Milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz
01.08.2024 [11:15]
Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinin bütün dövrlərində milli-mənəvi dəyərlərin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, yazılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan müstəqilliyin qorunması, ana dilimizin rolunun artırılması və dövlətçiliyin əsas atributlarından biri kimi inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi. Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.
Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Çünki milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyəri qazanıb. Ulu öndər Heydər Əliyev tövsiyə edirdi: “Müstəqil Azərbaycanın gələcəyi üçün ən mühüm vasitələrdən biri ana dilimizin, dövlət dilimizin inkişaf etdirilməsidir”. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Dilimizin saflığının qorunması, eyni zamanda, özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırda aktual məsələlərdəndir. Xüsusilə, yeni və təkmilləşdirilmiş, fərqli formatlarda lüğətlərin hazırlanması, dünyanın tanınmış yazıçılarının əsərlərinin, önəmli nəşrlərin Azərbaycan dilinə tərcümə edilməsi, televiziya və radiolarda verilişlərin yayımı, filmlərin nümayişi zamanı ana dilimizin bütün xüsusiyyətlərinə riayət olunması müvafiq istiqamətdə həyata keçirilən önəmli tədbirlərdir.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Dünya
09 İyun 19:51
Sosial
09 İyun 19:25
Dünya
09 İyun 19:10
YAP xəbərləri
09 İyun 18:19
YAP xəbərləri
09 İyun 17:49
YAP xəbərləri
09 İyun 17:14
Elanlar
09 İyun 17:13
YAP xəbərləri
09 İyun 16:42
YAP xəbərləri
09 İyun 16:39
YAP xəbərləri
09 İyun 16:38
İqtisadiyyat
09 İyun 16:05
Siyasət
09 İyun 15:57
Dünya
09 İyun 15:29
Sosial
09 İyun 15:20
YAP xəbərləri
09 İyun 15:15
YAP xəbərləri
09 İyun 14:32
İqtisadiyyat
09 İyun 14:19
Elm
09 İyun 14:19
YAP xəbərləri
09 İyun 14:18
YAP xəbərləri
09 İyun 14:17
YAP xəbərləri
09 İyun 14:16
İqtisadiyyat
09 İyun 14:15
Dünya
09 İyun 13:17
İqtisadiyyat
09 İyun 12:53
Gündəm
09 İyun 12:20
İqtisadiyyat
09 İyun 12:16
Turizm
09 İyun 12:06
Siyasət
09 İyun 12:03
Siyasət
09 İyun 12:01
Siyasət
09 İyun 11:59
İqtisadiyyat
09 İyun 11:50
Sosial
09 İyun 11:35
Hadisə
09 İyun 11:35
İqtisadiyyat
09 İyun 11:25
Sosial
09 İyun 10:58
İqtisadiyyat
09 İyun 10:47
Siyasət
09 İyun 10:45
Siyasət
09 İyun 10:43
Sosial
09 İyun 10:33
Siyasət
09 İyun 10:18
İqtisadiyyat
09 İyun 09:55
Analitik
09 İyun 09:30
Analitik
09 İyun 09:17
Sosial
09 İyun 08:54
Sosial
09 İyun 08:32
Dünya
08 İyun 23:32
Dünya
08 İyun 23:17
Müsahibə
08 İyun 22:45
Dünya
08 İyun 22:31
Dünya
08 İyun 22:18
Elanlar
08 İyun 22:01
Dünya
08 İyun 21:50
Sosial
08 İyun 21:29
İqtisadiyyat
08 İyun 21:10
Dünya
08 İyun 20:42
Xəbər lenti
08 İyun 20:39
İdman
08 İyun 20:35
Dünya
08 İyun 20:17
YAP xəbərləri
08 İyun 20:02

