/ / Azərbaycanda ilk dəfə Zərdabda yay baramasının təhvilinə başlanılması ilə əlaqədar tədbir keçirilib
Azərbaycanda ilk dəfə Zərdabda yay baramasının təhvilinə başlanılması ilə əlaqədar tədbir keçirilib
27.07.2019 [01:30]
26 iyul 2019-cu il tarixində Zərdab rayonunda yay baramasının təhvilinə başlanılması ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, Kənd Təsərrüfatı Nazirliyinin məsul işçiləri, mütəxəssislər, kümçülər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə Zərdab rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev açıb. Bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın icrası istiqamətində rayonda həyata keçirilən tədbirlər nəticəsində baramaçılıq sahəsində yüksək nəticələr əldə edilib. 2016-cı ildə 5710 kq barama tədarük olunduğu halda, 2019-cu ildə bu göstərici 11,4 dəfə artaraq 65 ton 321 kq-a çatıb, 4 minə yaxın əhali mövsümi işlə təmin edilib. Barama tədarükü sahəsində son üç ildə Zərdab rayonu respublika üzrə ən yüksək göstəricilərə nail olub. Müvafiq Dövlət proqramının icrasının təmin olunması istiqamətində Zərdab rayonunda innovativ tədbirlərin həyata keçirilməsinə, o cümlədən “Zərdab baramaçıları” Assosiasiyasının yaradılması istiqamətində işlərə başlanılıb, baramaçılığın və ipəkçiliyin inkişafı üçün geniş infrastruktur tədbirlərin həyata keçirilməsi rayonda aqrar klasterin təşkilini aktuallaşdırıb. Rayon ərazisində mövcud yem bazasını və kümçülərin bu sahəyə olan marağını nəzərə alaraq rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə Çin Xalq Respublikasından həmin ölkənin mütəxəssislərinin nəzarəti ilə 300 qutu baramaqurdu gətirilərək Qax Damazlıq Stansiyasında inkubasiya olunub, bu il iyunun 26-da rayona gətirilib. Çin Xalq Respublikasından gəlmiş mütəxəssislər və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin iştirakı ilə rayon İcra Hakimiyyətində “Yay mövsümündə baramaqurdunun yemləməsinin xüsusiyyətləri” mövzusunda kümçülərlə görüş keçirilib, tədbirin sonunda onlara pulsuz olaraq 300 qutu baramaqurdu paylanılıb, min nəfərdən çox qeyri-məşğul əhali mövsümi işlə təmin edilib.
Azərbaycanda ilk dəfə olaraq yay mövsümündə baramaqurdunun saxlanılması Zərdab rayonunda həyata keçirilib, qurdun saxlanma yerində 32-35 dərəcə temperatur olduqda belə bəzi kümçülərin ipəkqurdunun yay yemləməsi 22-ci gün başa çatıb və barama sarıma mərhələsi başlayıb.
Mütəxəssislərin ilkin proqnozlarına görə, ikinci mərhələdə rayon üzrə paylanılmış baramaqurdundan 10 tondan çox məhsul istehsalı gözlənilir. 24 iyul 2019-cu il tarixindən yay baramasının təhvilinə başlanılıb. Təhvilin ilk iki günündə 1 tondan çox barama tədarük edilib.
Kənd Təsərrüfatı Nazirliyinin heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Esmira Lətifova tədbirdə çıxış edərək kümçüləri yay baramasının təhvilinə başlamaları münasibətilə təbrik edib və baramaçılıq sahəsində qarşıda duran vəzifələrdən danışıb.
Tədbirdə çıxış edən kümçülər baramaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər və onlar üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:15
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15

