Cənubi Qafqazda nümunəvi Azərbaycan-Gürcüstan dostluğu və tərəfdaşlığı
21.04.2025 [16:52]
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri
Azərbaycan və Gürcüstan əsrlər boyu əsl dostluq münasibətlərini qoruyub saxlaya bilən, bu əlaqələri daha da inkişaf etdirərək strateji tərəfdaşlıq səviyyəsinə qaldırmağı bacaran qardaş ölkələrdir. Tarix boyu mehriban qonşuluq şəraitində yaşayan, milli-mənəvi adət-ənənələri birgə zənginləşdirən gürcü və Azərbaycan xalqları özləri, heç bir vasitəçi olmadan nümunəvi və sağlam münasibətləri qoruyub saxlaya biliblər.
Müstəqillik illərində Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti və müdrik zəkası sayəsində tamamilə yeni mərhələyə daxil olan Azərbaycan-Gürcüstan münasibətləri Prezident İlham Əliyev tərəfindən daha da irəliyə aparılaraq ən yüksək tərəfdaşlıq səviyyəsinə yüksəldi.
Ötən illər ərzində dövlət başçımız Gürcüstana 10-dan çox səfər edib, eləcə də hökumət başçıları, parlament sədrləri, xarici işlər nazirlərinin qarşılıqlı səfərləri davamlı xarakter alıb. Həmçinin, parlamentlərarası əlaqələr üzrə işçi qruplarının fəaliyyəti intensivləşib. Bu səfərlər və görüşlər, aparılan faydalı müzakirələr siyasi-iqtisadi, sosial-humanitar təmasları dərinləşdirib, qarşılıqlı etimad və açıq dialoq ruhunu möhkəmləndirərək region üçün örnəkverici platformaya çevrilib.
Azərbaycan-Gürcüstan əlaqələri həm ikitərəfli əsasda, həm də çoxtərəfli formatlarda uğurla inkişaf edir. Ölkələrimiz beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT, ATƏT, GUAM və digər beynəlxalq platformalarda hər iki tərəfin milli maraqları naminə mühüm məsələlərdə hər zaman bir-birinə dəstək nümayiş etdirir. Cənab İlham Əliyevin mətbuata bəyan etdiyi kimi, iki dost, qardaş ölkə, sözün əsl mənasında, bir-birinə çox bağlıdır və beynəlxalq təşkilatlarda da daim bir-birini dəstəkləyir.
Dövlət başçısı postuna seçilməsindən sonra aprelin 16-da ilk rəsmi səfərini Azərbaycana gerçəkləşdirən Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bu addımı çox mühüm siyasi məna kəsb edir, xalqımıza, cənab Prezident İlham Əliyevə olan böyük ehtiramı əks etdirir. Prezident İlham Əliyevin vurğuladığı kimi bu, bir daha Gürcüstan-Azərbaycan əlaqələrinin mahiyyətini, xalqlarımızın dostluğunu, qardaşlığını göstərir.
Gürcüstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək keçmiş Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyinin müdafiəsində davamlı mövqe sərgiləyib, beynəlxalq təşkilatlarda öz qətiyyətli iradəsini nümayiş etdirib, 44 günlük Vətən müharibəsində Azərbaycanın haqq səsini dəstəkləyib. Eyni zamanda, Azərbaycan da Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir.
İki ölkə arasında ali səviyyədə təşəkkül tapmış fəal siyasi dialoq ikitərəfli əməkdaşlığımızın təhlükəsizlik, müdafiə, iqtisadi, ticarət, enerji, nəqliyyat-logistika, turizm, mədəni-humanitar və digər sahələrdə əldə olunmuş ciddi nailiyyətlərin əsasını təşkil edir. Bu gün Azərbaycan-Gürcüstan əlaqələrində fəal işbirliyinin müşahidə edilmədiyi hər hansı bir sahə mövcud deyil.
Azərbaycan və Gürcüstan strateji əhəmiyyətli regionda yerləşməklə, qlobal əhəmiyyətli enerji, nəqliyyat, kommunikasiya layihələrinə imza ataraq bölgədə sabitliyin təmin olunmasına, bir çox ölkələr arasında çoxistiqamətli səmərəli münasibətlərin inkişafına töhfə verməkdədir. Bu nəhəng layihələrin icrası daha geniş coğrafiya üçün böyük önəm daşıyır, ikitərəfli əməkdaşlığın inkişafına xidmət etməklə yanaşı, regionun hüdudlarını aşaraq qlobal enerji təhlükəsizliyi və qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı-Tbilisi-Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa və səmərəli alternativ bağlantı yaradır. Eyni zamanda, Azərbaycan və Gürcüstanın iştirakı ilə Avropaya yaşıl enerji körpüsünün salınması müasir iqtisadi fraqmentasiyaları formalaşdırır.
Azərbaycan Prezidentinin xatırlatdığı kimi, böyük əhəmiyyət daşıyan bu layihələr Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edir: “Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.
Hazırda iki ölkənin müəllifi olduğu böyük nəqliyyat-kommunikasiya layihələri, yeni inşa edilmiş infrastrukturlar, dəmir yolları, limanlar ətraf dövlətlər arasında iqtisadi-ticari-kommunikativ bağlantıları nəhəng bir habda birləşdirir, dərin inteqrasiya qətiyyətləri ilə Cənubi Qafqazı Orta Dəhlizin ayrılmaz hissəsinə çevirir. Hər iki ölkə əməkdaşlığın formatını daha da genişləndirmək, yeni istiqamətlər üzrə möhkəm təməllər yaratmaq üçün sarsılmaz iradə ilə çalışır. İndiyə qədər ölkələr arasında imzalanmış 119 sənəd bir çox sahələrdə geniş əməkdaşlıq üçün möhkəm hüquqi baza yaratmaqla, yeni layihələrin həyata keçirilməsinə yol açır.
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin bəyan etdiyi kimi rəsmi Bakı və Tbilisi düzgün və ardıcıl siyasətlə regionun potensialından tam istifadə etmək, dünyanın geosiyasi xəritəsində güclü, etibarlı, birləşdirici körpü funksiyasını yerinə yetirmək əzmindədir və ölkələrimizin və xalqlarımızın mənafeyi naminə bir-birinin maraqları nəzərə alınaraq əlaqələr daha da sürətlə inkişaf etdiriləcək.
Xəbər lenti
Hamısına bax
Mədəniyyət
24 May 23:27

