Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Azərbaycan qarşıya qoyduğu hədəflərə yüksək səviyyədə nail olur

Azərbaycan qarşıya qoyduğu hədəflərə yüksək səviyyədə nail olur

07.06.2024 [17:30]

 İyunun 4-6 tarixlərində ölkəmizdə reallaşan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə müzakirə olunan məsələr, imzalanansənədlər bu gün də ölkə və dünya mətbuatında geniş işıqlandırılmaqdadır.   Qeyd edək ki, Bakı Enerji Həftəsində 37 ölkədən 300-dək şirkət iştirak etdi. Bu ölkələr arasında İsveç, Hindistan və Sloveniyadan olan şirkətlər ilkdəfə tədbirə qatıldılar.  Builki sərginin tərkibi iştirakçıların ümumi sayının15 faizini təşkil edən yeni şirkətlər hesabına yeniləndi. Onların əksəriyyəti Azərbaycanın yaşıl enerji sahəsinə yüksək maraq göstərən iştirakçılar idi. Bu il Bakı Enerji Həftəsi əhəmiyyətli bir hadisəyə təsadüf etdi. Belə ki, buil respublikanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanmasından 30 il ötür. Artıq bu unikal sazişin reallaşdırılmasının ikinci mərhələsi uğurla həyata keçirilir. Söhbət təbii ki, 2017-ci il sentyabrın 14-də Bakıda imzalanmış  Xəzər dənizininAzərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş, "XXI əsrin kontraktı" adlandırılan   “Yeni əsrin müqaviləsi”ndən gedir. Həmin sənədə uyğun olaraq “Əsrin müqaviləsi”nin müddəti  2050-ci ilə qədər uzadıldı. Bu, şübhəsiz, Azərbaycanın gələcəyinə, ölkəmizdə uğurla həyatakeçirilən, müəllifi Ulu Öndər Heydər Əliyev olan sabitlik və tərəqqi siyasətinə inamın göstəricisidir. Sonrakı illərdə xarici şirkətlərlə “Əsrin müqaviləsi”nin davamı kimi imzalanan yeni neft və qaz sazişlərinin, Anlaşma memorandumlarının say tərkibinə diqqət yetirməklə iqtisadi müstəqilliyini təmin edən Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolunu və yerini açıq-aydın görmək olar. "Əsrin müqaviləsi" hazırda  həm məzmununa, mahiyyətinə, həm də regionda və dünyada  əməkdaşlığın inkişafına verdiyi yeni nəfəsə görə regional, eyni zamanda,  qlobal geosiyasi proseslərdə öz əhəmiyyətini qoruyub saxlayır. Məhz “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın o vaxtadək regional çərçivədə başlanan əməkdaşlığının coğrafiyası genişlənərək beynəlxalqmiqyas aldı. Dövlət başçısı İlham Əliyev iyunun 4-də Bakı Enerji Həftəsiçərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “CaspianOil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “CaspianPower” sərgilərinin rəsmi açılış mərasimindəki çıxışında bir daha bureallıqlara diqqəti yönəldərək qeyd etdi ki, “Əsrin müqaviləsi” iqtisadiyyatımıza sanki bir nəfəs verdi. İqtisadiyyatımızın necə inkişafetməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasınıgörərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdivə iqtisadiyyatımızın müxtəlif sahələrinə,  əlbəttə ki, enerji sektoruna əlavəinvestisiyalar yatırıldı: “Bu gün 4 iyun tarixi, sadəcə, iyirmi il bundanəvvəl neft və qaz sərgisində “Şahdəniz” müqaviləsinin imzalanması iləyadda qalmayacaqdır. Bu gün, həmçinin qardaş BƏƏ-dən olan “Masdar” şirkəti tərəfindən inşa ediləcək üç günəş və külək enerjisi elektrikstansiyalarının təməlqoyma mərasiminin keçirilməsi ilə də yadda qalacaq. Bu, Azərbaycanın və onun beynəlxalq tərəfdaşlarının qazıntı yanacağındanbərpaolunan enerji resurslarına transformasiyasını nümayiş etdirir vəqazıntı yanacağının uzun illər ərzində təkcə bizim üçün yox, həm dətərəfdaşlarımız üçün mühüm əhəmiyyət kəsb edəcəyini bildirir.”Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu beynəlxalq səviyyədə təqdir edilir. Belə ki, Avropa KomissiyasıAzərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırdı və bu, həqiqətdir. Çünki  təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. Cənab İlhamƏliyev bu çağırışı etdi: “Qaz təchizatımızın coğrafiyası, əlbəttə ki, artacaq. Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbiiqazına ehtiyacı olan bir neçə əlavə ölkə ilə danışıqların aktiv fazası gedir.”