Azərbaycan tolerantlıq, multikulturalizm, milli mədəni irsə hörmət nümunəsidir
26.11.2020 [09:10]
Cənubi Qafqaz regionunun lideri dövləti olan Azərbaycan bu gün dünyada multikulturalizm nümunəsi kimi tanınır. Atılan addımlar müxtəlif dinlərin və xalqların mehriban birgəyaşayışı üçün əlverişli şərait, etibarlı zəmin formalaşdırır. Azərbaycan Prezidentinin göstərişi ilə və dövlət vəsaiti hesabına məscidlər, katolik və pravoslav kilsələri, sinaqoqlar təmir olunur, udinlərin kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Eyni zamanda, dünyada mədəniyyətlər arasında körpü rolunu oynayan, sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycan bir çox forumlara, beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir.
Təəssüflər olsun ki, bu gün işğaldan azad olunan torpaqlarımızın mənzərəsi erməni vandalları tərəfindən bütün dini və mədəniyyət abidələrimizin dağıdıldığını aydın görməyə imkan verir. Məscidlərimizi dağıdan, milli-mənəvi hisslərimizi təhqir edən ermənilərin törətdiyi vəhşiliklərin miqyası ölçüyəgəlməzdir. Bununla belə, bu gün bir sıra Qərb liderləri azad edilmiş torpaqlarımızda xristian məbədlərinin taleyi ilə bağlı “narahatlıq” keçirdiklərini deyirlər. Amma bu şəxslər ölkəmizə gəlib ermənilərin Azərbaycanın dini məbədləri ilə necə rəftar etdiklərini, onları dağıtdıqlarını, təhqir etdiklərini görsələr, daha ədalətli olarlar.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Azərbaycanda dövlət səviyyəsində milli-mənəvi dəyərlərimizə, dini abidələrimizə diqqət hər zaman yüksək olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ağdama səfəri zamanı bu diqqət və qayğı, mənəvi dəyərlərimizə sıx bağlılıq bir daha müşahidə edildi: “Dağlıq Qarabağda, eləcə də Ermənistanda Azərbaycan xalqına məxsus bütün dini abidələr dağıdılıb. Ermənistan siyasi hakimiyyəti üçün heç bir dəyər və müqəddəslik anlayışı yoxdur. Məscidlərdə donuz, inək saxlanılması, bir qisminin dağıdılması bu vəhşiliyin əyani sübutudur. Ermənistan törətdiyi bu vəhşiliklərə görə cavab verməlidir. Cənab Prezidentin qeyd etdiyi kimi, bu gün bir sıra dairələr Azərbaycandakı xristian abidələrindən “narahatlıq”larını ifadə edirlər. Bəs onlar ermənilərin məscidlərimizə qarşı etdikləri vəhşiliklərə görə niyə narahatlıqlarını bildirmirlər? Məgər məscidləri dağıtmaq, orada donuz, inək saxlamaq olar?”.
Milli Məclisin deputatı Müşfiq Məmmədli də Azərbaycan dövlətinin bütün dünyada tolerantlıq, multikulturalizm, milli-mədəni irsə hörmət nümunəsi kimi tanındığını deyib. Onun sözlərinə görə, ölkəmizdə bütün dinlərə, onların daşıyıcılarına hörmət nümayiş etdirilir, bütün dini abidələrə qarşı diqqət və qayğı göstərilir: “Azərbaycan milli-mədəni irsin qorunub-saxlanması məsələləri ilə bağlı UNESCO ilə çox sıx əməkdaşlıq edir. Ermənistan isə vaxtilə Azərbaycanın işğal altında olan torpaqlarında olan dini abidələri dağıdıb, məscidləri təhqir edib. Bu baxımdan, işğaldan azad edilən torpaqlarda olan dini abidələrin gələcək taleyindən “narahatlıq” keçirən bəzi Qərb liderləri, əslində, erməni vəhşiliklərinə göz yummamalıdır. Ermənilər bizim tarixi abilərimizi özününküləşdirmək, oradan Azərbaycan izlərini silmək üçün bu abidələri ya dağıdıb, ya da yararsız hala salıblar. Azərbaycan dövləti torpaqlarımızla yanaşı, işğaldan azad olan bu tarixi abidələrimizin də bərpasını həyata keçirəcək və onları qoruyacaq. Çünki Azərbaycan xalqı, Azərbaycan dövləti hər zaman milli irsə xüsusi hörmət göstərib”.
P.SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19