Hadisə
24 May 22:25

Dünya
24 May 21:32

Mədəniyyət
24 May 20:26

Sosial
24 May 19:28

Sosial
24 May 18:24

Dünya
24 May 17:25

Dünya
24 May 16:23

Sosial
24 May 15:31

Siyasət
24 May 14:52

Mədəniyyət
24 May 14:20

Dünya
24 May 13:46

Hadisə
24 May 13:18

Dünya
24 May 12:58

İdman
24 May 12:21

Hadisə
24 May 11:47

Mədəniyyət
24 May 11:14

Siyasət
24 May 10:52

Siyasət
24 May 10:43

İqtisadiyyat
24 May 10:33

Siyasət
24 May 10:15

MEDİA
24 May 09:54

İqtisadiyyat
24 May 09:47

Analitik
24 May 09:38

Analitik
24 May 09:27

Analitik
24 May 09:11

Analitik
24 May 08:59

Analitik
24 May 08:47

İdman
24 May 08:34

Ədəbiyyat
24 May 08:15

Sosial
24 May 08:10

Elm
24 May 08:06

Dünya
23 May 23:46

İqtisadiyyat
23 May 23:35

YAP xəbərləri
23 May 23:12

Dünya
23 May 22:51

Dünya
23 May 22:32

YAP xəbərləri
23 May 22:10

Siyasət
23 May 21:59
YAP xəbərləri
23 May 21:36

Xəbər lenti
23 May 21:28

YAP xəbərləri
23 May 21:11

İdman
23 May 21:07

YAP xəbərləri
23 May 20:53

Dünya
23 May 20:46

YAP xəbərləri
23 May 20:33

İqtisadiyyat
23 May 20:13

YAP xəbərləri
23 May 19:46

Elm
23 May 19:35
YAP xəbərləri
23 May 19:21

Sosial
23 May 19:14

Siyasət
23 May 19:04

YAP xəbərləri
23 May 18:20
YAP xəbərləri
23 May 17:52

YAP xəbərləri
23 May 17:28

Sosial
23 May 17:13

Siyasət
23 May 17:12

Sosial
23 May 17:04

YAP xəbərləri
23 May 17:01

YAP xəbərləri
23 May 16:57

Siyasət
23 May 16:45

YAP xəbərləri
23 May 16:33

YAP xəbərləri
23 May 16:26

YAP xəbərləri
23 May 16:13
YAP xəbərləri
23 May 16:07

Xəbər lenti
23 May 16:02

Dünya
23 May 15:54

YAP xəbərləri
23 May 15:48

YAP xəbərləri
23 May 15:30

Sosial
23 May 14:57
