/ / Dövlət Miqrasiya Xidməti əcnəbilərin, o cümlədən işəgötürənlərin rahatlığının təmin olunması üçün bir sıra işlər görüb
Dövlət Miqrasiya Xidməti əcnəbilərin, o cümlədən işəgötürənlərin rahatlığının təmin olunması üçün bir sıra işlər görüb
18.06.2020 [08:59]
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi ilə “Caspian European Club”un üzvləri arasında videokonfrans vasitəsilə görüş keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xidmətin rəisi Vüsal Hüseynov “Caspian European Club”un üzvləri ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırıb və bunun ölkəmizdə dövlət ilə özəl sektor arasında dialoqun inkişafına müsbət töhfə verdiyini vurğulayıb.
Qeyd edib ki, dünyanı bürüyən COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində dövlətlər tərəfindən beynəlxalq sərhədkeçmələrə tətbiq olunan məhdudiyyətlər mənşə ölkəsindən kənarda olan çoxsaylı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin çətinliklərlə üzləşməsinə gətirib çıxarıb. Xidmət rəisi deyib ki, bu dövrdə əməkçi miqrantların həyat və sağlamlıqlarının qorunması prioritet təşkil etməklə, onların olduqları təyinat ölkələrində qanuni yaşaması üçün imkanlar genişləndirilməlidir. Pandemiyaya qarşı mübarizədə özəl sektor, hökumətlər və digər maraqlı tərəflərin bu prosesdə miqrantların daha çətin vəziyyətə düşməsinin qarşısını almaq üçün birgə fəaliyyəti mühüm əhəmiyyətə malikdir.
Vüsal Hüseynov Azərbaycan Respublikası tərəfindən pandemiya ilə əlaqədar ölkədə qalan əcnəbilərin qanuni yaşamalarının sadələşdirilməsi istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırıb. Bildirib ki, Dövlət Miqrasiya Xidməti COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrini rəhbər tutaraq mütəmadi olaraq müraciətlərlə bağlı vəziyyəti təhlil edib və fəaliyyətini mövcud vəziyyətə uyğun təkmilləşdirilməsi, müvafiq prosedurların sadələşdirilməsi, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən işəgötürənlərin rahatlığının təmin edilməsi istiqamətində bir sıra işlər görüb. Xidmət rəisi müvafiq məlumatların miqrantlara çatdırılmasında ticarət və biznes assosiasiyalarının rolunun vacibliyini qeyd edib.
“Caspian European Club”un sədri və baş icraçı direktoru Telman Əliyev DMX-nin pandemiya dövründə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərdiyi xidmətləri qeyd edərək, klub üzvləri adından miqrasiya xidmətləri ilə bağlı fikirlərini bildirib.
Sonda “Caspian European Club”un üzvlərinin sualları cavablandırılıb və səmimi fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

