YAP Səbail rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib
20.02.2016 [09:50]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının yaranmasının 23-cü ildönümü münasibətilə tədbir keçirilib. Rayon təşkilatının sədri, Milli Məclisin deputatı Şəmsəddin Hacıyev tədbir iştirakçılarını təbrik edərək bildirib ki, YAP-ın yaranması müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biridir. Təşkilat sədri ötən dövr ərzində Yeni Azərbaycan Partiyasının ümumxalq partiyasına çevrildiyini, bu müddət ərzində Azərbaycanın inkişafı naminə çalışdığını bildirib. O, tarixə qısa ekskurs edərək partiyanın yaranması tarixindən danışıb, 1990-cı ilin əvvəllərində Azərbaycanın dərin böhran vəziyyətində olduğunu, bu böhrandan xalqı və dövləti Ulu öndər Heydər Əliyevin çıxardığını, xalqın ziyalılarının müraciəti ilə 1992-ci il 21 noyabr tarixində Azərbaycanın taleyində çox mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yarandığını vurğulayıb.
Ş.Hacıyev 21 fevral 1993-cü ildə partiyanın Səbail rayon təşkilatının təsis konfransının keçirildiyini xatırladıb. Onun sözlərinə görə, ötən dövr ərzində rayon təşkilatı böyük inkişaf yolu keçib. Ş.Hacıyev YAP Səbail rayon təşkilatının üzvlərinin də ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini deyib. Təşkilat sədri Ümummilli liderin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, bu siyasətin nəticəsində hazırda ölkəmizin güclü dövlətə çevrildiyini qeyd edib.
Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov partiyanın yaranması tarixini xatırladıb, o dövrün çətinliklərindən bəhs edib. E.İbrahimov qeyd edib ki, Ulu öndərimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib, ölkəmizin həyatında yeni mərhələnin əsasını qoyub, yarandığı vaxtdan partiyamız siyasi mübarizələrlə dolu şərəfli bir yol keçib. Onun sözlərinə görə, Yeni Azərbaycan Partiyası Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi siyasətin avanqard qüvvəsi kimi xalqımızın qarşısında dayanan vəzifələrin həll edilməsinə layiqli töhfəsini verir: “Bu, bundan sonra da davam edəcək, partiyamız Ulu öndərimiz, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin ideyalarını yaşadacaq, Heydər Əliyev siyasi məktəbinin, Onun yolunun və ideyalarının davamçısı olacaq. Bu gün partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev Ulu öndərimizin müəyyənləşdirdiyi siyasi kursu uğurla davam etdirir”.
YAP Səbail rayon təşkilatının üzvlərini təbrik edən E.İbrahimov onlara gələcək siyasi fəaliyyətlərində uğurlar arzulayıb.
YAP İdarə Heyətinin üzvü Nizami Xudiyev çıxış edərək partiyamızın cəmiyyətimizdəki mövqeyi, onun yerli strukturlarının fəaliyyəti haqqında fikirlərini bildirib. O, YAP Səbail rayon təşkilatının partiyanın öncül strukturlarından biri olduğunu qeyd edib.
Tədbirdə həmçinin YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov, YAP Səbail rayon təşkilatı sədrinin birinci müavini Muxtar Nağıyev və digərləri çıxış edərək partiyamızın keçdiyi inkişaf yolu, eləcə də YAP Səbail rayon təşkilatının fəaliyyəti haqqında fikirlərini bildiriblər.
Tədbirdə həmçinin YAP Səbail rayon təşkilatının bir qrup fəal üzvünə fəxri fərmanlar təqdim olunub.
Sonda YAP Səbail rayon təşkilatının informasiya portalının təqdimatı keçirilib.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15

