Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şirvan kanalının əsaslı təmiri Respublika üzrə su itkisini ən azı 20% azaldacaq

Şirvan kanalının əsaslı təmiri Respublika üzrə su itkisini ən azı 20% azaldacaq

22.04.2024 [17:15]

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və Azərbaycanda su ehtiyatlarının effektiv istifadəsi ilə bağlı çıxış edib.

Dünya Bankının hesablamalarına görə Azərbaycanda sudan səmərəli istifadə və kənd təsərrüfatında smart texnologiyalardan isitifadə çox önəmlidir. Azərbaycan hər il 2-3 milyard kubmetr su itkisinə yol verir. Bu rəqəm su itkisi olan bir ölkə üçün kifayət qədər böyükdür.

1954-cü ildən tikintisinə başlanan və 1958-ci ildən istismara verilən Şirvan  Kanalı respublikanın ikinci ən böyük magistral suvarma kanalıdır. 1961-ci  ildə kanalın ikinci  hissəsi istismara verilib. Uzunluğu 122 km olan kanalın maksimum  su  sərfi  78 m3/saniyədir. Mənbəyini  Mingəçevir  su anbarından Xanabad bəndindən  götürən kanal  Kür çayının sol sahilindən keçməklə 112 min hektar əkin  sahəsinin suvarılmasını  təmin edir. Lakin, 65 ildən artıq istifadə olan kanal Respublika üzrə ümumi su itkisinin 18-20% təşkil edir.

Bu səbəblərdən dolayı möhtərəm cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi : “Kanalın müasir tələblər səviyyəsində yenidən qurulması və tikintisi mərkəzləşdirilmiş SCADA sistemi yaratmaqla su ehtiyatlarından daha səmərəli istifadəyə və optimal idarəetməyə, yaşayış məntəqələrinin məişət su təminatının yaxşılaşdırılmasına, 230 min hektar torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə, o cümlədən 110 min hektardan çox mövcud əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına və 116 min hektar əkinə yararlı torpaqların dövriyyəyə cəlb olunmasına, təqribən 346 milyon kubmetr su itkisinin qarşısının alınmasına, Hacıqabul gölünün, ətraf ərazilərin ekoloji və torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına, yüksək məhsuldarlığın əldə olunmasına, iri təsərrüfatlara məxsus əkin sahələrini suvarma suyu ilə təmin edən nasos stansiyalarının fəaliyyətinin dayandırılmasına və Pirsaatçay su anbarının nasos stansiyasının qidalandırılmasına imkan verəcək.”

Digər sahələrdə olduğu kimi kənd təsərrüfatında texnologiya yenilənməlidir və bu istiqamətdə dövlətin bir başa möhtərəm cənab Prezidentin təşəbbüs və rəhbərliyi ilə aparılan islahatlar öz bəhrəsini verməkdədir.

Abbas Pənahov,

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədr müavini

Paylaş:
Baxılıb: 236 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Mədəniyyət

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Analitik

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31