Azərbaycanda gender bərabərliyi istiqamətində həyata keçirilən layihələr müzakirə edilib
01.07.2020 [10:02]
İyunun 30-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və Avropa Şurasının (AŞ) Azərbaycandakı ofisinin rəhbəri Zoltan Hernyesin onlayn görüşü keçirilib.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli əməkdaşlıq çərçivəsində birgə görülən işlər, xüsusən də media və gender bərabərliyi istiqamətində həyata keçirilən layihələr müzakirə edilib.
Bahar Muradova Avropa Şurası ilə olan uğurlu əməkdaşlıq sayəsində əldə edilən nailiyyətləri diqqətə çatdırıb. O, ölkəmizdə gender bərabərliyinin təmin olunması istiqamətində aparılan maarifləndirmə tədbirləri haqqında geniş məlumat verərək, media nümayəndələri üçün nəzərdə tutulan xüsusi layihələrin davam etdirilməsinin vacibliyini vurğulayıb. Qeyd edilib ki, mediada gender komponentinin əhatə edilməsi, beynəlxalq standartların tətbiqi və jurnalistlərin bu istiqamətdə maarifləndirilməsi olduqca vacib məsələdir. Bu baxımdan da Avropa Şurası ilə birgə icra edilən “Gender bərabərliyi və media” layihəsi Komitə tərəfindən dəstəklənir və bu sahədə uğurlu əməkdaşlıq davam etdiriləcək.
B.Muradova Azərbaycan Respublikasının “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasını (Lanzarote) ratifikasiya etməsinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib, bildirib ki, Konvensiyanın təsdiqi uşaqlara qarşı törədilən seksual xarakterli cinayətlərin qarşısının alınmasında, təqsirkarların cinayət məsuliyyətinə cəlb edilməsində və zərər çəkmiş uşaqların müdafiəsində irəliyə doğru atılmış böyük bir addımdır. O, eyni zamanda, 2020-2030-cu illər üçün Azərbaycan Respublikasının Uşaqlara dair Strategiyanın qəbul edilməsi və bu istiqamətdə milli fəaliyyət planın hazırlanması ilə bağlı hazırda görülən işləri diqqətə çatdırıb.
B.Muradova COVID-19 pandemiyasının məişət zorakılığı hallarının artmasına təsirini qeyd edərək, bildirib ki, zorakılıq faktları ilə bağlı Komitəyə daxil olan müraciətlər araşdırılır və hər bir fakt üzrə müvafiq tədbirlər görülür. Komitə sədri qadınların ədalət mühakiməsinə çıxışı, məhkəmə proseslərində iştirakı məsələsinə toxunaraq, bu istiqamətdə Avropa Şurasının icra etdiyi layihələrinin əhəmiyyətini qeyd edib.
Avropa Şurasının (AŞ) Azərbaycan Respublikasındakı Ofisinin rəhbəri Zoltan Hernyes çıxışında ölkəmizlə olan əməkdaşlığın səmərəliliyini yüksək qiymətləndirərək, bu tərəfdaşlığın davamlı olmasının mühüm olduğunu qeyd edib. O bildirib ki, Azərbaycanda qadınların iştirakçılığının artırılması istiqamətində hər cür imkan yaradılıb, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi üçün vacib işlər görülüb. Z.Hernyes kütləvi informasiya vasitələri nümayəndələrinin bu sahə üzrə biliklərinin artırılması baxımından gender bərabərliyi və media layihəsinin əhəmiyyətini xüsusilə vurğulayıb. O, KİV-də və reklam materiallarında gender komponentinə xüsusi diqqətin göstərilməsinin vacibliyini qeyd edərək, bu istiqamətdə öz təkliflərini səsləndirib.
Z.Hernyes Azərbaycanın Lanzarote Konvensiyasına qoşulmasını müsbət qiymətləndirərək, media və reklamda gender standartlarının tətbiqi, qadınlara və uşaqlara qarşı zorakılıq hallarının qarşısının alınması, qadınların ədalətə çıxışı məsələləri ilə bağlı maarifləndirmə kampaniyalarının həyata keçirilməsi istiqamətində gələcəkdə icrası nəzərdə tutulan layihələri diqqətə çatdırıb.
Görüşdə Komitənin sədr müavini Sədaqət Qəhrəmanova, eyni zamanda, Avropa Şurasının Azərbaycan Respublikasındakı Ofisinin və Komitənin bir qrup əməkdaşı iştirak edib.
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