Ümummilli Lider yeni neft strategiyasını işləyib hazırlamaqla, dünya təcrübəsinə istinad edib səylərin, təcrübə mübadiləsinin  birləşdirilməsi fonunda “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmaqla  xalqımızın illərdir ürəyində yaşatdığı öz təbii sərvətlərinin əsl sahibinə çevrilməsi arzusunu gerçəkləşdirdi. Bu sazişin reallaşması sayəsində Azərbaycanregional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinintəminatçısına çevrildi. Məhz bu uğurlarımıza söykənərək bu gün böyükinamla və uca səslə bəyan edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədəhansısa qlobal iqtisadi layihənin icrasından danışmaq qeyri-mümkündür.  Ulu Öndər Heydər Əliyevin yüksək dühasının, siyasi uzaqgörənliyinin vəqətiyyətinin  nəticəsi olan “Əsrin müqaviləsi”nin  müstəqil Azərbaycanındövlətçilik tarixində xüsusi yeri var. Ümummilli Liderin  siyasi kursunubütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyiilə neft siyasətinin uğurla həyata keçirilməsi  enerji layihələrininxronologiyasında da özünü qabarıq şəkildə  göstərir. Belə ki, cənab İlhamƏliyevin  liderliyi ilə 2006-cı ildə  Bakı-Tbilisi-Ceyhan neft, 2007-ci ildəBakı-Tbilisi-Ərzurum qaz kəmərləri istifadəyə verildi. 2014-cü ildə- “Əsrinmüqaviləsi”nin 20 illiyində Cənub Qaz Dəhlizinin təməli qoyuldu və 2018-ci ilin mayında  bu unikal layihənin rəsmi açılışı oldu. 2018-ci iliniyununda Cənub Qaz Dəhlizinin əsas seqmentləri olan TANAP, 2020-ci ilindekabrında isə TAP istifadəyə verildi. Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlərdə əsas müzakirə olunan məsələlərdən biri də hazırkı dövrün əsas çağırışlarından olan bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması, Azərbaycanın bu sahədə mövcud potensialı, yeni əməkdaşlıq formatlarının yaradılması üçün imkanların yaradılması oldu. Ölkəmizin bu imkanlarının təqdimatında əhəmiyyətli rol oynayacaqvə bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək  COP29-a xüsusi diqqətgöstərildi. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər tədbirintəşkilinin Azərbaycana həvalə edilməsi ölkənin dünyada beynəlxalq vəgenişmiqyaslı təbirlərin uğurlu təşkilatçısı statusunu bir daha təsdiqləyir. Cənab İlham Əliyev bir daha bildirdi ki, iqlim dəyişikliyi hər bir ölkə üçünçağırışdır. Biz proaktiv addımlar atdıq və hazırda tərəfdaşlarımızla birgəçalışırıq. Biz BƏƏ və növbəti COP-a ev sahibliyi edəcək Braziliya iləbirlikdə “Troyka” təsis etmişik. Qoşulmama Hərəkatının keçmiş sədriqismində  120 ölkə ilə birlikdə bu təsisat və Avropa İttifaqı arasındakörpülərin qurulmasına çalışırıq. Avropa İttifaqına 10 üzv dövlət iləAzərbaycan arasında strateji tərəfdaşlıq haqqında bəyannamə imzalanıb. Azərbaycan  hazırda inkişafda olan kiçik ada dövlətləri ilə fəal işləyir. Onların dəstəklənməsi məqsədilə xüsusi fondun yaradılmasınıplanlaşdırırıq:  «Azərbaycan üçün iqlim dəyişikliyi problemdir, onlar üçünisə bu, ekzistensional təhlükədir. Beləliklə, biz maksimal dərəcədəməsuliyyət nümayiş etdirməyə və eyni zamanda, beynəlxalq ictimaiyyətinmüxtəlif komponentləri arasında körpülər qurmağa çalışırıq. Hesab edirəmki, COP29 çərçivəsində maliyyə məsələləri ilə yanaşı, əldə edə biləcəyimizən böyük nəticə qarşılıqlı ittihamlara son qoyulması olacaqdır. Biz başverənlərə görə bir-birimizi günahlandırmağı dayandırmalı, səylərimizisəfərbər etməli, iddialardan əl çəkməli və diqqətimizi övladlarımız vənəvələrimizin yaşamağa davam edəcəyi bu planetdəki həyatla bağlıgündəliyimizə yönəltməliyik.” Göründüyü kimi, Azərbaycanın  enerji sektorunda qazanılan uğurlar bu sahədə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olunduğunu təsdiqləyir.

Nihad Pənahov

YAP Tovuz rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

İqtisadiyyat

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30