Əvvəllər kişilər, indi qadınlar...
08.07.2022 [10:41]
Çox vaxt qadınlar seriallardakı həyatla öz həyatlarını müqayisə edirlər...
Günel ABBAS
Son vaxtlar qadınların öz həyat yoldaşlarına fiziki şiddət tətbiq etməsi barədə xəbərlərə tez-tez rast gəlirik. Bu həftə Kütləvi İnformasiya Vasitələrində iki belə xəbər yer alıb. Kişilərin öz xanımını, sevgilisini döyməsi, öldürməsi hadisəsi isə artıq o qədər eşidilib, o qədər təkrarlanıb ki, bəlkə də insanlar üçün adiləşib. Bəs son vaxtlar ailələrdə xüsusən xanımlar tərəfindən zorakılıq hallarının artmasının səbəbi nədir? Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə və Ombudsman aparatına müraciət ünvanladıq.
Rəsmi qurumlar nə deyir?
Komitədən sorğumuza cavab olaraq bildirilib ki, gənc ailələrdə ailə münasibətlərinə məsuliyyətsiz yanaşma, eləcə də, patriarxal stereotiplərin hələ də qalması zorakılıq hallarının baş verməsinə zəmin yaradır. Qeyd olunub ki, məsələ yalnız nikahda olan qadınla kişi arasındakı zorakılıqdan ibarət deyil: “Ola bilər ki, kişiyə qarşı ailə üzvləri tərəfindən zorakılıq törədilsin və ya qohumluq münasibəti olmayan şəxslər birgə yaşayırlar, onların məişət şəraitləri birgədir və bu zəmində də zorakılıq törədilir və s. Lakin zorakılıqla bağlı kişilər tərəfindən müraciətlər çox az daxil olduğu üçün belə faktların statistikası hesablanmır. Araşdırmalar belə faktların sayının az olduğunu və məsələnin aktual olmadığını göstərir. Ümumiyyətlə, digər ölkələrlə müqayisədə, Azərbaycanda bu cür hallar azdır”.
Komitənin münasibətinə görə, müvafiq qurumlara müraciətlərin qarşısını alan ən böyük problem psixoloji məqamlardır: “Əgər baş vermiş zorakılıqla bağlı məlumat verilsə (xüsusilə psixoloji tərəfləri ilə bağlı), bu barədə mütəxəssislərlə danışıb məsələni aradan qaldırmaq olar. Zorakılıq ailə dəyərlərinə, münasibətlərə çətin sağalan zərbə vurur. Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır. Ailə zorakılığı cinayətə şərait yaradır ki, bu da sonda azadlıqdan məhrum olma faktına qədər gətirib çıxara bilir. Bizim məqsədimiz ailədə, məişətdə baş verən zorakılıq hallarının səbəblərini araşdırmaq, onların qarşısının alınması sahəsində mexanizmləri daha da gücləndirməkdən ibarətdir”.
Ombudsman aparatından bildirilib ki, qurum qadınların pozulmuş hüquqlarının bərpası, gender bərabərliyinin təmini və təbliği sahəsində geniş fəaliyyət həyata keçirir: “Bu da ölkəmizdə həyata keçirilən gender siyasətinə dəstək verir. Ombudsman tərəfindən əhalinin müxtəlif qruplarından olan qadınların hüquqlarının müdafiəsinə fərdi yanaşılmış, qanunvericiliyin təkmilləşdirilməsi, dövlət proqramlarının və milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi prosesində yaxından iştirak edilmiş, bu sahədə hüquqi maarifləndirmə işinə geniş yer verilir. Pandemiya dövründə Ombudsman tərəfindən qadınların problemlərinə diqqətlə yanaşılaraq, təsisata müraciət etmək üçün əlçatanlıq tam təmin edilmiş, qadın hüquqları ilə bağlı Ombudsmana ünvanlanmış çoxsaylı müraciətlər araşdırılmış, tədbirlər görülmüş, səlahiyyətli orqanlara sorğular göndərilmiş, müraciət edən bir çox qadınların hüquqları təmin edilmişdir”.
Qeyd olunub ki, ombudsmanın ünvanına daxil olmuş müraciətlərdə əmək, məşğulluq, sosial təminat, sağlamlığın qorunması, məişət zorakılığı və bu kimi digər məsələlər öz əksini tapıb: “Həmin müraciətlər araşdırılıb, zəruri tədbirlərin görülməsi təmin edilib.
Yeri gəlmişkən, “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında” Konvensiyanın (İstanbul Konvensiyasının) ratifikasiyası, zorakılıq qurbanları üçün xüsusi sığınacaqların və krizis mərkəzlərinin yaradılması, zəruri tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılması məqsədəmüvafiqdir”.
Problemin kökündə psixoloji məqamlar dayanır
Psixoloq Gülnar Orucova qəzetimizə açıqlamasında bildirib ki, son dövrlərdə ailələrdə şiddətin artması müşahidə olunur: “Bir ailədə şiddət varsa, deməli orada hörmət yoxdur. Qadınların bu dərəcədə kobudlaşması isə aqressiyadan irəli gəlir. İllərlə, aylarla qadının içində kişiyə qarşı nifrət yığılır və bir müddət sonra özünü müxtəlif aqressiya formalarında büruzə verir. Hər insanın aqressiyasını göstərmə üsulları fərqlidir. Bəziləri bunu sözlə, psixoloji və ya fiziki şiddətlə büruzə verir. Ümumiyyətlə, qadın və ya kişi öz həyat yoldaşına fiziki güc tətbiq edirsə, bu, onun özünə olan hörmətini itirməsi deməkdir. Bundan əlavə şiddət göstərən şəxsin həm də psixi problemləri olduğu anlamına gəlir”.
Onun sözlərinə görə, qadın şiddət gördüyü halda belə qarşılıq olaraq şiddət göstərirsə, bu, özgüvənsizlikdən irəli gəlir: “Çünki qadın şiddət gördüyü yerdən uzaqlaşmalıdır. Bunu edə bilmir, əvəzinə şiddətə qarşılıq verməyi seçirsə, deməli, yanlış addım atır. Bunun da altında bir çox səbəblər yatır, ola bilsin ki, həmin qadın psixoz, nevroz və ya stressə davamsızdır. Qeyd edim ki, belə hallar çox vaxt vətəndaş nikahında olan insanlar arasında yaşanır”.
Psixoloq qeyd edib ki, bəzi qadınlar həyat yoldaşlarına həm psixoloji, həm də fiziki şiddət göstərirlər: “Hətta övladlarını atalarına qarşı şantaj aləti kimi istifadə edirlər. Bu gün sosial verilişlərdə kişilərin həyat yoldaşının evdən getdiyi üçün ağlamasının şahidi oluruq. Əvvəllər belə hallara rast gəlmirdik. Səbəbi isə insanların sosial şəbəkələrdə, seriallarda gördükləri həyata həsəd aparması və digər şəxslərin onlara verdiyi etibarsız vədlərə inanmalarıdır. Çox vaxt qadınlar seriallardakı həyatla öz həyatlarını müqayisə edir və o həyat şəraitini yoldaşından tələb edir. Bu da özü ilə bərabər anlaşılmazlıqları, davaları gətirir”.
G.Orucova bildirib ki, qadınların qazancları həyat yoldaşlarından çox olsa da, bununla kişini alçaldıb təhqir etməməlidirlər: “Belə olduğu halda övladlar da ailədə valideynə hörmət etməyəcək. Həmin ailələrdə böyüyən övladların yaşadığı bu kimi travmalar onların cəmiyyətdə özünü təqdim etməsinə, münasibətlərinə də təsir edəcək”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
08 Avqust 22:07

