Tıxaclı Bakı: Çıxış yolu nədir?
26.07.2022 [10:35]
Yeganə BAYRAMOVA
Bakını tıxacsız təsəvvür etmək mümkün deyil. Əvvəllər günün pik saatlarında tıxaclarda qalırdıqsa, hazırda günün istənilən vaxtında tıxac problemi ilə üzləşirik. İsti yay günündə saatlarla tıxaclarda qalmaq həm sürücülərin, həm ictimai nəqliyyatdan istifadə edənlərin səbir kasasını əməlli-başlı daşırır. Bakının tıxac problemi də elə “tıxacda” qalıb. Paytaxtın küçə və prospektlərində ucu-bucağı görünməyən tıxacların qarşısını almaq vacib, eyni zamanda, aktual məsələlərdən biri olmalıdır. Bunun üçün dünya təcrübəsinə nəzər salmaq olar. Məsələn, Dmitri Davidov “Rusiyanın inkişafı üçün 20 ideya” layihəsində Moskvada tıxacların azaldılması ilə bağlı ideyasını qeyd edib. D.Davidov bildirib ki, “TomTom Traffic İndex”nə görə, Moskva 2020-ci ildə dünyanın ən işlək yolları olan şəhər idi. Lakin Moskva hökumətinin paytaxtın nəqliyyat sisteminin daim modernləşdirilməsində göstərdiyi səylər nəqliyyatın hərəkətinə ciddi təsir göstərə bilməyib. Ona görə də layihə müəllifi xarici təcrübəyə müraciət etməyi təklif edib. O, bildirib ki, hələ 2000-ci illərin əvvəllərində London dünyada tıxaclara görə liderlərdən biri olub. Dayanacaq qiymətlərinin artırılması və nəqliyyatın hərəkət qaydalarının yaxşılaşdırılması problemi həll etməyib. Lakin 2003-cü ildə iş günləri səhər saat 7-dən axşam 19.00-a kimi mərkəzə pullu giriş tətbiq edəndə şəhər tıxacdan tez bir zamanda xilas oldu. Texnologiyaya qoyulan sərmayə iki il ərzində öz bəhrəsini verdi və o vaxtdan bəri milyonlarla dollarlıq trafik rüsumları şəhərin nəqliyyat infrastrukturunun inkişafına yatırıldı. Bu gün London “TomTom Traffic İndex”də 49-cu yerdədir. Səhər saat 7-dən axşam saat 22-dək şəhərin mərkəzi rayonlarına gediş-gəlişin əsas dəyəri gündə 15 funt təşkil edir.
Bu gün şəhər mərkəzinə ödənişli giriş bir çox ölkələrdə - Sinqapur, İsveç, İtaliya, ABŞ və başqalarında tətbiq olunur. Müxtəlif ölkələrdə getdikcə belə bir həll mexanizmi tətbiq edilir. İndi oxşar layihə İsraildə hazırlanır - 2024-cü ildə hakimiyyət Təl-Əvivə giriş haqqı təyin etməyi planlaşdırır.
Beləliklə, D.Davidov təklif edib ki, Moskvada tıxac problemi də giriş rüsumunun tətbiqi ilə həll edilə bilər: “Biz ödənişli zonada avtonəqliyyat vasitələrinin məlumat bazaları və ödəniş sistemləri ilə inteqrasiya olunmuş videoçəkiliş mexanizmlərinin quraşdırılması üçün büdcədən vəsait ayrılmasını təklif edirik. Belə texnologiyalar Londonda, Dubayda və bir çox başqa şəhərlərdə istifadə olunur və maneələr olmadan, avtomobillərin hərəkətinə maneçilik törətmədən avtomatik olaraq ödəniş üçün qaimə-faktura tərtib etməyə və ya əvvəlcədən ödənilmiş hesabdan ödənişi etməyə imkan verir. Belə bir sistemin yaradılmasına qoyulan investisiyalar zamanla öz bəhrəsini verəcək və bundan sonrakı gəlirlər nəqliyyat infrastrukturunun inkişafına yönəldilə bilər”.
