Azərbaycan tarixində mühüm siyasi dönüş
01.10.2026 [12:17]
Azərbaycan xalqının müstəqillik tarixində elə hadisələr var ki, onların əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. 1991-ci ildə dövlət müstəqilliyimizin bərpası xalqımızın çoxəsrlik dövlətçilik arzularının reallaşması olsa da, müstəqilliyin ilk illəri olduqca mürəkkəb və ağır sınaqlarla yadda qaldı. Ölkədə siyasi və iqtisadi böhran dərinləşir, hakimiyyət uğrunda qarşıdurmalar, idarəçilikdəki böhran və Ermənistanın Azərbaycana qarşı təcavüzü dövlət müstəqilliyini ciddi təhlükə qarşısında qoyurdu.
Belə bir taleyüklü mərhələdə Azərbaycan xalqı çıxış yolunu böyük dövlətçilik təcrübəsinə malik şəxsiyyətin siyasi rəhbərliyində gördü. Xalqın təkidli tələbi ilə 1993-cü ildə Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ölkənin tarixində yeni mərhələnin başlanğıcını qoydu. İyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilən Ulu Öndər qısa müddət sonra prezident səlahiyyətlərini həyata keçirməyə başladı. 3 oktyabr 1993-cü ildə keçirilən seçkidə Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
3 oktyabr tarixi yalnız dövlət başçısının seçilməsi ilə yadda qalan siyasi hadisə deyildi. Bu tarix müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm dönüş nöqtəsinə çevrildi. Ölkənin qarşısında duran ən başlıca məsələ müstəqilliyi qorumaq, dövlət idarəçiliyini möhkəmləndirmək, ictimai-siyasi sabitliyi təmin etmək və milli dövlətçilik institutlarını formalaşdırmaq idi. Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində bu istiqamətlərdə ardıcıl addımlar atıldı, dövlət quruculuğunun möhkəm təməlləri yaradıldı.
Ümummilli lider Heydər Əliyevin dünya miqyaslı siyasi peşəkarlığı və zəngin dövlətçilik təcrübəsi Azərbaycanın qarşılaşdığı mürəkkəb problemlərin həllində mühüm rol oynadı. Ulu Öndər daxili sabitliyin təmin olunması ilə yanaşı, ölkənin beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə, milli maraqlara əsaslanan xarici siyasət kursunun formalaşdırılmasına xüsusi əhəmiyyət verirdi. Sonrakı mərhələdə iqtisadi islahatların həyata keçirilməsi, xarici sərmayələrin cəlb edilməsi, yeni neft strategiyasının reallaşdırılması və Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası dövlət müstəqilliyinin iqtisadi əsaslarının gücləndirilməsinə xidmət etdi. Prezident İlham Əliyev də çıxışlarında həmin dövrdə Azərbaycanın xarici sərmayə üçün riskli ölkə kimi qəbul edildiyini və bu şəraitdə investorları ölkəyə cəlb etməyin böyük siyasi bacarıq və peşəkarlıq tələb etdiyini vurğulayıb.
Ulu Öndərin siyasi fəaliyyətinin mühüm nəticələrindən biri də müstəqil dövlətin hüquqi əsaslarının möhkəmləndirilməsi oldu. Onun rəhbərliyi ilə hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyası 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Konstitusiyada dövlət müstəqilliyinin, suverenliyin və ərazi bütövlüyünün qorunması başlıca dövlətçilik prinsipləri sırasında müəyyənləşdirildi. Bununla da müstəqil Azərbaycanın gələcək inkişafı üçün hüquqi və institusional baza formalaşdırıldı.
Bu baxımdan 3 oktyabr 1993-cü il Azərbaycan tarixində mühüm siyasi dönüş kimi qiymətləndirilir. Çünki həmin dövrdə söhbət yalnız hakimiyyət dəyişikliyindən deyil, dövlətçiliyin qorunmasından, müstəqilliyin itirilməsi təhlükəsinin aradan qaldırılmasından və Azərbaycanın gələcək inkişaf yolunun müəyyən edilməsindən gedirdi. Sonrakı illərdə ölkədə yaradılan siyasi sabitlik, dövlət institutlarının möhkəmləndirilməsi və iqtisadi inkişaf üçün formalaşdırılan zəmin müasir Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutur. Rəsmi mənbələrdə də Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyin yenidən itirilməsi təhlükəsinin qarşısının alındığı və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaradıldığı vurğulanır.
