Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Göygöl rayonunda “28 May- Müstəqillik Günü”nə həsr edilmiş  tədbir keçirildi

Göygöl rayonunda “28 May- Müstəqillik Günü”nə həsr edilmiş  tədbir keçirildi

27.05.2024 [16:33]

Bu gün Göygöl rayonunda  müvafiq tədbirlər planına uyğun olaraq 28 May Müstəqillik Günü münasibətilə “Azad yaşamaq hər bir vətəndaşın konstitusion hüququdur” mövzusunda dəyirmi masa keçirildi.

Göygöl rayon İcra Hakimiyyəti, YAP Göygöl rayon təşkilatı və Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə  keçirilən tədbirdə  YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova,  Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, QƏQİB Göygöl rayon şöbəsinin sədri Araz Abbasov,  təhsil işçiləri, QHT nümayəndələri, müharbə iştirakçıları və fəal gənclər iştirak etmişdir.

İlk öncə Azərbaycan Respublikasının qurucusu Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarının və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tədbiri açaraq, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra hər il bu bayramın ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirib. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salındığını, bu mühüm tarixi və ictimai-siyasi hadisənin milli yaddaşda yeri və rolunun ətraflı təhlil edildiyini, dövlət quruculuğu təcrübəsi baxımından hərtərəfli öyrənildiyini vurğulayıb. 

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev çıxış edərək, müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən danışmış, xalqımızın və dövlətimizin bu günə gəlib çatmasının əsasında məhz Heydər Əliyev şəxsiyyətinin dayandığını və onun nurundan yaranmış Yeni Azərbaycan Partiyasının çox böyük rolunun olduğunu bildirmişdir.

Vüqar İsayev Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından geniş söhbət açmış, Müasir Azərbaycanın regionun güc mərkəzinə çevrilməsində  Yeni Azərbaycan Partiyasının aktiv rolundan bəhs etmiş, aparılan məqsədyönlü siyasətin həyatımızın bütün sahələri ilə birgə gənclər sahəsində də yeni-yeni uğurlara imza atdığını və gələcək həyatımızın daha da yüksək təminatı üçün yeni hədəflərin müəyyən olunduğu bildirərək qeyd etmişdir ki,   Ulu Öndər Heydər Əliyevin dediyi kimi “Müstəqilliyi qazanmaq çətindir, amma onu qoruyub saxlamaq isə ondan da çətindir” sözləri zamanın sınağından çıxmışdır. Bu gün fəxrlə deyə bilərik ki, Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Ümummilli liderin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir”. Ulu öndərin layiqli davamçısı İlham Əliyev müstəqillik yolu ilə irəliləyən Azərbaycanı daha böyük zirvələrə çatdırıb və ölkəmiz bütün dünyada güclü dövlət kimi tanınır.

Göygöl Gənclər Evinin metodisti Gülmira Əbdülkərimova “Azad yaşamaq hər bir vətəndaşın konstitusion hüququdur”  mövzusunda məruzə ilə çıxış etmişdir.   

Sonra Vüsal Rzayev, Şəhriyar İsmayılzadə, Araz Abbasov, Sevinc Paşayeva, Könül Kazımova, Vəfa İbrahimova və digərləri çıxış edərək müstəqillik tariximizdən danışmış, müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınmasından, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasətdən  və  qazanılmış uğurlardan söhbət açmış, Azərbaycan dövlət müstəqilliyinin bir daha heç vaxt əldən verilməyəcəyini, müstəqilliyimizin əbədi olacağını əminliklə bildirmişlər.

Bütün çıxış və nitqlərdə müstəqilliyimizin əldə olunmasında əməyi olan şəxslər hörmətlə xatırlanmış, bu günkü Qüdrətli Azərbaycan Dövlətinin mövcudluğunda Ulu Öndərin rolu  xüsusi olaraq vurğulanmış, xalqımızın tənəzzüldən-inkişafa, tərəqqidən-zəfərə çatmasına görə əbədiyaşar Ulu Öndər Heydər Əliyevə və Respublika Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə yüksək minnətdarlıq ifadə olunmuşdur. 

Tədbirin sonunda müstəqillik tariximizə həsr olunmuş videoçarx nümayiş olunmuşdur.

       

    

Paylaş:
Baxılıb: 259 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30