Birlik və dostluq mesajı
29.08.2025 [19:39]
Ötən həftə Türk dünyasının birliyini və əməkdaşlığını möhkəmləndirən mühüm bir hadisə gerçəkləşdi. Türkmənistanın Türkmənbaşı şəhəri üç qardaş ölkənin – Türkmənistan, Azərbaycan və Özbəkistanın dövlət başçılarının yüksək səviyyəli görüşünə ev sahibliyi etdi. Qardaşlıq və qarşılıqlı etimada əsaslanan bu görüş səmimi və konstruktiv mühitdə keçdi və bir çox baxımdan diqqətəlayiq siyasi və iqtisadi mesajlarla yadda qaldı.
Görüşdən dünyaya verilən əsas mesaj ondan ibarət oldu ki, Türk dövlətləri daim bir-birinin yanında dayanır və qarşılıqlı siyasi dəstəyi ən yüksək səviyyədə davam etdirir. Qlobal siyasi proseslərin mürəkkəbləşdiyi və dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin artdığı bir dövrdə Türk dövlətləri arasında strateji tərəfdaşlıq dayanıqlı inkişafın təmin olunmasına yönəlmiş vacib bir xətt kimi çıxış edir. Bu, təkcə ikitərəfli münasibətlərin inkişafına deyil, həm də ümumtürk inteqrasiyasının güclənməsinə xidmət edən mühüm çağırış kimi dəyərləndirilir. Eyni zamanda, görüş zamanı siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri də ətraflı müzakirə olunmuş, qarşılıqlı fəaliyyətin daha da intensivləşdirilməsi istiqamətində razılıq əldə edilmişdir
Görüş çərçivəsində xüsusi olaraq nəqliyyat sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunulmuşdur. Bu xüsusda, Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan Zəngəzur dəhlizinin açılması xüsusi önəm daşıyır. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün strateji əhəmiyyətə malik bir layihədir. Bu dəhlizin fəaliyyətə başlaması Orta Dəhliz boyunca nəqliyyat axınlarının sürətlənməsinə, Türk dövlətləri arasında ticarət dövriyyəsinin artmasına və regionun geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xidmət edəcək.
O da qeyd edilməlidir ki, dövlətimizin başçısı görüş çərçivəsində keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlərlə bir sıra mühüm məqamları diqqətə çatdırmışdır. Xüsusilə vurğulanmışdır ki, Türkmənistanın Arxadağ şəhəri ilə Azərbaycanın Füzuli şəhərlərinin qardaşlaşması bizim qardaşlığımızın rəmzidir. Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaratmışlar. Bu gün iki müstəqil dövlət bu ənənələrə sadiqdir, bu ənənələri yaşadır və yeni üfüqlərə doğru birgə addımlayır. Bununla yanaşı, dövlətimizin başçısı qeyd etmişdir ki, Qurbanqulu Məlikquliyeviçin ölkəmizə səfəri çərçivəsində Füzulidə olarkən burada Türkmənistanın hədiyyəsi olan məscidin tikintisi ilə bağlı təklif irəli sürülmüş və bu təklif minnətdarlıqla qəbul edilmişdir. Bu təklifədən hələ cəmi bir ay keçməsinə baxmayaraq artıq məscidin memarlıq təsviri hazırdır və yaxın gələcəkdə təməli də qoyulacaqdır. Şübhə yoxdur ki, bu cür təşəbbüslər, təkcə humanitar sahədə əməkdaşlığın genişlənməsinə deyil, eyni zamanda xalqlar arasında qarşılıqlı hörmət və mənəvi yaxınlığın möhkəmlənməsinə xidmət edir. Qardaş şəhər layihələri və mədəniyyətlərarası mübadilələr Türk dünyasında həmrəyliyin dərinləşməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Türkmənistan, Azərbaycan və Özbəkistan liderlərinin Türkmənbaşı şəhərində baş tutan yüksək səviyyəli görüşü bir daha göstərdi ki, Türk dövlətləri ortaq tarixə, mədəniyyətə və dəyərlərə söykənərək, yeni geosiyasi reallıqlar fonunda daha sıx əməkdaşlığa can atır. Əldə olunan razılaşmalar, verilən siyasi mesajlar və qarşılıqlı dəstək, Türk dünyasında inteqrasiya proseslərinin sürətlənəcəyinə dair möhkəm əminlik yaradır. Beləliklə, bu görüş təkcə regional əhəmiyyət kəsb edən diplomatik hadisə deyil, eyni zamanda Türk dövlətləri arasında birliyin, strateji tərəfdaşlığın və gələcəyə yönəlmiş ortaq baxışın bariz nümunəsi kimi tarixə düşür. Bu istiqamətdə atılan hər bir addım Türk dünyasının siyasi, iqtisadi və mədəni baxımdan güclənməsinə, qlobal arenada vahid və güclü bir platforma kimi çıxış etməsinə xidmət edir.
Bəhruz Ramazanov
YAP Qusar rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