Xəbər lenti
08 Avqust 20:19

İdman
08 Avqust 19:01

Xəbər lenti
08 Avqust 18:46

Xəbər lenti
08 Avqust 17:57

Xəbər lenti
08 Avqust 16:41

Xəbər lenti
08 Avqust 16:39

Xəbər lenti
08 Avqust 16:02

Xəbər lenti
08 Avqust 15:36

Xəbər lenti
08 Avqust 14:53

İqtisadiyyat
08 Avqust 13:48

Xəbər lenti
08 Avqust 13:47

Xəbər lenti
08 Avqust 13:25

Xəbər lenti
08 Avqust 12:48

Xəbər lenti
08 Avqust 12:34

Xəbər lenti
08 Avqust 12:32

Xəbər lenti
08 Avqust 11:55

Dünya
08 Avqust 11:51

Xəbər lenti
08 Avqust 11:17

Prezident bu gün
08 Avqust 11:08

Dünya
08 Avqust 11:05

Xəbər lenti
08 Avqust 10:52

Xəbər lenti
08 Avqust 10:31

Xəbər lenti
08 Avqust 10:15

Xəbər lenti
08 Avqust 09:41

Xəbər lenti
08 Avqust 09:38

Siyasət
08 Avqust 09:35

Xəbər lenti
07 Avqust 18:14

Xəbər lenti
07 Avqust 17:11

Xəbər lenti
07 Avqust 15:02

Xəbər lenti
07 Avqust 13:06

Xəbər lenti
07 Avqust 12:27

Xəbər lenti
07 Avqust 11:28

Xəbər lenti
07 Avqust 11:25

Dünya
07 Avqust 10:55

Dünya
06 Avqust 19:50

Xəbər lenti
06 Avqust 18:31

Dünya
06 Avqust 16:37

Xəbər lenti
06 Avqust 16:01

Dünya
06 Avqust 13:32

Xəbər lenti
06 Avqust 13:31

Xəbər lenti
06 Avqust 13:28

Xəbər lenti
06 Avqust 13:27

Siyasət
06 Avqust 13:25

Xəbər lenti
06 Avqust 13:24

Gündəm
06 Avqust 13:22

Ədəbiyyat
06 Avqust 12:25

İqtisadiyyat
06 Avqust 12:05

İqtisadiyyat
06 Avqust 11:47

Analitik
06 Avqust 11:29

Sosial
06 Avqust 11:27

Xəbər lenti
06 Avqust 11:26

Xəbər lenti
06 Avqust 11:25

İqtisadiyyat
06 Avqust 11:17

MEDİA
06 Avqust 11:03

Xəbər lenti
06 Avqust 10:48

Xarici siyasət
06 Avqust 10:30

Müsahibə
06 Avqust 10:24

Siyasət
06 Avqust 10:15

Xəbər lenti
06 Avqust 10:12

Prezident bu gün
06 Avqust 10:08

Siyasət
06 Avqust 10:05

Siyasət
06 Avqust 10:00

Gündəm
05 Avqust 23:40

Xəbər lenti
05 Avqust 21:10

Xəbər lenti
05 Avqust 21:09

Xəbər lenti
05 Avqust 20:48

Xəbər lenti
05 Avqust 19:35

Xəbər lenti
05 Avqust 19:25

Dünya
05 Avqust 17:24
