/ / İcbari tibbi sığortanın tətbiqindən sonra Qubada xəstəxanaya cərrahiyyə əməliyyatı üçün müraciət edənlərin sayı artıb
İcbari tibbi sığortanın tətbiqindən sonra Qubada xəstəxanaya cərrahiyyə əməliyyatı üçün müraciət edənlərin sayı artıb
15.01.2020 [09:10]
Respublikamızın şimal bölgəsinin digər rayonları kimi, Qubada da yanvarın 1-dən etibarən icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığorta sisteminə keçid rayon əhalisinin keyfiyyətli və hərtərəfli tibbi xidmətlə təmin olunmasına imkan verəcək.
Yanvar ayının əvvəlindən indiyədək Quba Rayon Mərkəzi Xəstəxanasına 10 min nəfərdən çox pasiyent müraciət edib.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Əmir Əliyev AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, tibb müəssisəsi yüksək standartlara uyğun, ən müasir tibbi avadanlıqla təchiz olunub. Xəstəxanadakı infrastruktur yeni sistemə inteqrasiya olunub. Yeni sistemə keçidlə əlaqədar xəstəxanada növbəlilik prinsipi yaradılıb, müraciət edən vətəndaşların məmnunluğunu təmin etmək üçün qeydiyyat mərkəzi mövcuddur. Yanvarın əvvəlindən bu günədək xəstəxanaya 10 min nəfərdən çox sakin müraciət edib. Onlardan 100 nəfəri stasionar müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 1000-1200 nəfərədək vətəndaş müraciət edir.
Baş həkimin sözlərinə görə, cərrahiyyə əməliyyatı üçün müraciət edənlərin sayında əvvəlki dövrlə müqayisədə 3-4 dəfə artım qeydə alınıb. Xəstəxanaya müraciət edən vətəndaş əvvəlcə ailə həkimi tərəfindən qəbul edilir. Sonra xəstə müayinələrdən keçmək üçün müvafiq şöbələrə göndərilir, ehtiyac yaranarsa ixtisaslı həkimlərə yönləndirilir.
Quba rayon sakini Tərlan Dəmirov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində icbari tibbi sığortanın tətbiqindən sonra xəstəxanadakı xidmətlərin keyfiyyətinin artdığını bildirib: “İcbari tibbi sığortanın tətbiqi çox yaxşıdır. Burun-boğaz həkiminə müraciət etmişəm. Təmənnasız yüksək səviyyəli xidmət göstərildi. Yaradılan qayda-qanundan çox razı qaldım. Bu işin təşkilinə görə ölkə rəhbərliyinə təşəkkür edirəm”.
Rayon sakini İmaməddin Əmrullayev də yeni sistemin tətbiqindən razı qaldığını qeyd edib. “Səhhətimlə əlaqədar terapiya şöbəsinə müraciət etdim. Göstərilən xidmətdən razı qaldım. İcbari tibbi sığortanın tətbiqini alqışlayıram. Camaat çox razıdır”, - deyə İ.Əmrullayev fikirlərini bölüşüb.
Xəbər lenti
Hamısına baxİdman
24 May 13:24
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48

