İldən-ilə möhkəmlənən Azərbaycan-Qırğızıstan dostluğu
29.04.2024 [12:45]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Ötən illər ərzində bir sıra uğurlara imza atan Azərbaycan və Orta Asiyanın türk dövlətləri, o cümlədən Qırğız Respublikası istər regional, istərsə də qlobal məsələlərdə həmişə eyni mövqedən çıxış ediblər. Qırğızıstan ilə ölkəmiz arasında əlaqələr daim yüksək strateji tərəfdaşlıq səviyyəsinə qalxıb və gündən-günə inkişaf etməkdədir.
Eyni kökə, qədim tarixə, mədəniyyətə və ənənələrə malik Azərbaycan ilə Qırğız Respublikası arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayında qurulub. 1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan-Qırğızıstan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoydu, hər iki ölkənin siyasi-iqtisadi və mədəni əlaqələri getdikcə genişləndirildi.
Dövlətlərarası münasibətlərin inkişafında dövlət və hökumət başçılarının intensiv xarakter alan qarşılıqlı səfərləri mühüm rol oynayır. Aprelin 24-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri ikitərəfli əlaqələrin yeni bir mərhələyə qədəm qoyduğunu bir daha gündəmə gərirdi. Ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verən səfər zamanı hər iki ölkə rəhbərlərinin mətbuata bəyanatları da onu nümayiş etdirdi ki, Azərbaycanın Qırğız Respublikası ilə dosrluq əlaqələri daha da inkişaf etməkdədir.
Ölkə Prezidentimiz cənab İlham Əliyev mətbuat bəyanatında bildirdi ki, bizim hər il qarşılıqlı səfərlərin həyata keçirilməsi üzrə yaxşı ənənəmiz formalaşıb: “Mən ötən il, ondan əvvəlki il Qırğızıstanda olmuşam, həmçinin keçən il və ondan əvvəlki il Sadır Nurqojoyeviç bizi ziyarət edib. Bizim hələ yayda Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi zamanı Azərbaycanda görüşmək imkanımız olacaq. Həmçinin Sadır Nurqojoyeviçi noyabr ayında COP29 beynəlxalq konfransında iştiraka dəvət etdim. Hər bir görüş qarşılıqlı fəaliyyətin, ünsiyyətimizin gücləndirilməsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli və dəyərlidir.”
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü, Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası, Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması, mətbuata verilən bəyənatlar, Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun abidəsinin açılış mərasimi, Füzuli və Ağdam rayonlarına səfər hər iki ölkə arasında əlaqələrin ildən-ilə möhkəmlənməsinin bariz nümunəsidir.
Füzuli və Ağdam rayonlarına səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov erməni işğalçılarının dağıtdıqları yerlərinə baxıblar, şəhərlərin baş planıları ilə tanış olublar. Dövlət başçıları Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan dövləti adından bu ilin sonunadək başa çatdırılması planlaşdırılan məktəb binasının tikintisi iki ölkə arasında sarsılmaz qardaşlıq münasibətlərinin göstəricisi oldu.
Azərbaycanın da, Qırğızıstanın da milli maraqlarına xidmət edən rəsmi səfər hər iki dövlətin. əsas məqsədinin türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə layiqli töhfə vermək olduğunu bir daha nümayiş etdirdi. Azərbaycan-Qırğızıstan münasibətləri, qardaşlıq və dostluq əlaqələri bundan sonra yüksələn xətlə davam edəcək, türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə yeni töhfələr verəcək.
Xəbər lenti
Hamısına baxDünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11