Ölkəmizdə tıxacların yaranmasının müxtəlif səbəbləri olduğunu deyən Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bəzən tıxaclara sürücülər səbəb olur, bəzən də yolun buraxma qabiliyyətinə görə problem yaranır. Ekspertin fikrincə, yollarda hərəkət zolaqlarının azalması da tıxac yaradan başlıca səbəbdir: “3-4 zolaqlı yolun birdən-birə 2 zolaqlıya keçməsi, avtomobillərin hərəkətinin çətinləşməsinə səbəb olur. Sürücülər çalışır ki, tez hərəkət zolağına keçsinlər, yollardakı basırıq da belə yaranır. Sürücülərin hərəkət zolağı kəskin dəyişən yolda manevr etmək imkanları məhdudlaşır. Avtomobilin manevr etməsinə sərf olunan zaman kəsiyində artıq tıxac yaranır. Məsələn, Bakı-Sumqayıt yolunda tıxacların yaranmasının əsas səbəblərindən biri enli yolun “20 Yanvar” dairəsi istiqamətində daralmasıdır. Bu da hərəkətin zəifləməsinə, sürət həddinin aşağı düşməsinə və nəticə etibarilə tıxacın yaranmasına gətirib çıxarır”.
Ekspert son zamanlar tıxaclarla bağlı aidiyyəti qurumların əlindən gələn tədbirləri gördüyünü söyləyib: “Ümumiyyətlə, tıxacların olması qlobal bir problemdir: “Bakı qədim şəhərdir və elə yollar var ki, onlar geniş formada nəqliyyat vasitələrinin intensivliyini götürə bilmir. Ona görə də müəyyən çıxış yolları tapırlar. Düşünürəm ki, bu işin öhdəsindən gəlmək üçün gələcəkdə yol hərəkəti ilə bağlı müəyyən dəyişikliklər aparmaq lazımdır. Məsələn, ola bilsin ki, bəzi yerlərə xüsusi avtomobillərin girişi qadağan olunsun. Ümumiyyətlə, paytaxt ərazisindəki sıxlığı aradan qaldırmaq üçün müxtəlif yollara əl atırlar. Ona görə də hər bir tədbiri alqışlayıram”.
İşıqforlar da tıxac yaradır
F.Eyyubov vurğulayıb ki, bəzən sürücülər tıxacların yaranmasına səbəb olaraq işıqforda qadağan edilən saniyələrin çox olduğunu deyirlər: “Sürücülərin iradı ilə razıyam. Hansısa yolda yaşıl işığın saniyəsi daha çoxdur. İntensivliyi çox olan yollarda yaşıl işıqlar daha çox yanır. Bir də var ki, yaşıl işıq hərəkətin intensivliyinə uyğun olaraq müəyyənləşdirilir. Bəzən hansısa küçədə bir istiqamətdə olan yollarda qırmızı işığı 90 saniyə olaraq qoyurlar. Bu da sürücülərdə müəyyən narahatlıq yaradır. Amma bu saniyələr intensivliyə uyğun olaraq yaradılsa, daha düzgün olar. Ona görə də nizamlamada müəyyən səhvlər var. İşıqforda saniyələrin düzgün verilməməsi tıxacların yaranmasına səbəb ola bilir. Yaxşı olardı ki, yaşıl və qırmızı işıqla bağlı saniyələr nizamlansın”.
F.Eyyubov qeyd edib ki, yağışlı havalarda, tıxaclar zamanı əsas yük yol polisinin üzərinə düşür:
“Yol polisləri hansı istiqamətdə çətinlik yaşanırsa, orada hərəkəti tənzimləməlidir. Daha burada işıqfora ümid edib gözləmək olmaz. Çünki işıqforlar tıxaclar zamanı bəzən hərəkətin tənzimlənməsinə mane olur. Hansı istiqamətdə avtomobil axını zəifdirsə, yol polisi axın sürətli olan yolda daha çox avtomobilin hərəkətini təmin etməyə çalışmalı, qarşı yolda avtomobillər bir qədər cəmləşdikdə onlara yol verməlidirlər. Əsas hərəkət üstünlüyü sıxlıq yaşanan istiqamətə verilməlidir ki, tıxac yaranmasının qarşısı alınsın”.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
18 Avqust 22:34

