Söz azadlığına 175 illik həbs...
23.02.2024 [10:42]
Qərbin Culian Assancın taleyinə münasibəti
Murad Köhnəqala
Bu günlərdə dünya ictimaiyyətinin gözü İngiltərənin paytaxtındadır. London məhkəməsində qalmaqallı “WikiLeaks” saytının yaradıcısı Culian Assancın taleyi həll olunur. Paytaxtın Ali Məhkəməsi fevralın 21-də “WikiLeaks”in qurucusu Culian Assancın ABŞ-a ekstradisiyası barədə qərar çıxarılması, eləcə də Assancın vəkillərinin şikayətinə baxılması üçün dinləmələrə başlayıb. Xatırladaq ki, jurnalist Culian Assanc 12 il Böyük Britaniyada - əvvəllər Ekvador səfirliyinin binasında, daha sonra isə Belmarş maksimum təhlükəsizlik həbsxanasında məhkumluq həyatı yaşayıb.
Son şans...
Beləliklə, Culian Assancın taleyi ilə bağlı uzun müddətdir davam edən məhkəmə proseslərinin, nəhayət, bu həftə yekunlaşacağı gözlənir. London Ali Məhkəməsi ABŞ hakimiyyəti tərəfindən satqın elan edilmiş, lakin bir çoxları üçün qəhrəmana çevrilmiş jurnalistin Birləşmiş Ştatlara ekstradisiya olunub-olunmayacağı ilə bağlı qərar verəcək. Başıbəlalı jurnalist ya onu qatı cinayətkar kimi qarşılamağa hazırlaşan ABŞ-a ekstradisiya olunacaq, ya da onun apellyasiya şikayətinə baxılması üçün növbəti uzunmüddətli məhkəmə prosesi təyin ediləcək. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, ikinci halda apellyasiya məhkəməsinin baş tutması aylarla, hətta 1 ildən də çox vaxt apara bilər.
Culian Assancın ABŞ-a ekstradisiyası barədə qərar Böyük Britaniyanın keçmiş daxili işlər naziri Priti Patel tərəfindən verilib. Assancın bu qərardan şikayəti bütün maddələr üzrə rədd edilib. Onun vəkillərinin bildirdiyinə görə, hazırda “WikiLeaks” qurucusu ekstradisiyadan canını qurtarmaq üçün Britaniya məhkəmələrində mümkün olan son hüquqi addımlarını atır.
Jurnalistin həyat yoldaşı Stella Assanc media nümayəndələrinə bildirib ki, əri London Ali Məhkəməsinin keçirdiyi hazırkı dinləmələrdən narazı olsa da, onun başqa instansiyalara müraciət etmək imkanı yoxdur.
“ABŞ-a göndərilsə, öləcək!”
“WikiLeaks” təsisçisinin vəkillər qrupu Avropa İnsan Haqları Məhkəməsində mümkün ekstradisiya qərarına etiraz edəcəyini bildirib. Hüquq müdafiəçiləri vurğulayıblar ki, istənilən bir şəxsin siyasi baxışlarına və azad fikirlərinə görə cəzalandırılması Avropa İnsan Hüquqları Konvensiyasının müvafiq maddələrinin kobudcasına pozulması deməkdir. Belə çıxır ki, ABŞ və Avropa üçün demokratiya, söz və fikir azadlığı kimi bəşəri dəyərlər, sadəcə, onların iradəsinə tabe olmayan ölkələri, xalqları əzmək üçün istifadə olunur. Ölkəsindən didərgin düşən, yad ölkələrin həbsxanalarında yaşamaq uğrunda mübarizə aparan jurnalist Culian Assancın əhvalatı dediklərimizi bir daha sübut edir.
Jurnalistin xanımı və tərəfdarları onun səhhəti ilə bağlı narahatlıqlarını mediayla bölüşüblər. Bildirilib ki, İngiltərə həbsxanasında mini insult keçirmiş Culianın psixi və fiziki sağlamlığı təhlükə altındadır. Bundan başqa, məşhur jurnalistin autizm sindromlu olduğu da qeyd edilib. Assancın həyat yoldaşı BBC-yə açıqlamasında bunları deyib: “Əgər Culian ABŞ-a ekstradisiya olunsa o, şəksiz - şübhəsiz, oradaca öləcək. İndi London məhkəməsi onun yaşayıb-yaşamayacağına dair qərar verməlidir. Assancın fiziki və psixi durumunun ağır olduğunu hamı görür”.
BMT-nin qərarını sayan yoxdur
Xatırladaq ki, hələ 2016-cı ildə BMT-nin əsassız həbslər üzrə işçi qrupu “WikiLeaks” saytının təsisçisinin saxlanmasını qanunsuz sayaraq, onun azadlığa buraxılmasını tələb edib. Lakin nə Böyük Britaniya hökuməti, nə də ABŞ hakimiyyəti BMT-nin bu qərarına məhəl qoymur. Bu arada Assancın tərəfdarları məhkəmə binasının qarşısına toplaşaraq, “Ekstradisiyaya yox!”, “Jurnalistika cinayət deyil!”, “Həqiqəti söyləmək cinayət yox, bizim haqqımızdır!” kimi şüarlarla jurnalistə dəstək nümayiş etdiriblər.
