Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xarici siyasət / İranın Ermənistanla məxfi əməkdaşlığı...

İranın Ermənistanla məxfi əməkdaşlığı...

09.12.2022 [12:26]

Qafandakı konsulluğun hansı məqsədlər üçün yarandığı aşkar oldu

İranın ölkəmizə qarşı apardığı düşmənçilik siyasətində yeni ştrixlər ortaya çıxıb. Belə ki, son dövrlərdə İrandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərlər edən 27 nəfər şəxslə bağlı rəsmi Tehran açıqlama vermir. Xatırladaq ki, noyabrın 24 və 30-da Qarabağ bölgəsinə 27 nəfər İran vətəndaşının gəlişi ilə bağlı mediada məlumatlar dərc edilmişdi və Azərbaycan XİN bununla bağlı açıqlama yaymışdı.

İran Ermənistana 600 ədəd raket “hədiyyə edib”

Bu arada “musavat.com”un yaydığı məlumata görə, İranın Azərbaycana qarşı daha bir məkrli planı üzə çıxıb. Saytın etibarlı mənbədən əldə etdiyi məlumata görə, iranlı dəstələrin Qarabağa gəlişindən təxminən bir ay əvvəl - oktyabr ayının sonlarında molla rejimi gizli yolla Ermənistana İran istehsalı olan 600 ədəd raket göndərib. Özü də bu silahlar - 500 ədəd “Dehlaviyeh” və 100 ədəd “Almas” tipli tank əleyhinə idarəolunan raket (TƏİR) kompleksi Ermənistana satılmayıb, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən hədiyyə edilib. İranlı qruplar haqda məlumat yayılandan dərhal sonra belə bir ehtimal səslənmişdi ki, iranlılar Xankəndiyə hansısa İran istehsalı olan silah-sursatdan istifadə üçün yerli quldur dəstələrinə təlim keçmək məqsədilə gələ bilərlər.

Saytın məsələ ilə bağlı əldə etdiyi məlumata görə oktyabrın 24 və 30-da Ermənistan vətəndaşı Yura Baqdasaryanın idarə etdiyi mikroavtobusla Qarabağa gətirilən İran vətəndaşlarının buradakı qanunsuz erməni silahlı dəstələrə təlim keçdiyi təsdiqlənir. İranlıların bölgəyə gələcəyi İranla Ermənistan arasında oktyabrın sonlarında - İran istehsalı olan 600 ədəd raket göndərəndən dərhal sonra razılaşdırılıb. Çünki İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələri tərəfindən hədiyyə edilmiş “Dehlaviyeh” və “Almas” tipli raket kompleksindən istifadəni öyrənmək üçün erməni hərbçilərə təlim keçmək tələb olunur. Məhz buna görə raket kompleksləri ünvana çatdırılandan bir ay sonra iranlı dəstələr bölgəyə göndərilib. Məlumata görə, bir qrup iranlı eyni missiya ilə Ermənistana da gedib, digər qrup isə hələ də Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazidə qalmış hərbi birləşmələrə təlim üçün Qarabağa keçib.

 Onu da qeyd edək ki, “Dehlaviyeh” TƏİR 2012-ci ildə İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin sifarişi ilə, “Almas” kompleksi isə 2021-ci ildə İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının sifarişi əsasında hazırlanıb. İranda bu komplekslər az qala dünyada analoqu olmayan, ən əsası isə, molla rejiminin özünə əsas düşmən saydığı ABŞ və İsrail silahlı qüvvələrinə qarşı effe?tli kompleks hesab edilir. Təsadüfi deyil ki, İran hərbi-sənaye kompleksinin nümayəndələri qürurla bildirirlər ki, İraqda döyüşlərdə sınaqdan keçirilmiş “Almas”la “Dehlaviyeh” İsrailin “Merkava” və ABŞ-ın “Abrams” tanklarını “rahatlıqla” məhv etməyə qadirdir.

Araz üzərindən həyata keçirilən gizli əməkdaşlığın pərdəarxası

Qeyd edək ki, rəsmi Tehranın son davranışları - var gücü ilə Ermənistanı dəstəkləməsi, Zəngəzur dəhlizinin açılmasına qarşı tutduğu mövqe yaranmış mənzərəni tamamlayır. Məsələn, beynəlxalq məsələlər üzrə iranlı ekspert Ehsan Mohavedian bir müddət öncə mətbuata açıqlamasında bildirmişdi ki, Ermənistan və İran arasında əməkdaşlığın genişlənməsi Zəngəzur dəhlizinin reallaşma imkanlarını zəiflədir. Mohavedian qeyd etmişdi ki, Tehran İrəvanla istənilən əməkdaşlığı alqışlayır, ancaq Ermənistan müstəqil ölkədir, bu qərarı özü verməlidir. “Birgə hərbi təlimlərin keçirilməsi və İranın hərbi təcrübəsinin Ermənistana ötürülməsi Tehran üçün arzuolunan variantdır”.

O vurğulamışdı ki, Ermənistan və İran arasında iqtisadi, hərbi və kəşfiyyat sahələrində əməkdaşlığın artması Türkiyə, Azərbaycan, İsrail və Böyük Britaniyanın Zəngəzur dəhlizinin yaranması imkanlarını aşağı salır.

Demək ki, iranlı ekspertin Ermənistanla hərbi və kəşfiyyat sahələri üzrə “əməkdaşlığı” fikri məhz sözügedən raketlərlə bağlı imiş. İranın Zəngəzur dəhlizinə etirazları isə Araz çayı vasitəsilə Ermənistanla gizlin silah mübadiləsinin, başqa sözlə, təxribat əməkdaşlığının aşkara çıxmaması üçün imiş. Məhz bu yolla İran Azərbaycan əleyhinə təxribatlarda istifadə olunacağı ehtimal edilən silahların daşınmasına rahat şərait yaradır. Çünki həmin raketlərin Ermənistana çatdırılma marşrutu yalnız Araz çayı üzərindən ola bilər. Laçın dəhlizi vasitəsilə isə həmin silahlar və texnikalar Qarabağdakı erməni silahlılarına ötürülür.

Zəngəzur ərazisində yerləşən Qafan şəhərində İran konsulluğunun açılması isə bu gizli əməkdaşlığın “leqallaşdırılması”na xidmət göstərir. Lazım olmadığı təqdirdə bu konsulluğun açılması İran üçün vacib şərtə çevrilir - Ermənistanla gizli əlaqələr məhz Qafanda oturacaq rejim təmsilçisi tərəfindən idarə ediləcək. Demək ki, İran özünün təxribatçı əməllərini bu yolla reallaşdırmaq fikrindədir.

Bu isə İranın regionda sabitliyin və təhlükəsizliyin yaranmasına ən böyük təhdid olması faktını növbəti dəfə təsdiqləyir. Regiondakı İran-Ermənistan işbirliyi yeni regional qarşıdurmalara yol aça bilər.

SADİQ

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Siyasət

Xəbər lenti

Sosial

Siyasət

Analitik

Bayram, yoxsa matəm?

28 Yanvar 10:27

Xəbər lenti

Dünya

Xəbər lenti

Xəbər lenti

Analitik

Siyasət

Xarici siyasət

MEDİA

Siyasət

28 il əvvəl, bu gün

27 Yanvar 10:23

Siyasət

Klaar Bakıya gəlmədi...

27 Yanvar 10:16  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31