Ölümə aparan dərmanlar...
13.01.2024 [11:35]
Arıqlama çaylarının dəhşətli fəsadları var
Fiziki hərəkətlər və idman vasitəsilə arıqlamağa tənbəllik edən, pəhriz saxlamağa səbri çatmayanlar bəzən hansısa reklamlarda az qala möcüzəvi təsir vasitəsi kimi təqdim edilən çay və dərmanlara yönəlirlər. Bununla da həmin vasitələrlə tez və sürətli şəkildə arıqlamaq istəyirlər.
Ancaq mütəxəssislər qeyd edir ki, arıqlama çayları və arıqlama dərmanlarının qəbulu yanlışdır, çünki həmin çaylar birbaşa mədə-bağırsaq sisteminə mənfi təsir göstərir, bağırsağın mikroflorasını demək olar ki, tamamilə zədələyir. Bu, gələcəkdə bağırsaq xərçəngi riskini artırır.
Arıqlama çayları və dərmanları vasitəsilə 3-7 kiloqramdan artıq çəki itirmək mümkün deyil. Hətta həmin çayların qəbulu dayandırılandan sonra itirilən çəki iki dəfədən də çox bərpa olunur. Arıqlama çaylarının ən mənfi cəhətlərindən biri də
orqanizmdən çoxlu miqdarda maye itirilməsinə səbəb olmasıdır. Onun qəbulu başağrısı, halsızlıq, başgicəllənmə, qusma, ishal və s. kimi ağırlaşmalara da səbəb ola bilir. Ona görə də həmin çayların qəbulu həkimlər tərəfindən tövsiyə edilmir.
Bununla belə arıqlamaq istəyən şəxslər tez-tez sosial şəbəkələrdə arıqlama və insan sağlamlığı üçün təhlükəli digər bioloji aktiv qida məhsulları satanlara maraq göstərir, onların tələsinə düşürlər.
Yeri gəlmişkən, ötən günlərdə Daxili İşlər Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) birgə məlumat yayaraq bildirib ki, ölkə ərazisinə qanunsuz yollarla gətirilən keyfiyyətsiz, mənşəyi və tərkibi standartlara cavab verməyən bioloji aktiv qida məhsullarının sosial şəbəkələrdə reklam edilərək qanunsuz satışının təşkil edildiyi barədə çoxsaylı məlumatlar daxil olub. Bu istiqamətdə polis əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin iştirakı ilə keçirdikləri növbəti tədbirlər zamanı 1993-cü il təvəllüdlü Cəlal Həmidov və 1994-cü il təvəllüdlü Elşən Məmmədovun qeyd olunan qeyri-qanuni fəaliyyətlə məşğul olaraq mənşəyi məlum olmayan bioloji aktiv qida məhsullar satmaları aşkar edilib.
Həmin məhsullardan götürülən nümunələr tərkibinin müəyyən edilməsi üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına təqdim edilib. Alınmış mütəxəssis rəyində qida əlavələrinin tərkibində üzərindəki göstəricilərə uyğun olmayan, kənar zərərli kimyəvi maddələrin aşkar edildiyi və onların insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu təsdiq olunub.
Arıqlama çaylarının nə kimi fəsadları ola bilər?
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a açıqlama verən terapevt Şəmsiyə Namazova qeyd edib ki, arıqlamaq istəyi insanlarda sağlamlıqdan çox, əks-təsirə səbəb olur: “İnsanların tənbəlliyi və səbirsizliyi özünü fəsadlarla büruzə verir. Buna görə də mənşəyi bilinməyən qəhvələrə, həblərə üz tuturlar. Bunlar arasında elə vasitələr var ki, uzun illər təcrübədən keçib, sonradan satışa buraxılıb. Amma çoxunun tərkibi ciddi şəkildə öyrənilmir. Bu kimi çayların, qəhvələrin, həblərin ziyansız olduğunu deyə bilmərik. Həmin vasitələrdən istifadə ağır psixoloji problemlərə gətirib çıxara bilər”.
Ş.Namazova arıqlama çaylarının xərçəng xəstəliyi riskini artırdığından da bəhs edib: “Çayların istifadəsi zamanı ən çox rast gəldiyimiz bağırsaq xəstəlikləridir. Çayların təsiri ilə yaranan ishal yoğun bağırsaq xərçəngi, bağırsaq çatları xəstəliklərinə səbəb ola bilər. Bunların çoxu cərrahi patologiyalardır, yəni artıq cərrahi müdaxilələri qaçılmaz edir. Arıqlıq sağlamlıqdır, lakin o, təbii yol ilə olmalıdır. İnsanlar rasionlarında karbohidratları, şirniyyatı, xəmir xörəkləri və yağlı qidaları kəsməlidirlər. Hər kəs sağlamlıq dərəcəsinə, çəkisinə müvafiq olaraq su içməli, aktiv həyat tərzi yaşamalıdır”.
Diyetoloq ŞəfaYadigarovanın sözlərinə görə, manipulativ reklamlarla insanları aldadırlar: “Bəzən insan kökəlir, arıqlamağa ehtiyacı olur. Bir sıra biokimyəvi proseslər gedir. Kökəlməyə səbəb olan o qədər faktorlar var. Şəxsin arıqlaması sadəcə su və çay ilə mümkün deyil. Kompleks şəklində proseslər getməlidir. Bundan sonra arıqlamanı əldə edirik. Çay müalicəvi tərkibli olmalıdır. Müalicəvi çaylardan dədə-babalarımız da istifadə ediblər”.
Ş.Yadigarova qeyd edib ki, çayları dozadan artıq istifadə etdikdə fəsadlara yol aça bilir: “Bu çaylar çox istifadə olunanda bədən su itirir. İnsanlar aldanmasınlar. Qara çay insanı kökəldir. Biokimyəvi proseslərə təsir edir. Dəmiri qovur. Fəsadları çoxdur. Çay içən xalqın çayla arıqlamasına ehtiyacı var. Sadəcə, artıq çəkiylə doğru şəkildə mübarizə aparmaq lazımdır”.
Arıqlama çayları və dərmanlarından zərərçəkənlər də mövzu barədə fikirlərini bölüşüblər. Onlar bildirib ki, bu çayların və dərmanların heç bir xeyri yoxdur. Hətta bəzi hallarda əks-təsirə və bədxassəli törəmələrin əmələ gəlməsinə səbəb olur.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxGündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40

