Genişmiqyaslı bərpa-quruculuq işləri
20.05.2026 [10:42]
İntiqam Quliyev
YAP Ağdam rayon təşkilatının sədr müavini
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, qlobal təşəbbüslərdə fəal iştirakının və dayanıqlı şəhərsalma siyasətinin mühüm göstəricilərindən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sessiyanın açılış mərasimində çıxışı zamanı Azərbaycanın urbanizasiya, şəhərsalma və postmünaqişə dövründə yenidənqurma sahəsində həyata keçirdiyi siyasətin əsas istiqamətlərini diqqətə çatdırdı. Dövlət başçısı vurğuladı ki, Azərbaycanın WUF13 kimi nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi etməsi ölkəyə olan etimadın və Azərbaycanın qlobal əməkdaşlıq platformalarında etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.
Dövlət başçımızın çıxışında əsas diqqət çəkən məqamlardan biri işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri oldu. Cənab İlham Əliyev qeyd etdi ki, 30 ilə yaxın işğal altında qalmış ərazilər tamamilə dağıdılmış vəziyyətdə idi və hazırda həmin bölgələrin yenidən qurulması Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir.
Prezident, həmçinin Böyük Qayıdış Proqramına toxunaraq bildirdi ki, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı dövlət siyasətinin mühüm istiqamətidir. Bu yanaşma yalnız infrastrukturun bərpasını deyil, eyni zamanda müasir, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqini də əhatə edir. Beləliklə, Azərbaycan postmünaqişə dövründə innovativ şəhərsalma modelini beynəlxalq ictimaiyyətə təqdim edir. Azərbaycan dayanıqlı inkişaf atributlarından olan şəhər landşaftına ümumi tərəqqinin ayrılmaz hissəsi kimi yanaşır və sürətlə dəyişən urbanizasiya proseslərinə uyğun tarixi irs üzərində müasir şəhərsalma ansamblı yaradır, ətraf mühit-şəhər vəhdətinin tələblərini və nizamını qoruyub saxlayır. Forum Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirdiyi yeni innovativ şəhərsalma layihələri, “ağıllı tikinti” modelinin dünyaya tanıdılması baxımından da mühüm təşviqat kursu kimi səciyyələndirilə bilər. Şəhərlərin baş planları hazırlanarkən müasir urbanizasiya standartları, ekoloji tarazlıq və dayanıqlı inkişaf prinsipləri əsas meyarlar kimi qəbul edilir, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasında bu ənənə və arxitektura, innovasiya və texnoloji yanaşmalar üstünlük təşkil edir ki, həmin şəhərsalma təcrübəsi dünyada xüsusi maraq doğurur. Forum Azərbaycan şəhərlərini, memarlıq, tarixi-dini abidələrini 30 il ərzində darmadağın edərək regiondan urbisid və ekosid törətmiş Ermənistanın simasını dünyaya çılpaqlığı ilə tanıtmaq baxımından da mühüm tribuna kimi dəyərləndirilə bilər.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

