Azərbaycan-Pakistan münasibətləri dərin köklərə bağlıdır
18.07.2024 [14:09]
Bu gün Azərbaycanın sıx dostluq və qardaşlıq əlaqələri qurduğu, qarşılıqlı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ölkələrdən biri də qardaş Pakistandır və bu qarşılıqlı münasibətlər dərin köklərə bağlıdır. Məhz Azərbaycan Respublikasının müstəqilliyini ilk tanıyan dövlətlərdən biri Pakistan olmuşdur. Ölkələrimiz arasında 1992-ci il iyunun 9-da qurulan diplomatik əlaqələr daim inkişaf etdirilib və bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlib.
Məlumdur ki, Pakistan Azərbaycanda ən çox sevilən dövlətlərdən biridir, qardaş ölkədir. Azərbaycan-Pakistan əlaqələri də məhz bu sevgiyə, həmçinin ortaq mənəvi dəyərlərimizə və şübhəsiz ki, Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin qardaş ölkənin liderləri ilə birgə möhkəm təməllər üzərində qurduqları dostluq, qardaşlıq münasibətlərinə söykənir. Xalqlarımız, dövlətlərimiz arasındakı yüksək etimad və hörmət qarşılıqlıdır.
Bu baxımdan, bizi birləşdirən mühüm keyfiyyətlərdən biri də dostuğa sədaqət və minnətdarlıq hissidir. Azərbaycan-Pakistan münasibətlərinin inkişafında Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Heydər Əliyev Fondu tərəfindən qardaş ölkədə həyata keçirilən humanitar layihələr tarixi xeyriyyəçilik ənənələrimizin uğurla davam etdirilməsi ilə yanaşı, Azərbaycanın qardaş ölkədə daha da yaxından tanınmasına zəmin yaratmışdır. 44 günlük Vətən müharibəsində Pakistanın Azərbaycanın ədalətli mövqeyinə verdiyi dəstək, Pakistan dövlətinin və xalqının hər zaman yanımızda olması qədirbilən xalqımız tərəfindən heç zaman unudulmayacaq.
Əminik ki, Prezident İlham Əliyevin Pakistana dövlət səfəri iki döst, qardaş ölkələr arasındakı münasibətləri yeni səviyyəyə qaldıracaq, qarşılıqlı əlaqələrə yeni impuls verəcəkdir. Səfərin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə görüşü çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan liderləri arasında gerçəkləşən üçtərəfli görüşdən sonra baş tutması, düşünürəm ki, diqqətçəkən vacib məqamlardan biridir. Əminliklə demək olar ki, Azərbaycan-Türkiyə-Pakistan üçlü əməkdaşlıq formatı regionda sülhə, əməkdaşlığa, təhlükəsizliyə mühüm töhfə verəcək mexanizmlərdən biri kimi daha da güclənəcək. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan-Pakistan münasibətləri birgə tarix, mədəniyyət, din, həmrəylik və qarşılıqlı dəstək üzərində qurulub, bu qarşılıqlı dəstək isə ölkələrimizi, xalqlarımızı daha da yaxınlaşdırır.
Baş nazir Məhəmməd Şahbaz Şərif isə Pakistanla Azərbaycanı bir bədəndə iki ürəklə müqayisə edib. Zənnimcə, qarşılıqlı etimad, sevgi, səmimi dostluq, qardaşlıq münasibətlərindən yüksəkdə dayanan heç nə yoxdur. Ən önəmlisi isə odur ki, iki ölkə arasındakı münasibətlər sağlam təməllər üzərindən qurulub, zamanın sınaqlarından çıxıb.
Bu gün iki ölkə liderlərinin səyləri sayəsində Azərbaycan-Pakistan münasibətləri öz inkişafının ən yaxşı dövrünü yaşayır. Azərbaycanın Vətən Müharibəsində Qələbəsindən və antiterror tədbirləri nəticəsində suverenliyinin tam bərpasından sonra Cənubi Qafqazda yaranmış reallıqlar və əməkdaşlıq imkanları ikitərəfli və çoxtərəfli əlaqələrin dərinləşməsi üçün yeni, sabit və uzunmüddətli perspektivlər vəd edir. Prezident İlham Əliyevin Pakistana dövlət səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərə yeni məzmun və keyfiyyət qazandırmaqla yanaşı, qarşılıqlı faydalı əməkdaşlığın da genişlənməsinə və dərinləşməsinə töhfə verəcək.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