Məxfi cinayətlərin izində
Qeyd edək ki, Culian Assanc Avstraliya vətəndaşıdır. Ötən həftə Avstraliya parlamentinin deputatları ABŞ və Böyük Britaniyanı Culian Assancın təqibinə son qoymağa və onun vətəninə qayıtmasına icazə verməyə çağırıblar. Lakin nə parlamentarilərin çağırışları, nə də beynəlxalq ictimai təzyiq Böyük Britaniya və Birləşmiş Ştatlar hakimiyyətinə heç bir təsir göstərməyib.
Xatırladaq ki, “WikiLeaks” saytı 2010-2011-ci illərdə ABŞ-ın İraq və Əfqanıstan müharibələrinə dair yüz minlərlə məxfi hərbi və diplomatik sənədini dərc etmişdi. Həmin sənədlər ABŞ ordusunun İraqdakı analitiki Çelsi Menninq vasitəsilə “Wikileaks”ə ötürülmüşdü.
Çelsi Menninqin özü bu məlumatlar yayıldıqdan sonra dəfələrlə həbs edilib. O, bir dəfə ABŞ-ın o zamankı prezidenti Barak Obamanın əfv fərmanı ilə sonuncu dəfə isə 2019-cu ildə, həbsxanada növbəti intihar cəhdinə görə azadlığa buraxılıb. Bundan sonra Menninq öz cinsini dəyişdirərək qadına çevrilib.
ABŞ kəşfiyyatı “WikiLeaks”in yaydığı sənədləri “Birləşmiş Ştatlar tarixində agentlərin həyatını və çoxsaylı mənbələrin reputasiyasını təhlükə altına atan ən ciddi məlumat bazası” adlandırıb. “WikiLeaks” tərəfdarları isə əksini düşünürlər. Onlar iddia edirlər ki, saytın dərc e?diyi məxfi məlumatlar ABŞ hakimiyyətinin qanunsuz hərəkətlərinin ifşasına kömək olub. Məsələn, Birləşmiş Ştatların qanunsuz gizli əməllərini aşkara çıxaran 750 min sənədin arasında bir ABŞ helikopterinin 2007-ci ildə Bağdadda bir qrup mülki şəxsə atəş açması, “Reuters” agentliyinin 2 fotoqrafı qarışıq 12 nəfərin qətlə yetirilməsinə dair video da əks olunub.
Mühacirət, həbsxana və müəmmalı sonluq
Dünyada böyük rezonans doğuran sənədlərin yayılmasından sonra İsveçə qaçan Culian Assancın bəxti, məlum olduğu kimi, bu ölkədə gətirməyib. İsveç prokurorluğu zorlama ittihamı ilə jurnalistin həbsinə order verib. Assanc bu ittihamı qəti şəkildə rədd edərək bildirib ki, İsveç hüquq-mühafizə orqanları tərəfindən təqib olunmasının əsl məqsədi onu ABŞ-a ekstradisiya etdirməkdir.
Stokholm məhkəmələrində çəkişmədə olan Culian Assanc 2012-ci ilin avqustunda Ekvadorun Böyük Britaniyadakı səfirliyindən siyasi sığınacaq almağa nail oldu. Assanc diplomatik nümayəndəliyin ərazisini tərk etməmək şərtilə ömrünün 7 ilini orada keçirdi. Lakin Assancı bir dəfə xilas edənlər, belə demək mümkünsə, növbəti dəfə onu “satdılar”. 2019-cu ilin aprelində Ekvador Xarici İşlər Nazirliyi Culian Assanca sığınacaq verilməsi ilə bağlı qərarını geri götürdü. Bundan sonra jurnalist Latın Amerikası ölkələrindən birinin səfirliyində həbs edilərək birbaşa Londonun Belmarş həbsxanasına aparıldı.
Bu illər ərzində Assanc barəsində İsveçdə qaldırılan cinayət işinə xitam verildi. Ardınca ABŞ-ın Böyük Britaniyadan Assancın ekstradisiyası ilə bağlı tələbləri güclənməyə başladı. ABŞ təhlükəsizlik orqanlarının jurnalistə qarşı əvvəllər yeganə ittihamı “dövlət əhəmiyyətli sənədlərin yayılması” idisə, getdikcə ittihamların sayı artdı. “Casusluq fəaliyyəti barədə” yeni ABŞ qanununa əsasən, jurnalist Culian Assanc ona qarşı irəli sürülən 18 maddə üzrə təqsirli bilinərsə, onu 175 illik həbs cəzası gözləyir.
Beləliklə, “WikiLeaks”in yaradıcısının başına gətirilən bu oyunlar bütün dünyanın gözü önündə beynəlxalq hüququn işləmədiyinə əyani sübutdur. Dövlətə xəyanət, casusluq kimi ağır maddələrlə ittiham olunan jurnalistin tək günahı isə ABŞ təhlükəsizlik orqanlarının xaricdə işlədiyi cinayətləri, törətdiyi qanunsuz əməlləri əks etdirən sənədləri dünya ictimaiyyətinə açıqlamasıdır.
Xəbər lenti
Hamısına bax
Dünya
25 Aprel 08:53

