Azərbaycan TDT-yə üzv olan ölkələrlə qardaşlıq münasibətlərinə malikdir
27.05.2025 [16:12]
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini
Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü Türk dünyasında həmrəyliyin, qarşılıqlı strateji maraqların və birgə hədəflərin reallaşdırılması baxımından mühüm hadisə oldu. Azərbaycan Prezidenti İlham Əliyevin bu Zirvə görüşündə səsləndirdiyi fikirlər isə ölkəsinin türkdilli dövlətlər arasındakı əməkdaşlığa verdiyi töhfənin miqyasını və istiqamətlərini tam şəkildə ortaya qoydu.
Budapeşt Zirvə görüşü bir daha təsdiqlədi ki, Türk Dövlətləri Təşkilatı təkcə mədəni və tarixi bağlılıq əsasında deyil, həm də strateji maraqlar, ortaq hədəflər və qarşılıqlı inam prinsipləri üzərində formalaşmış qüdrətli regional platformaya çevrilməkdədir. Bu kontekstdə Azərbaycan Respublikasının liderlik rolu xüsusi qeyd olunmalıdır.
Dövlətimizin başçısının bu mötəbər toplantıdakı çıxışı konkret rəqəmlər və nəticələrlə zəngin olub. Məsələn, Azərbaycanın TDT-yə üzv dövlətlərə qoyduğu 20 milyard dollardan artıq sərmayə, nəqliyyat və energetika sahələrində reallaşdırılmış irimiqyaslı layihələr, COP29-un uğurlu təşkili və nəticə etibarilə “Bakı sıçrayışı” kimi qlobal brendə çevrilməsi ölkə rəhbərliyinin uzaqgörən və strateji yanaşmasının göstəricisidir.
Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq.
Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü ölkəmizin erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir.
Zirvə görüşünün yekununda imzalanmış Bəyannamə isə dövlət başçılarının strateji niyyətlərini rəsmiləşdirərək gələcək əməkdaşlıq istiqamətlərini müəyyənləşdirdi. Bəyannamədə türkdilli dövlətlərin siyasi, iqtisadi, enerji, nəqliyyat, iqlim və rəqəmsal sahələrdə qarşılıqlı əlaqələrinin dərinləşdirilməsi çağırışları əksini tapdı. Bu sənəd Türk Dövlətləri Təşkilatının gələcək inkişafında və institutlaşma prosesində mühüm mərhələ hesab olunur. Prezident İlham Əliyevin çıxışında irəli sürülən əsas təşəbbüslər sırasında Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyətinin artırılması, Xəzər dənizi limanları arasında vahid rəqəmsal platformanın yaradılması, Türk İnvestisiya Fondunun fəaliyyətə başlaması, həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlıq sazişinin imzalanması kimi mühüm məsələlər xüsusi yer tutur.
Nəticə etibarilə, Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasının siyasi, iqtisadi və strateji həmrəyliyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin çıxışı türk dövlətləri arasında nəqliyyat, enerji, investisiya və rəqəmsal əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində konkret təşəbbüslərlə yadda qaldı. Bu baxımdan, həmin strateji təşəbbüslər və regional əməkdaşlıq təklifləri təkcə türk dövlətləri arasında deyil, eyni zamanda Avrasiya məkanında qarşılıqlı əlaqələrin möhkəmlənməsinə, dayanıqlı nəqliyyat və enerji zəncirinin qurulmasına xidmət edir. Azərbaycan Prezidentinin liderliyi ilə irəli sürülən bu çağırışlar türk dünyasının birliyini praktik müstəviyə daşıyaraq TDT-nin beynəlxalq nüfuzunun artmasına, eləcə də üzv dövlətlər arasında uzunmüddətli tərəfdaşlığın möhkəmləndirilməsinə mühüm töhfə verir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

