Fərrux dağında məşqlər
29.03.2022 [10:06]
F.Uğurlu
Fərrux dağı, nəhayət, öz dilində danışmağa başladı. Türk dillərinin ən lətifi, ən şirini, həm şeir, həm hökm dili Azərbaycan türkcəsində.
O dağda, o zirvədə neçə nər igidimiz imperiya ordusunun qalıqları, imperializm maşalarıyla qovğada namərd gülləyə tuş gəlmişdi, oğullarımızın halal qanı Fərruxun damarlarına axmışdı.
İndi o qan Fərruxun damarında qaynayır, Azərbaycan zabiti Fərruxun zirvəsində rus hərbçisini öz doğma dilində “başa salır”. Zabitimizin silahdaşı hələ bir Azərbaycan ruscasında əlavə də eləyir: “Ponil?”
Əlbəttə, ponil! Elə mətləblər var ki, sözlə yox, səslə, baxışla, sükutla deyilməlidir. Elə hökmlər var ki, tərcüməyə, tərcüməçiyə ehtiyac duymur, o hökmü hansı dildə versən, yenə hədəfinə ox kimi batır. Fərrux dağında rus hərbçisinin duruşu da Azərbaycan zabitinin yürütdüyü hökmün hədəfdən yayınmadığına çəkilmiş bir illüstrasiyadır. Ayağını Fərrux kimi qan qardaşının çiyninə qoymuş Azərbaycan əsgəri kimdən çəkinəsidir ki...
Ta qədimdən türk dili hökm dili, buyruq dili, ordu dili sayılıb. Taleyin istehzasına bax ki, əsgərimiz iki yüz il öz dilində buyurulmadı, sərkərdəmiz əmrini doğma dilində vermədi. İndi artıq nəinki özümüzlə, özgələrlə də öz dilimizdə danışmağın vaxtı çatıb. Qoy heç sözümüzü anlamasınlar, fəqət nə dediyimizi, nə demək istədiyimizi mütləq anlayacaqlar. Özümüzə, sözümüzə xor baxanları səsimizlə, gözümüzlə, duruşumuzla qandıracağıq.
Yaxşı dil fikrin, məzmunun ifadə olunmasına müqavimət göstərməyən dildir. Bir yazıçı, ya şair sözün, dilin müqavimətini nə qədər çox qırarsa, onun yazı dili bir o qədər mükəmməl alınar. Qarşısındakının anlamadığı bir dildə deyilsə belə, yerində-məqamında hədəfə sərrast tuşlanan söz ünvanına çatar. Mən bir azərbaycanlı qarıyla bir rus qarısının şirin-şirin söhbətləşdiyini, arabir söz güləşdirdiyini, sözlə savaşıb sözlə barışdığını bir qıraqdan gizlicə maraqla izləmişəm, hərçənd heç biri o birinin dilində bir kəlmə də bilmirdi. İndi Fərrux dağındakı qəribə anlaşma mənə otuz neçə il qabaq gördüyüm o mənzərəni xatırlatdı.
Gün gələcək, yer üzündə tərcüməyə, tərcüməçiyə ehtiyac qalmayacaq, bir dildə deyilən fikir başqa dildə özünə asanca yuva quracaq. Sonrakı mərhələdə sözə də ehtiyac olmayacaq, insanlar sözsüz, kəlməsiz, dilsiz anlaşacaqlar, bir-birinin ürəyini, beynini oxuyacaqlar. Hələlik Fərrux dağında o günlərin məşqi gedir.
Ponil?..
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
30 Noyabr 10:45

Siyasət
30 Noyabr 10:45

Xəbər lenti
30 Noyabr 10:43

Xəbər lenti
30 Noyabr 10:43

Xəbər lenti
30 Noyabr 10:41

İqtisadiyyat
30 Noyabr 10:40

Sosial
30 Noyabr 10:34

Siyasət
30 Noyabr 10:31

Dünya
30 Noyabr 10:31

Siyasət
30 Noyabr 10:22

Xəbər lenti
30 Noyabr 10:22

Siyasət
30 Noyabr 10:11

Gündəm
30 Noyabr 10:00

Xəbər lenti
30 Noyabr 09:56

Xəbər lenti
30 Noyabr 09:53

Xəbər lenti
30 Noyabr 09:49

Xəbər lenti
29 Noyabr 20:56

Xəbər lenti
29 Noyabr 20:09

Xəbər lenti
29 Noyabr 19:03

Xəbər lenti
29 Noyabr 17:53

Xəbər lenti
29 Noyabr 16:54

Xəbər lenti
29 Noyabr 16:49

Xəbər lenti
29 Noyabr 16:29

Xəbər lenti
29 Noyabr 16:26

Xəbər lenti
29 Noyabr 16:08

Xəbər lenti
29 Noyabr 15:52

Maraqlı
29 Noyabr 15:12

Sosial
29 Noyabr 14:53

Xəbər lenti
29 Noyabr 14:51

Xəbər lenti
29 Noyabr 14:42

Xəbər lenti
29 Noyabr 14:34

İqtisadiyyat
29 Noyabr 14:17

Gündəm
29 Noyabr 14:10

Xəbər lenti
29 Noyabr 13:58

Xəbər lenti
29 Noyabr 13:49

Xəbər lenti
29 Noyabr 13:40

Xəbər lenti
29 Noyabr 13:26

Dünya
29 Noyabr 13:03

Xəbər lenti
29 Noyabr 13:00

Xəbər lenti
29 Noyabr 12:37

Xəbər lenti
29 Noyabr 12:35

Xəbər lenti
29 Noyabr 12:07

Xəbər lenti
29 Noyabr 11:49

Xəbər lenti
29 Noyabr 11:43

Xəbər lenti
29 Noyabr 11:39

Mədəniyyət
29 Noyabr 11:22

Xəbər lenti
29 Noyabr 11:20

Sosial
29 Noyabr 11:16

Xəbər lenti
29 Noyabr 11:15

Analitik
29 Noyabr 11:08

Xarici siyasət
29 Noyabr 11:00

Dünya
29 Noyabr 10:58

Siyasət
29 Noyabr 10:55

Xəbər lenti
29 Noyabr 10:50

Xəbər lenti
29 Noyabr 10:50

Analitik
29 Noyabr 10:44

Siyasət
29 Noyabr 10:40

Xəbər lenti
29 Noyabr 10:38

MEDİA
29 Noyabr 10:35

Siyasət
29 Noyabr 10:31

Xəbər lenti
29 Noyabr 10:28

Gündəm
29 Noyabr 10:21

Xəbər lenti
29 Noyabr 10:16

Siyasət
29 Noyabr 10:10

Gündəm
29 Noyabr 10:00

Maraqlı
29 Noyabr 09:45

Xəbər lenti
29 Noyabr 09:39

Xəbər lenti
29 Noyabr 09:38

Xəbər lenti
29 Noyabr 09:29

Xəbər lenti
29 Noyabr 09:23
