Nəsimi rayonunda bilik günü ilə bağlı tədbir keçirilib
15.09.2025 [16:10]
Nəsimi rayonunda bilik günü ilə bağlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə YAP Nəsimi rayon təşkilatının qərargahında Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbir öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanan gəncləri “Bilik günü” münasibətilə təbrik edib, onlara yenicə qədəm qoyduqları tələbə həyatlarında uğurlar arzulayıb.
Bildirilib ki, müasir dünyada hər bir ölkənin gələcəyi həmin ölkədə təhsilin səviyyəsi, xüsusən də ali məktəblərin inkişafı ilə müəyyən edilir. Ulu öndər Heydər Əliyevin milli təhsil quruculuğu sahəsində başladığı islahatlar bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının təhsilə diqqət və qayğısı sayəsində milli təhsil sisteminin aydın sabahını təmin edəcək inkişaf proqramları təsdiq olunur, Azərbaycan təhsilinin davamlı inkişafına yönəlmiş əsaslı tədbirlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüs və dəstəyi ilə ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi, məktəblərin yenidən qurulması və gənc nəslin biliklərə çıxış imkanlarının genişlənməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub.
Nəsimi Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, başçının müavini Zahid Xəlilov isə çıxışında ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş gəncləri və onların valideynlərini təbrik edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsası qoyulan təhsil strategiyası bu gün də öz bəhrəsini verir. Onun “Təhsil millətin gələcəyidir” kəlamı müasir Azərbaycanın inkişaf yolunda əsas prinsipə çevrilib və Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir.
Sonra Nəsimi RİH başçısının birinci müavini Gülarə Verdiyeva çıxış edərək yüksək bal toplayaraq tələbə adını qazanmış gəncləri təbrik etmişlər. Onlar ölkədə elm və təhsil siyasətində həyata keçirilən islahatların, təhsil infrastrukturunun modernləşdirilməsinin və müəllim-şagird münasibətlərində yeni yanaşmaların gənclərin uğurlarında mühüm rol oynadığını vurğulamışlar.
“Avra Company” MMC-in direktoru Məsmun Quliyev çıxışında elm yolunun gənclərin həyatında əvəzsiz missiya daşıdığını qeyd edərək bildirib ki, yüksək nəticə göstərən məzunlar Azərbaycanın gələcək intellektual potensialını formalaşdıran dəyərli istedadlardır. Şirkətin direktor müavini Oruc Əliyev də gənclərə uğurlar arzulayaraq onların gələcəkdə ölkəmizin inkişafında fəal rol oynayacağına inamını ifadə edib.
Tələbələr adından çıxış edən yüksək bal toplayan məzun Gülay Mürvətova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təhsilə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığını bildirib.
Sonda 2024–2025-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlara hədiyyələr və təşəkkürnamələr təqdim olunub, tədbir iştirakçıları tələbə və valideynlərlə birlikdə xatirə şəkli çəkdiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