Müstəqilliyi əldə etmək qədər onu qorumaq, möhkəmləndirmək və gələcək nəsillərə etibarlı şəkildə çatdırmaq da böyük siyasi iradə, uzaqgörənlik və dövlətçilik məsuliyyəti tələb edir. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti Azərbaycanın ən mürəkkəb tarixi mərhələlərindən birində məhz bu vəzifələrin həyata keçirilməsinə istiqamətlənmişdi. Onun müəyyən etdiyi dövlətçilik strategiyası sonrakı illərdə Azərbaycanın inkişafında mühüm rol oynayan siyasi və iqtisadi əsasların formalaşmasına imkan verdi.
Məhz Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi müdrik və uzaqgörən siyasi xəttin Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və əzmlə davam etdirilməsi nəticəsində Azərbaycan öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam təmin etdi. Bu gün Azərbaycan Ulu Öndərin görmək istədiyi kimi, müstəqil, güclü, qüdrətli və beynəlxalq aləmdə öz layiqli mövqeyini möhkəmləndirən dövlətdir. Ulu Öndərin böyük ideyaları bu gün müasir Azərbaycanın uğurlarında yaşayır və gələcək inkişaf yolumuza möhkəm istiqamət verir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
05 Oktyabr 23:58
Dünya
05 Oktyabr 23:32
Dünya
05 Oktyabr 22:47
Dünya
05 Oktyabr 22:22
Dünya
05 Oktyabr 21:57
Dünya
05 Oktyabr 21:24
Xarici siyasət
05 Oktyabr 21:10
Dünya
05 Oktyabr 21:03
Dünya
05 Oktyabr 20:47
Dünya
05 Oktyabr 20:22
Dünya
05 Oktyabr 20:00
Dünya
05 Oktyabr 19:57
Dünya
05 Oktyabr 18:09
Gündəm
05 Oktyabr 17:45
İdman
05 Oktyabr 17:43
Sosial
05 Oktyabr 17:11
İdman
05 Oktyabr 17:10
Dünya
05 Oktyabr 17:10
YAP xəbərləri
05 Oktyabr 16:59
YAP xəbərləri
05 Oktyabr 16:56
Sosial
05 Oktyabr 16:29
YAP xəbərləri
05 Oktyabr 16:19
Müsahibə
05 Oktyabr 16:17
YAP xəbərləri
05 Oktyabr 16:12
İqtisadiyyat
05 Oktyabr 16:11
İqtisadiyyat
05 Oktyabr 16:10
Sosial
05 Oktyabr 16:09
Dünya
05 Oktyabr 15:19
Siyasət
05 Oktyabr 14:48
Dünya
05 Oktyabr 14:27
Elm
05 Oktyabr 13:46
Gündəm
05 Oktyabr 12:54
Gündəm
05 Oktyabr 12:12
Gündəm
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:01
YAP xəbərləri
05 Oktyabr 11:00
Dünya
05 Oktyabr 10:58
İqtisadiyyat
05 Oktyabr 10:49
YAP xəbərləri
05 Oktyabr 10:46
Dünya
05 Oktyabr 10:45
Dünya
05 Oktyabr 10:37
Sosial
05 Oktyabr 10:30
Dünya
05 Oktyabr 10:25
Dünya
05 Oktyabr 10:22
Sosial
05 Oktyabr 10:19
İdman
05 Oktyabr 10:06
İqtisadiyyat
05 Oktyabr 10:05
İqtisadiyyat
05 Oktyabr 10:04
Dünya
05 Oktyabr 09:42
Elm
05 Oktyabr 09:37
Sosial
05 Oktyabr 09:33
İqtisadiyyat
05 Oktyabr 09:31
Dünya
05 Oktyabr 09:17
Dünya
05 Oktyabr 08:55
Dünya
05 Oktyabr 08:31
YAP xəbərləri
04 Oktyabr 21:50
Dünya
04 Oktyabr 20:43
Dünya
04 Oktyabr 19:30
Dünya
04 Oktyabr 18:19
Dünya
04 Oktyabr 17:37
Dünya
04 Oktyabr 16:22
Dünya
04 Oktyabr 15:18
Dünya
04 Oktyabr 14:45
Dünya
04 Oktyabr 13:32
Dünya
04 Oktyabr 12:20
Dünya
04 Oktyabr 11:19
Dünya
04 Oktyabr 10:23
Analitik
04 Oktyabr 09:43
Sosial
04 Oktyabr 09:05
İdman
04 Oktyabr 08:45

