Valideynlərin peyvənd qorxusu: Əsas varmı?
11.08.2022 [10:16]
Yeganə BAYRAMOVA
Peyvəndlər immun sistemində bir çox xəstəliklərlə daha səmərəli mübarizə aparmağa kömək edir. Peyvənddən sonra virus orqanizmə daxil olsa da, immunitet onu məhv edir. Hərçənd ki, bəzi valideynlər övladlarına peyvənd vurdurmaqdan çəkinirlər. Hazırda ölkəmizdə 11 infeksiyaya qarşı peyvəndləmə işləri aparılır. Körpə ilk üç peyvəndi doğum evində alır. Doğulduğu ilk 12 saat ərzində körpəyə hepatit B əleyhinə peyvənd aparılır. Dördüncü-yeddinci gün arası həm vərəm əleyhinə, həm də poliomielit əleyhinə peyvənd vurulur. Uşaqlara iki aylığında poliomielit əleyhinə vaksin, pentavaksin (difteriya, tetanus, göyöskürək, hemofil infeksiyası, hepatit B əleyhinə) və pnevmokok infeksiyasına qarşı peyvənd aparılır. Körpənin 3, 4 və 6 aylığında peyvəndlər təqvimə uyğun olaraq davam etdirilir. 1 yaşında uşaqlara qızılca, məxmərək və parotitə qarşı peyvənd vurulur. Uşağın 18 aylığında difteriya, göyöskürək, tetanus əleyhinə (GDT) və oral poliomielit (OPV) vaksinləri ilə revaksinasiya, 6 yaşında isə difteriya, tetanus əleyhinə (DT) və qızılca, məxmərək və parotitə qarşı peyvənd edilir.
Bəzi valideynlər uşaqlarına peyvənd etdirməkdən imtina edirlər. Onların bir qismi bunu ölkəyə gətirilən vaksinlərin aşağı keyfiyyəti, digərləri uşaqların peyvəndlərə qarşı allergik reaksiyası ilə izah edir. Ümumiyyətlə, uşaqlara peyvənd vurulması ilə bağlı illərdir bitmək bilməyən mübahisələr var. Həkimlər peyvəndin nə qədər vacib olduğunu desələr də, uşağını peyvənd etdirməkdən imtina edən valideynlər çoxdur. Onlar inadla bildirir ki, peyvəndlərin xeyrindən çox zərəri var.
Pediatr Ramilə Babayeva “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, peyvənd virus və mikrobların zəiflədilmiş, xəstəlik törətmə qabiliyyətləri əlindən alınmış formasının bizim bədənimizə yeridilməsidir: “Bunun nəticəsində bədənimizin qoruma hüceyrələri bu törədicilər, infeksiyalar barədə bir məlumat əldə edirlər və onlardan qorunmaq üçün xüsusi silahlar yaradırlar. Hər hansı bir vaxtda uşaqlarımız, hətta böyük olduğu dönəmdə də bu xəstəliklə üzləşdiyi zaman xəstəliyin ya qarşısını alır, ya da yüngül keçirilməsinə səbəb olur. Bu baxımdan peyvənd çox əhəmiyyətlidir. Misal üçün, biz öz körpəmizə 3-4 doza Hepatit B peyvəndi vurdurduq. Bu peyvəndi vurdurduqdan sonra o, xəstəlikdən 90-95 faiz qoruyur. Təbii ki, bu, böyük bir nailiyyətdir. Bu baxımdan Hepatit B peyvəndinin vurulmasını tövsiyə edirik”.
