12:11
YAP xəbərləri
21 May 12:02
Siyasət
21 May 11:52
Siyasət
21 May 11:39
İqtisadiyyat
21 May 11:13
Gündəm
21 May 10:56
Gündəm
21 May 10:34
YAP xəbərləri
21 May 10:28
Analitik
21 May 10:12
İqtisadiyyat
21 May 09:55
Analitik
21 May 09:38
Sosial
21 May 09:14
Sosial
21 May 08:50
Sosial
21 May 08:31
Sosial
21 May 07:08
İdman
21 May 07:00
Sosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Siyasət
20 May 20:51
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43

