/ / Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub
Qaradağ rayonunda şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim olunub
04.09.2026 [23:14]
Qaradağ rayonu Heydər Əliyev Mərkəzində şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar hədiyyələr təqdim edilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov, “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov, İtaliyanın “Saipem” neft-qaz mühəndisliyi və tikinti şirkətinin meneceri Aytən Həsənova, şəhid ailələri, qazilər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri giriş sözü ilə açan “Qarabağ Qaziləri” İctimai Birliyinin Qaradağ rayon filialının sədri Əvəz İsmayılov iştirakçıları salamlayaraq onları qarşıdan gələn yeni dərs ili münasibətilə təbrik edib. Azərbaycan dövlətinin şəhid və qazi ailələrinin övladlarına həmişə xüsusi qayğı və diqqətlə yanaşdığını qeyd edən Əvəz İsmayılov bu gün təşkil edilən tədbirin də həmin məqsədi daşıdığını bildirib. Qaradağ rayonunda yaşayan şəhid və qazi ailələrinin övladlarını yeni dərs ili ərəfəsində müxtəlif məktəbli ləvazimatları ilə sevindirən İtaliyanın “Saipem” şirkətinin Azərbaycan nümayəndəliyinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov şəhid və qazi ailələrini qarşıdan gələn yeni dərs ili münasibəti ilə təbrik edərək, Prezident, Yeni Azərbaycan Partiyasınnı sədri İlham Əliyevin uşaqlara olan diqqət və qayğısından söz açıb. Rayon təşkilatının sədri qeyd edib ki, ölkə rəhbərliyinin bu qayğısı nəticəsində Azərbaycanda təhsil sahəsində mühüm uğurlar qazanılıb, xüsusən işğaldan azad edilmiş ərazilərdə yeni təhsil müəssisələri inşa edilərək doğma torpaqlara qayıdan sakinlərin ixtiyarına verilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə təhsil sahəsində çoxsaylı layihələrin həyata keçirildiyini xatırladan İlqar İlyasov bunun nəticəsində yeni məktəblərin istifadəyə verildiyini, köhnələrin əsaslı şəkildə təmir olunaraq ən müasir tədris avadanlıqları və texnoloji vasitələrlə təchiz olunduğunu bildirib. Bütün uşaqlar kimi Qaradağ rayon məktəblilərini də daim qayğısız, problemsiz və xoşbəxt görmək istədiyini vurğulayan İlqar İlyasov onlara yeni dərs ilində uğurlar arzulayıb.
Tədbirdə çıxış edən “Saipem” şirkətinin meneceri Aytən Həsənova bu xeyirxah aksiyaya qoşulmaqdan çox məmnun olduqlarını bildirərək onları təbrik edib və yeni dərs ilində bol uğurlar qazanmalarını diləyib.
Lökbatan Heydər Əliyev Mərkəzinin əməkdaşı Nuranə Davrinbəyova da şəhid və qazi ailələrinin övladlarına yeni dərs ili ilə əlaqədar təbriklərini çatdırıb.
Sonra tədbirdə iştirak edən məktəblilərə tədris vəsaitləri və digər hədiyyələr olan bağlamalar təqdim edilib.
Şəhid və qazi ailələri onlara göstərilən diqqət və qayğıdan məmnun qaldıqlarını, onları daim diqqət mərkəzində saxlayan Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə fotosu çəkdirilib.
Xəbər lenti
Hamısına baxHadisə
18 Oktyabr 07:43
İdman
17 Oktyabr 23:19
Dünya
17 Oktyabr 22:35
Dünya
17 Oktyabr 21:18
Dünya
17 Oktyabr 20:33
Dünya
17 Oktyabr 19:22
Dünya
17 Oktyabr 18:19
Siyasət
17 Oktyabr 17:25
Hadisə
17 Oktyabr 16:19
Sosial
17 Oktyabr 15:10
İqtisadiyyat
17 Oktyabr 14:30
Siyasət
17 Oktyabr 13:28
Siyasət
17 Oktyabr 12:35
Gündəm
17 Oktyabr 11:59
Siyasət
17 Oktyabr 10:59
Analitik
17 Oktyabr 10:45
MEDİA
17 Oktyabr 10:19
Gündəm
17 Oktyabr 10:08
Analitik
17 Oktyabr 09:50
Sosial
17 Oktyabr 09:25
Gündəm
17 Oktyabr 09:03
Ədəbiyyat
17 Oktyabr 08:57
Ədəbiyyat
17 Oktyabr 08:35
Gündəm
17 Oktyabr 08:11
YAP xəbərləri
17 Oktyabr 00:34
Dünya
16 Oktyabr 23:52
İqtisadiyyat
16 Oktyabr 23:17
Dünya
16 Oktyabr 22:54
Siyasət
16 Oktyabr 22:44
Dünya
16 Oktyabr 22:19
Dünya
16 Oktyabr 21:36
Dünya
16 Oktyabr 21:15
YAP xəbərləri
16 Oktyabr 21:14
Dünya
16 Oktyabr 20:09
YAP xəbərləri
16 Oktyabr 19:20
Elanlar
16 Oktyabr 18:44
Dünya
16 Oktyabr 18:21
Dünya
16 Oktyabr 17:35
Xəbər lenti
16 Oktyabr 17:00
Siyasət
16 Oktyabr 16:37
Sosial
16 Oktyabr 16:28
Dünya
16 Oktyabr 16:28
Sosial
16 Oktyabr 16:18
İqtisadiyyat
16 Oktyabr 16:17
Hadisə
16 Oktyabr 16:16
Mədəniyyət
16 Oktyabr 16:15
İqtisadiyyat
16 Oktyabr 16:14
Dünya
16 Oktyabr 15:45
Dünya
16 Oktyabr 15:17
Dünya
16 Oktyabr 14:32
Dünya
16 Oktyabr 14:10
Dünya
16 Oktyabr 13:59
YAP xəbərləri
16 Oktyabr 13:26
Dünya
16 Oktyabr 13:20
YAP xəbərləri
16 Oktyabr 13:04
Gündəm
16 Oktyabr 12:56
İqtisadiyyat
16 Oktyabr 12:53
Gündəm
16 Oktyabr 12:45
Siyasət
16 Oktyabr 12:36
Sosial
16 Oktyabr 12:24
Xəbər lenti
16 Oktyabr 12:15
YAP xəbərləri
16 Oktyabr 12:12
Sosial
16 Oktyabr 11:58
Siyasət
16 Oktyabr 11:30
İqtisadiyyat
16 Oktyabr 11:19
Xəbər lenti
16 Oktyabr 11:04
İqtisadiyyat
16 Oktyabr 10:51
Siyasət
16 Oktyabr 10:45
Siyasət
16 Oktyabr 10:25
YAP xəbərləri
16 Oktyabr 10:09