Diaspor
25 Aprel 08:21

Dünya
24 Aprel 23:47

Dünya
24 Aprel 23:32

YAP xəbərləri
24 Aprel 23:16

Elm
24 Aprel 22:51

YAP xəbərləri
24 Aprel 22:36

Hadisə
24 Aprel 22:16

YAP xəbərləri
24 Aprel 22:00

Dünya
24 Aprel 21:49

İdman
24 Aprel 21:38

YAP xəbərləri
24 Aprel 21:14

Dünya
24 Aprel 21:07

Dünya
24 Aprel 20:56

YAP xəbərləri
24 Aprel 20:41

Siyasət
24 Aprel 20:35

YAP xəbərləri
24 Aprel 20:19

Dünya
24 Aprel 20:06

Sosial
24 Aprel 19:58

YAP xəbərləri
24 Aprel 19:44

Analitik
24 Aprel 19:30

Dünya
24 Aprel 19:27

YAP xəbərləri
24 Aprel 19:14

Dünya
24 Aprel 19:06
YAP xəbərləri
24 Aprel 18:43

Yeni texnologiyalar
24 Aprel 18:33

YAP xəbərləri
24 Aprel 18:20

YAP xəbərləri
24 Aprel 18:18

Dünya
24 Aprel 18:11
YAP xəbərləri
24 Aprel 17:51

Elm
24 Aprel 17:48

Sosial
24 Aprel 17:46

YAP xəbərləri
24 Aprel 17:45

YAP xəbərləri
24 Aprel 17:10

YAP xəbərləri
24 Aprel 17:05

Gündəm
24 Aprel 16:59

YAP xəbərləri
24 Aprel 16:57

YAP xəbərləri
24 Aprel 16:32

YAP xəbərləri
24 Aprel 16:30

Elanlar
24 Aprel 16:28

Sosial
24 Aprel 16:18

Sosial
24 Aprel 16:12

YAP xəbərləri
24 Aprel 16:10

YAP xəbərləri
24 Aprel 15:46

YAP xəbərləri
24 Aprel 15:33

Hadisə
24 Aprel 15:26
YAP xəbərləri
24 Aprel 14:38

YAP xəbərləri
24 Aprel 14:37

YAP xəbərləri
24 Aprel 14:22

YAP xəbərləri
24 Aprel 14:16

YAP xəbərləri
24 Aprel 13:57

YAP xəbərləri
24 Aprel 13:44

YAP xəbərləri
24 Aprel 12:53

Elm
24 Aprel 12:40

YAP xəbərləri
24 Aprel 12:21

YAP xəbərləri
24 Aprel 12:20

YAP xəbərləri
24 Aprel 12:15

Gündəm
24 Aprel 11:42

Hadisə
24 Aprel 11:38

Dünya
24 Aprel 10:56

Siyasət
24 Aprel 10:55

İqtisadiyyat
24 Aprel 10:54

İqtisadiyyat
24 Aprel 10:51

YAP xəbərləri
24 Aprel 10:17

İdman
24 Aprel 10:08

Dünya
24 Aprel 10:07

Gündəm
24 Aprel 10:03
.jpg&width=120)
Siyasət
24 Aprel 09:57

İqtisadiyyat
24 Aprel 09:43

İqtisadiyyat
24 Aprel 09:35