Xəbər lenti
18 Avqust 20:58

Dünya
18 Avqust 19:55

Xəbər lenti
18 Avqust 18:59

Dünya
18 Avqust 18:05

Xəbər lenti
18 Avqust 17:05

Xəbər lenti
18 Avqust 16:18

Xəbər lenti
18 Avqust 15:54

Xəbər lenti
18 Avqust 15:49

Xəbər lenti
18 Avqust 14:29

Xəbər lenti
18 Avqust 14:26

Xəbər lenti
18 Avqust 13:12

Xəbər lenti
18 Avqust 13:10

Siyasət
18 Avqust 13:08

Xəbər lenti
18 Avqust 12:58

Xəbər lenti
18 Avqust 12:57

Xəbər lenti
18 Avqust 12:54

Xəbər lenti
18 Avqust 12:52

Xəbər lenti
18 Avqust 12:49

Xəbər lenti
18 Avqust 12:48

Dünya
18 Avqust 12:02

Dünya
18 Avqust 11:47

Xəbər lenti
18 Avqust 11:20

İdman
18 Avqust 11:00

Xəbər lenti
18 Avqust 10:59

Sosial
18 Avqust 10:50

Xarici siyasət
18 Avqust 10:46

İqtisadiyyat
18 Avqust 10:44

İqtisadiyyat
18 Avqust 10:41

MEDİA
18 Avqust 10:35

İqtisadiyyat
18 Avqust 10:32

Prezident bu gün
18 Avqust 10:30

Siyasət
18 Avqust 10:29

Xəbər lenti
18 Avqust 10:25

Xəbər lenti
18 Avqust 10:22

Xəbər lenti
18 Avqust 10:07

Gündəm
18 Avqust 09:59

Gündəm
17 Avqust 23:29

İdman
17 Avqust 23:19

Dünya
17 Avqust 21:38

Xəbər lenti
17 Avqust 20:08

Xəbər lenti
17 Avqust 18:40

Xəbər lenti
17 Avqust 18:03

Xəbər lenti
17 Avqust 18:02

İdman
17 Avqust 17:00

Xəbər lenti
17 Avqust 16:43

Xəbər lenti
17 Avqust 16:19

Xəbər lenti
17 Avqust 16:16

Siyasət
17 Avqust 16:14

Dünya
17 Avqust 15:31

Dünya
17 Avqust 15:20

Xəbər lenti
17 Avqust 14:43

Xəbər lenti
17 Avqust 14:16

Xəbər lenti
17 Avqust 14:08

Gündəm
17 Avqust 13:11

Xəbər lenti
17 Avqust 12:50

Xəbər lenti
17 Avqust 12:23

Xəbər lenti
17 Avqust 11:59

Xəbər lenti
17 Avqust 11:55

Xəbər lenti
17 Avqust 11:52

Avropa
17 Avqust 11:42

Xəbər lenti
17 Avqust 10:52

Sosial
17 Avqust 10:50

Xarici siyasət
17 Avqust 10:48

Xəbər lenti
17 Avqust 10:47

Xəbər lenti
17 Avqust 10:44

Xəbər lenti
17 Avqust 10:43

İqtisadiyyat
17 Avqust 10:42

Sosial
17 Avqust 10:40

Sosial
17 Avqust 10:34
