27 Sentyabr – Şanlı Zəfər Yolu
24.09.2026 [10:44]
Azərbaycan xalqının minillik tarixində bəzi tarixlər var ki, onlar sadəcə təqvim yarpağı deyil, milli qürurun, ədalətin bərpasının və xalqın dəmir iradəsinin simvoludur. Artıq 6-cı ildir ki, xalqımız sentyabrın 27-sini Anım Günü kimi qeyd etməyə hazırlaşır. Prezident İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə təsis edilən bu əlamətdar gün 44 günlük Vətən müharibəsinin – Ermənistanın hərbi təcavüzünə qarşı başlanan “Dəmir yumruq” adlı əks-hücum əməliyyatının ildönümüdür. Bu tarix bir tərəfdən qəhrəman şəhidlərimizin əziz xatirəsinə olan dərin ehtiramı, digər tərəfdən isə xalqımızın otuz illik həsrətə son qoyan şanlı Zəfər yolunu başlanğıcını özündə ehtiva edir. 2016-cı ilin aprel döyüşlərindən sonra 2020-ci il iyulun 12-16-da Ermənistanın Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat bir tərəfdən düşmənin təcavüzkar mahiyyətini bir daha nümayiş etdirdi, digər tərəfdən artıq münaqişənin sülh yolu həlli səylərinin birdəfəlik dalana dirəndiyini sübut etdi. Nəticədə 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın öz suverenliyini bərpa etməkdən başqa yolunun olmadığını göstərdi. 30 illik erməni işğalına son qoyan Azərbaycan Ordusu torpaqlarımızın böyük bir hissəsini döyüş meydanında azad etdi – 5 şəhər, 4 qəsəbə, 286 kənd ermənilərdən şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına, Azərbaycan Ordusunun misilsiz rəşadəti hesabına geri alındı. Azərbaycan dövləti və xalqımız hər zaman həm döyüş meydanında, həm də müharibədən sonrakı dövrdə öz əsgərinin və vətəndaşının arxasında dağ kimi dayandı – müharibənin taleyini məhz xalq-dövlət-ordu birliyi həll etdi. Vətən müharibəsinin fəal hərbi əməliyyatlar fazasını başa çatdıran 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata baxmayaraq, bölgədə sülhə mane olmaq istəyən qüvvələr hələ də öz məkrli əməllərinə davam etməkdə qətiyyət göstərirdilər. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni silahlı dəstələrinin çıxarılmasını təmin etmək əvəzinə Ermənistandan yeni hərbi dəstələrin, silah-sursatın və minaların daşınmasına fəal dəstək göstərməsi vəziyyəti gərginləşdirdi. Halbuki 10 noyabr Bəyanatının 4-cü bəndində aydın göstərilmişdi: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir”. Əvəzində isə Qarabağın Zəfərdən sonrakı 3 ilə yaxın müddətdə ermənilərin nəzarətində qalan ərazilərində erməni terrorçularının sayı 15 min nəfərə çatdı, bütün ərazilər minalandı. Ermənilər yenidən təxribatlara əl atdıqlarında – sentyabrın 19-da baş verən mina partlamaları nəticəsində Azərbaycan polislərinin və mülki şəxslərin həlak olması Azərbaycan Ordusunu dərhal, 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi rayonunda lokal antiterror əməliyyatı keçirməyə məcbur etdi və cəmi bir gün ərzində düşmən təslim olmağa məcbur edildi, nəticədə bu dəfə Qarabağda 30 illik yox, düz 100 illik işğala son qoyuldu, Azərbaycanın bütün əraziləri üzərində dövlət suverenliyi tam bərpa olundu. Bu gün ölkəmizdə yürüdülən dövlət siyasətinin mərkəzində insan amili dayanır. Həm bu kontekstdə, həm də xalqımıza yaşatdığı böyük qələbə sevincinə görə bütün qazilərə və şəhidlərimizin ailələrinə dövlət tərəfindən hərtərəfli köməklik göstərilir, onların sosial rifahının qorunması daim diqqət mərkəzində saxlanılır. Dövlət başçısının qeyd etdiyi kimi: ““Birinci Qarabağ və İkinci Qarabağ müharibələrinin şəhidləri bizim qəlbimizdə əbədi yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qəhrəmanlığı, fədakarlığı nəticəsində biz torplaqlarımıza qayıdırıq. Allah bütün yaralı hərbçilərimizə şəfa versin, onlar tezliklə sağalıb normal həyata dönsünlər, onların sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Hətta ən ağır vəziyyətdə olan yaralı əsgərimiz, zabitimiz bilməlidir, əlimizdən gələni edəcəyik ki, onu normal həyata qaytaraq. Biz bu Qələbəyə görə onlara borcluyuq”.
Arifə Abbasova
YAP Tovuz rayon təşkilatının məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

