/ / Ümummilli Lider Heydər Əliyev zamanı çox-çox qabaqlayaraq işıqlı sabahın möhkəm təməlini yaradıb
Ümummilli Lider Heydər Əliyev zamanı çox-çox qabaqlayaraq işıqlı sabahın möhkəm təməlini yaradıb
12.12.2019 [10:10]
Siyasi Sənədlər Arxivində “İki əsrin şahidi, iki əsrin lideri” adlı tədbir keçirilib
Dekabrın 11-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “İki əsrin şahidi, iki əsrin lideri” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, anım tədbirinin iştirakçıları əvvəlcə qurumun foyesində Ulu Öndərin ömür yolunu əks etdirən sərgi ilə tanış olub, büstü önünə gül dəstələri düzüblər.
Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova tədbirdə çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, Onun şəxsiyyətinin böyüklüyündən danışıb. Qeyd edib ki, Heydər Əliyev ilk əmək fəaliyyətinə 18 yaşında ikən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığının arxivində başlayıb. Üç il sonra, 1944-cü ildə Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində işə başlayıb, öz biliyi, bacarığı və əzmkarlığı ilə sıravi işçidən Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə qədər yüksəlib. Təhlükəsizlik orqanlarında 25 il çalışdıqdan sonra Heydər Əliyev 1969-cu il iyulun 14-də Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə təyin edilib. O dövrdən etibarən Azərbaycan dövlətinin, Azərbaycan xalqının həyatının bütün sahələrində yüksəliş, inkişaf və tərəqqi mərhələsi başlanıb. Həmin gün Azərbaycanın inkişafında dönüş nöqtəsi hesab olunur. Bu dahi siyasət xadimi zamanı çox-çox qabaqlayaraq işıqlı sabahın möhkəm təməlini yaradıb. 1969-1982-ci illərdə həyata keçirdiyi məqsədyönlü tədbirlər nəticəsində respublika iqtisadiyyatında mühüm islahatlar aparılıb, yeni sənaye sahələri yaradılıb, mütərəqqi texnologiyaların istehsalata tətbiqi əsasında Azərbaycan sənayesi SSRİ-də qabaqcıl mövqeyə yiyələnib.
Ulu Öndər bilirdi ki, iqtisadiyyatı güclü olan dövlət çox şeyə qadirdir. Bu baxımdan, 1970-ci illərin əvvəllərindən etibarən Azərbaycan sənayesinin inkişafında yeni bir mərhələ başlandı. Neft sahəsində uzun illərdən bəri yığılıb qalmış problemlərin həlli, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılması ilə bağlı kompleks tədbirlərin icrasına start verildi. Neft maşınqayırma sənayesində də ciddi dəyişikliklər baş verdi, yeni istehsal sahələri işə salındı. Heydər Əliyevin 1969-cu ildə dövlətin ali rəhbərliyinə gəldikdən sonra kadr siyasətində həyata keçirdiyi tədbirlər milli dövlətçilik baxımından xüsusi əhəmiyyətə malikdir. Belə ki, həmin illərdə Onun yürütdüyü uzaqgörən kadr siyasəti bugünkü müstəqil Azərbaycanın kadr potensialının yüksək olmasına, güclü milli kadrların yetişməsinə xidmət edirdi. Ulu Öndər yüksək idarəetmə postlarına azərbaycanlıları çəkməklə milliləşdirmə siyasətini yürüdür, elə hakimiyyətinin ilk dövründən Moskvanın təzyiqlərinə baxmayaraq, milli kadrlara üstünlük verirdi.
Qeyd edilib ki, Heydər Əliyevin parlaq və aydın zəkası, zəngin bilik və təcrübəsi sayəsində əldə etdiyi uğurlar, Azərbaycanın tez bir zamanda ölkənin qabaqcıl respublikasına çevrilməsi, əlbəttə ki, sovet rəhbərliyinin diqqətini cəlb etdi. Nəticədə, 1982-ci ilin dekabrında Heydər Əliyev 300 milyona yaxın əhalisi olan bir ölkənin ali siyasi və dövlət rəhbərliyinə - Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilərək SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. O, 1982-1987-ci illərdə də Öz zəngin, tükənməz və hərtərəfli dövlət idarəçiliyi istedadı ilə tənəzzülə başlamış nəhəng imperiyanın ən ağır sahələrinə - SSRİ Yollar Nazirliyi, Dəniz Donanması Nazirliyi, Yol Tikinti Nazirliyi, Rabitə Nazirliyi, Ümumittifaq Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Maarif Nazirliyi və digər nazirliklərə nəzarəti layiqincə yerinə yetirirdi.
Bildirilib ki, Heydər Əliyevin ölkəmizə 1993-2003-cü illərdə rəhbərliyi dövründə müstəqil dövlətimizin tərəqqisi üçün çox böyük, taleyüklü işlər həyata keçirildi. 1994-cü ildə atəşkəs əldə edilərək Ermənistan-Azərbaycan cəbhəsində ağır və üzücü müharibə dayandırıldı. Elə həmin il sentyabrın 20-də Azərbaycanın gələcək inkişafına, siyasi və iqtisadi maraqlarının təmin edilməsinə mühüm töhfələr verən, təkcə neft sahəsinin deyil, bütövlükdə iqtisadi dirçəlişin təməlini qoyan “Əsrin müqaviləsi” imzalandı. 1996-cı ildə Azərbaycanın əhəmiyyətinə görə ikinci böyük enerji layihəsi - “Şahdəniz” müqaviləsi imzalandı. Həmin il Azərbaycan daha bir uğura imza atdı - ATƏT-in Lissabon sammitində münaqişənin sülh yolu və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini zəruri sayan qərar qəbul edildi, Qarabağ münaqişəsinin nizamlanmasının beynəlxalq-hüquqi prinsipləri müəyyənləşdirildi.
Sonra Siyasi Sənədlər Arxivinin aparıcı məsləhətçisi, filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayeva, uzun illər Ulu Öndərlə çiyin-çiyinə çalışmış görkəmli tarixçi-alim, professor Dilarə Seyidzadə, Milli Məclisin deputatı Fəzail İbrahimli və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov Ümummilli Liderin həyat yolundan danışıblar. Bildirilib ki, Heydər Əliyev Öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb. Onun qətiyyəti, müdrik siyasəti nəticəsində Azərbaycan xaos, vətəndaş müharibəsi, tənəzzül, parçalanmadan xilas olaraq sürətli inkişaf yoluna qədəm qoyub.
Diqqətə çatdırılıb ki, daim tariximizə, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə çox yüksək diqqət yetirən Ulu Öndər Heydər Əliyev Azərbaycanın inkişafı yolunda yorulmadan fəaliyyət göstərib. İllər keçdikcə Heydər Əliyevin böyüklüyü, xalqımız və dövlətimiz üçün gördüyü misilsiz işlər daha dərindən dərk olunur. Memarı və qurucusu Ulu Öndər Heydər Əliyev olan müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi nəticəsində sürətlə inkişaf edir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