R.Babayeva peyvəndlərin fəsad yaratması fikri ilə bağlı bildirir ki, heç bir həkim “peyvənddən sonra 100 faiz fəsad olmayacaq” sözünü deyə bilməz və bu, dünyanın hər bir yerində belədir: “Amma indiki texnologiya ilə hazırlanan peyvənddən sonra ciddi bir fəsad olma ehtimalı çox aşağıdır. Ortaya çıxan fəsad isə minimal olur. Hərarət, peyvənd yerinin qızarıqlığı, şişlik, halsızlıq kimi fəsadlar olur ki, bunlar da nadirən qarşımıza çıxır. Əksərən də qısa zaman çərçivəsində xüsusi bir müalicə tətbiq edilmədən aradan qalxır. Çox vaxt müəyyən xəstəliklərin hamısını peyvəndə aid edirlər. İsbat olunan fəsadlarımız çox azdır. Bir çox hallarda mənim gördüyüm odur ki, elmi olaraq bu fəsad peyvəndlə bağlı deyil. Sadəcə olaraq valideynlər bu fəsadları peyvəndə aid edir. Valideynlər soruşur ki, biz uşağımızı peyvənd etdirməsək nə olar? Çünki peyvəndlə bağlı 100 faiz təminat vermirsiniz, peyvənddən sonra az da olsa, fəsad ola bilər. Buna görə də körpəmizə peyvənd vurdurmayaq və bu fəsadlardan qoruyaq. Amma məsələ burasındadır ki, siz körpənizə bu peyvəndi vurdurmasanız belə, böyüdüyü zaman o xəstəliklərlə böyük ehtimalla qarşılaşacaqlar. Qarşılaşdıqları zaman bu xəstəlikləri çox ağır keçirəcəklər, ciddi fəsadlar əmələ gələcək. Tibbi olaraq biz də o xəstəliklə qarşılaşdığımızda hər zaman xəstəmizi müalicə edə bilmirik. Ona görə də bu fəsadları ortadan qaldırıb minimuma endirmək üçün yenə də peyvənd vurulmasını məsləhət görürəm. Əslində hər zaman peyvəndi sığortaya bənzədirəm. Tutaq ki, sizin bahalı maşınınız var və sığortasız sürürsünüz. Mümkün deyil ki, həmin maşını illərlə sürəsiniz və heç bir qəza, fəsad olmaya. Mütləq hansısa problemlər ortaya çıxır. O zaman da insan düşünür ki, kaş mən maşınımı sığortalatdırardım. Bu baxımdan da sabahısı gün uşağınız böyüdüyü, xəstəliklər ortaya çıxdığı zaman insanlar deyir, kaş uşağıma peyvənd vurduraydım”.
Həkim bildirir ki, valideynlər yayda peyvənd vurdurulması ilə bağlı da çox narahat olurlar. Onun sözlərinə görə, qışla yay arasında bir fərq yoxdur. Hər iki fəsildə də peyvənd cədvəlində vaxt gəldiyi zaman peyvənd vurulmalıdır: “Körpə doğulduğu zaman ona ilk peyvəndlər doğum evində vurulur. Sonra ikinci aydan etibarən vurulur və yay ayına təsadüf etsə belə, peyvəndlər etdirilməlidir. Belə bir fikir də var ki, peyvəndi uşaq böyüdükdən sonra, məsələn, 5 yaşından sonra vurdursunlar. Bu da yanlış fikirdir. Peyvəndlər vaxtlı-vaxtında cədvələ uyğun vurulmalıdır. Digər tərəfdən siz əminsinizmi ki, uşaqlar həmin yaşa gələnə qədər o xəstəliyə tutulmayacaq?”.
Eyni gündə bir neçə peyvənd birdən vurula bilərmi sualını cavablandıran pediatrın sözlərinə görə, bu mümkündür: “Fəsad baxımından tək-tək vurulan peyvəndlə, eyni gündə vurulan peyvənd arasında heç bir fərq yoxdur. Valideynlər onu da soruşur ki, siz uşaqlara peyvənd vurulmasını məsləhət görürsünüz, bəs öz övladlarınıza peyvənd vurdurmusunuz? Mənim iki övladım var və onlara peyvənd vurdurmuşuq. Özümüzə rəva bilmədiyimizi başqalarına da məsləhət görmərik. Peyvənd barədə fərqli fikirlər, söz-söhbətlər mövcuddur. Amma bunların böyük əksəriyyətinin elmi əsası yoxdur. Hazırda elmin gəldiyi nəticə odur ki, peyvənd vurdurmaq lazımdır və onun faydası zərərindən qat-qat çoxdur”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27