Xalq-iqtidar birliyi olmasaydı, bugünkü sıçrayışlı inkişaf olmayacaqdı...
12.11.2009 [10:15]
Ali məqsədi Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi və müasir beynəlxalq münasibətlər sistemində layiqli yer tutması, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, sabit və sosialyönümlü iqtisadiyyatın yaradılması, irqindən, milliyyətindən, sosial mənşəyindən, dilindən və dinindən asılı olmayaraq şəxsiyyətin hüquq və azadlıqlarının hərtərəfli və etibarlı müdafiəsinin təmin edilməsi, qanunçuluq, möhkəm əmin-amanlıq, ictimai həmrəylik və firavan həyat üzərində qurulmuş vətəndaş cəmiyyətinin formalaşdırılması və insanların müstəqil dövlətçilik ideyası ətrafında birləşdirilməsindən ibarət olan Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 17-ci ili tamam olur. Bu müddət ərzində ətrafına 500 minlik kontingent toplamağı bacaran ümummilli partiyamız faktiki olaraq qarşısına qoyduğu məqsəd və vəzifələri layiqincə yerinə yetirməyi bacarıb. Əlbəttə ki, əldə olunmuş nailiyyətlərin fundamentini xalq dəstəyinin və etimadının təşkil etməsi YAP-ın geniş fəaliyyətini daha səmərəli və uzunmüddətli edir... Noyabr ayının 21-də 17 yaşı tamam olacaq Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu və böyük uğurlarla köklənmiş vəzifələri barədə ayrı-ayrılıqda YAP-ın rayon və şəhər təşkilatlarının sədrləri ilə söhbətləşdik.
Qeyd edək ki, YAP-ın Nizamnaməsində öz əksini tapmış vəzifələrdən biri “peşəkar idarəetmə və demokratik prinsiplər əsasında dövlət quruculuğunu inkişaf etdirmək, siyasi, hüquqi, iqtisadi və sosial islahatları dərinləşdirmək üçün əsaslı təkliflər, proqramlar və platformalar hazırlamaqdır”...
Bu vəzifələrin icrası haqqında partiyanın Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun fikirlərini öyrəndik:
- Yeni Azərbaycan Partiyası 17 il öncə yaradılarkən, onun qarşısında ümummilli vəzifələr dayanmışdı. Hər kəsə bəlli olduğu kimi, həmin dövrlərdə dövlətin qlobal çağırışlara cavab verən siyasi kursu olmadığından bütövlükdə ölkə xaosa sürüklənmişdi. Yenicə yaranmış dövlətin hələ müstəqillik sütunları möhkəmləndirilməmiş AXC-Müsavat hakimiyyətinin “böyük iddiaları” ortaya çıxmışdı. Əlbəttə ki, səriştəsiz hakimiyyətin dövləti iflic vəziyyətinə salmasından danışmayacağam. Sadəcə, tarixi bir daha xatırladaraq söyləmək istəyirəm ki, Yeni Azərbaycan Partiyası sözün əsl mənasında ölkənin bütün sahələrində inqilab edərək öz gücünü, nüfuzunu sübut etdi. Təbii ki, o zamanlarda, partiyamızın irəli sürdüyü layihələr, inkişaf platformaları tez bir zamanda xalqımız tərəfindən dəstəkləndi.
1992-ci ildə rejimin hədələrindən, təhlükələrindən çəkinən insanlar 1993-cü ildən sonra sürətlə Yeni Azərbaycan Partiyasına axışmağa başladılar. Bu isə özlüyündə artıq YAP-ın qüdrətinin göstəricisi idi...
Yeni Azərbaycan Partiyasının sədri ümummilli lider Heydər Əliyev uçurum kənarına atılmış Azərbaycanı yenidən dirçəltmək, parçalanmaq təhlükəsindən sovuşdurmaq məqsədilə qlobal əhəmiyyətli strategiya işləyib ortaya qoydu. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə dövlətimizin inkişaf tarixində yeni səhifə açılmış oldu. Sonradan Konstitusiyanın qəbulu, vətəndaş cəmiyyətinin formalaşması üçün həyata keçirilmiş tədbirlər zaman keçdikcə öz səmərəsini verməyə başladı. Bir sözlə, 1993-cü ildən başlayaraq, ümummilli lider Heydər Əliyevin sədrliyi ilə YAP Azərbaycanın bugünkü inkişafını səciyyələndirən, onun təməlini təşkil edən iqtisadiyyat, siyasi şərait formalaşdırdı...
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə isə 2003-cü ildən sonra YAP peşəkar idarəetmə və demokratik prinsiplər əsasında dövlət quruculuğunu inkişaf etdirmək, siyasi, hüquqi, iqtisadi və sosial islahatları dərinləşdirmək üçün əsaslı təkliflər, proqramlar və platformalar hazırlamağa başladı...
Bunun nəticəsidir ki, son 6 il ərzində Azərbaycan sürətlə inkişaf edərək beynəlxalq qurumların reytinqlərində öncül yerlərə sahib oldu. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin yürütdüyü sosial-iqtisadi islahatlar siyasətinin bəhrəsi olaraq, Azərbaycan dünyanın ən islahatçı ölkəsi elan olundu...
Bütün bunlar əlbəttə ki, xalqın dəstəyinə, inamına, etimadına söykənərək yürüdülən siyasətin nəticəsidir. Əgər Yeni Azərbaycan Partiyasının sədri cənab Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslər xalq tərəfindən dəstəklənməsəydi, Xalq-iqtidar birliyi olmasaydı, bugünkü sıçrayışlı inkişaf olmayacaqdı...
Yeni Azərbaycan Partiyası dövlət quruculuğu ilə bağlı təşəbbüslər irəli sürərkən milli maraqları nəzərə alır və onların reallaşdırılmasına cəmiyyəti səfərbər etməyi bacarır. çünki YAP yalnız xalqın, cəmiyyətin mənafeyini özündə əks etdirən, müasir tələblərə, çağırışlara cavab verən, qloballaşmanın mənfi təsirlərindən yan ötən proqramlar və ya platformalar irəli sürür...
... Bir sözlə, bu gün 500 minə yaxın böyük bir sosial gücü ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası gələcək perspektivlərdə də novatorluğunu davam etdirəcək, dünya dəyişdikcə, dövlətimiz inkişaf etdikcə cəmiyyətin yeni tələblərini özündə ehtiva edən sosial, iqtisadi, hüquqi və siyasi proqramlar irəli sürəcək. çünki, bu, xalqın tələbidir, istəyidir...
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25
Dünya
09 İyun 22:42
Xəbər lenti
09 İyun 22:30
Dünya
09 İyun 22:15
İqtisadiyyat
09 İyun 21:59
Dünya
09 İyun 21:20
Dünya
09 İyun 21:07
Dünya
09 İyun 20:43
Dünya
09 İyun 20:32
Dünya
09 İyun 20:17
Sosial
09 İyun 20:05
İqtisadiyyat
09 İyun 19:56
Dünya
09 İyun 19:51
Gündəm
09 İyun 19:44
Sosial
09 İyun 19:25

