Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / “Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

“Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib

20.07.2019 [09:17]

Azərbaycan Respublikası Gənclər Fondunun və Bakı Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə tələbələr, gənclər təşkilatlarının nümayəndələri və gənc könüllülərin iştirakı ilə “Azərbaycan milli mətbuatı 144 il: müasir gəncliyin gözü ilə” mövzusunda tədbir keçirilib.
Fonddan AZƏRTAC-a bildiriblər ki, tədbirdə Əməkdar mədəniyyət işçisi, televiziya və radio aparıcısı Rahib Azəri, “1news.az” informasiya agentliyinin direktoru Rəhman Hacı, “ASAN Radio”nun direktoru Emin Musəvi çıxış edərək 1875-ci ildə böyük maarifpərvər ziyalı Həsən bəy Zərdabinin təsis etdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş milli mətbuatımızın keçdiyi yoldan və müasir dövrdə mətbuatımızın fəaliyyəti, sosial media, onun yaratdığı imkanlardan və yeniliklərdən bəhs ediblər.
Sonra gənclərin sualları cavablandırılıb, fikir mübadiləsi aparılıb.
Müzakirə formatında təşkil olunan görüşdə 300-dən çox gənc iştirak edib.

Paylaş:
Baxılıb: 503 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31