Davamlı tərəqqi, tarixi nailiyyətlər və yeni hədəflər
11.09.2026 [16:23]
Sentyabrın 11-də Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının XI konfransı keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev hesabat məruzəsi ilə çıxış edib. O bildirib ki, Azərbaycanın ən mütəşəkkil və güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının ölkəmizin müstəqillik tarixində müstəsna rolu var. A.Nəbiyev hesabat dövründə Ümummilli Lider Heydər Əliyevin zəngin irsi və misilsiz xidmətləri, Prezident İlham Əliyevin uğurlu siyasətinin təbliği istiqamətində keçirlən tədbirlərin əhəmiyyətindən söz açıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa edərək dövlətçilik tarixinin ən mühüm nailiyyətlərindən birinə imza atıb. İcra başçısı, həmçinin vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının fəaliyyəti cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir.
Çıxış edən YAP Təftiş komissiyasınıın üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli yer tutur. Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Müstəqil, suveren Azərbaycan yeni dünya nizamının qurulmasında söz sahibinə çevrilib”.
Çıxış edən partiya veteranı Abbas Göyüşov YAP Qazax rayon təşkilatının fəaliyyətindən bəhs edərək, təşkilatın partiyanın ideoloji prinsiplərinin təbliği və üzvlərin ictimai fəallığının artırılması istiqamətində gördüyü işlərə toxunub.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Araz Salmanov qeyd edib ki, 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyası qısa bir müddətdə milyonların sevgisini qazanaraq ümumxalq partiyasına çevriliib. A.Salmanov YAP-ın keçdiyi şərəfli yoldan, partiyanın VII qurultayından sonra aparılan islahatlardan, həyata keçirilən məqsədyönlü tədbirlərdən, əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı bəhs edib.
Partiya veteranları Gülnaz Alişanova və Kazım Kazımlı, partiya fəalı Nicat Göşşüyev, Qazax Dövlət Sosial İqtisadi Kolleci ərazi partiya təşkilatının sədri Esmira Şıxməmmədova hesabat dövründə partiya üzvlərinin rayonun ictimai-siyasi həyatında, o cümlədən humanitar aksiyalarda fəal iştirakından söz açıblar. Natiqlər bundan sonra da rayon təşkilatının uğurları naminə yüksək siyasi fəallıq göstərəcəklərini diqqətə çatdırıblar.
Konfransda YAP Qazax rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52

