Berlin görüşünün siyasi və iqtisadi əhəmiyyəti
24.07.2026 [15:28]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 iyul 2026-ci il tarixdə Almaniyaya səfəri çərçivəsində Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mertslə Berlində keçirdiyi görüş və mətbuata verilən birgə bəyanatlar Azərbaycan - Almaniya münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər.Bəyanatda vurğulanmışdır ki, Azərbaycan-Almaniya əlaqələri təkcə ikitərəfli münasibətlərə yox, bütövlükdə bölgəmizdə əməkdaşlığa, sülhə, əmin-amanlığa öz töhfəsini verəcəkdir.
Görüş zamanı tərəflər siyasi dialoqun inkişafı, iqtisadi əməkdaşlığın genişləndirilməsi, enerji təhlükəsizliyi, Cənubi Qafqazda sülh prosesi və regional sabitlik məsələlərini müzakirə ediblər. Bu isə onu göstərir ki, Bakı və Berlin münasibətləri yalnız ikitərəfli formatla məhdudlaşmır, həm də Avropa ilə Azərbaycan arasında strateji əməkdaşlığın mühüm tərkib hissəsinə çevrilir.
Xüsusilə enerji sahəsində əməkdaşlıq diqqət mərkəzində olub. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi öz mövqeyini daha da möhkəmləndirir. Almaniyanın alternativ enerji mənbələrinə və yaşıl keçid siyasətinə verdiyi önəm Azərbaycanın bərpa olunan enerji potensialı ilə üst-üstə düşür. Bu baxımdan gələcəkdə yaşıl enerji, hidrogen texnologiyaları və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur. Ölkə rəhbəri qeyd edib ki, Azərbaycan öz təbii qazını Almaniyaya ixrac etməyə başlamışdır. Beləliklə bizim qazımız bu gün Avropa İttifaqına üzv ölkələrə çatdırılır və şübhəsiz bu enerji təhlükəsizliyi üçün çox böyük töhfədir. Nəzərə alsaq ki, Azərbaycan öz neftini də Almaniyaya ixrac edir və gələcəkdə yaşıl enerjisini də Avropa məkanına çatdırmaq əzmindədir.
Mətbuat konfransında regional təhlükəsizlik və Azərbaycan-Ermənistan normallaşma prosesi də əsas mövzulardan biri olub. Prezident İlham Əliyev Azərbaycanın sülh gündəliyinə sadiq olduğunu, uzunmüddətli sabitliyin yalnız qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri əsasında mümkün olduğunu vurğulayıb. Almaniya tərəfinin də Cənubi Qafqazda davamlı sülhün və dialoqun tərəfdarı olduğunu bəyan etməsi Avropa İttifaqının regionda sabitliyə verdiyi əhəmiyyətin göstəricisidir.
İqtisadi əməkdaşlıq da görüşün əsas istiqamətlərindən biri olub. Almaniya Azərbaycanın Avropadakı mühüm ticarət tərəfdaşlarından biridir. Alman şirkətlərinin sənaye, rəqəmsal texnologiyalar, nəqliyyat, logistika və yaşıl iqtisadiyyat sahələrində Azərbaycanda fəaliyyətinin genişlənməsi hər iki ölkə üçün qarşılıqlı faydalı nəticələr vəd edir.
Berlin görüşü onu da nümayiş etdirdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı, proqnozlaşdırıla bilən və strateji tərəfdaş kimi qəbul edilir. Almaniya kimi Avropanın aparıcı iqtisadi və siyasi gücü ilə yüksək səviyyəli dialoq Azərbaycanın beynəlxalq nüfuzunun və xarici siyasətinin uğurla inkişaf etdiyini göstərir.
Prezident İlham Əliyev və Federal Kansler Fridrix Mertsin Berlindəki görüşü və mətbuata bəyanatları Azərbaycan - Almaniya münasibətlərinin yeni inkişaf perspektivlərini müəyyənləşdirən mühüm siyasi hadisədir. Bu səfər enerji, iqtisadiyyat, investisiya, yaşıl inkişaf və regional təhlükəsizlik istiqamətlərində əməkdaşlığın daha da dərinləşəcəyinə dair ciddi mesaj verir və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.
Elşad Cəfərov
YAP Culfa rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxİdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17

